Month: December 2023

  • Sumqayıtda gənc oğlan intihar edib

    Sumqayıtda intihar hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Corat qəsəbəsi, ev 88 ünvanında qeydə alınıb. 1994-cü il təvəllüdlü Nicat Vahid oğlu Məmmədov yaşadığı ünvanda özünü asaraq intihar edib.

    N.Məmmədov subay olub, intiharın səbəbi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Агдашском районе задержан подозреваемый в умышленном поджоге

    Сотрудники Агдашского районного отдела полиции (РОП) в результате проведенных оперативно-разыскных мероприятий задержали подозреваемого в умышленном поджоге.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы Министерства внутренних дел (МВД).

    Было отмечено, в разное время в правоохранительные органы поступила информация о пожаре в жилом доме и двух сараях, а также возгорании стогов сена в селах Орта Гесил и Гулбенде.

    В ходе предварительного расследования было установлено, что пожары устроил Рамиш Ибрагимов. В своих показаниях он признался в содеянном.

    На днях сотрудника РОП также провели несколько оперативных мероприятий, направленных на привлечение к ответственности лиц, занимающихся незаконным оборотом наркотических средств. Были задержаны четверо подозреваемых в хранении и перевозке наркотиков – Сабухи Гулиев, Эльмир Гасанов, Вахид Ширинов и Хидаят Нуруев. В ходе личного обыска у них были обнаружены различные наркотические средства.

    Также были проведены оперативно-профилактические мероприятия по выявлению, изъятию и добровольной сдаче незаконно хранящегося огнестрельного оружия. В результате проведенной операции на территории района были обнаружены и изъяты автомат Калашникова, магазин к нему и 30 патронов. Также стоит отметить, что жители района добровольно передали полиции два охотничьих ружья, которые они незаконно хранили без соответствующих документов.

    Расследование по всем данным фактам продолжается.

  • Ağdaşda qəsdən yanğın törədən şəxs saxlanılıb

    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisində qəsdən yanğın törədən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, müxtəlif vaxtlarda Orta Qəsil və Qulbəndə kəndlərində yaşayış evinin, eləcə də iki tövlə və ot tayalarının yanması barədə polisə məlumat daxil olub.

    İlkin araşdırma zamanı yanğınların naməlum şəxs tərəfindən qəsdən törədildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəmiş İbrahimov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

    Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində də son günlərdə bir neçə əməliyyat tədbiri keçirilib. Keçirilmiş tədbirlərlə narkotiklərin saxlanılması və daşınmasında şübhəli bilinən dörd nəfər – Səbuhi Quliyev, Elmir Həsənov, Vahid Şirinov və Hidayət Nuruyev tutulub. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

    Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi istiqamətində də əməliyyat-profilaktik tədbirlər keçirilib. Keçirilən əməliyyat nəticəsində rayon ərazisindən “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb. Həmçinin, profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları iki ov tüfəngini də könüllü olaraq polisə təhvil veriblər.

    Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

  • Yaponiyada kişi tarakanlardan qurtulmağa çalışarkən evini partladıb

    Yaponiyanın Kumamoto şəhərindən olan şəxs tarakanlardan xilas olmaq istəyərkən təsadüfən partlayış törədib.

    Bu barədə Yaponiyanın yerli mətbuatında məlumat yayılıb.

    Kişi aerozol şəklində olan tarakanlara qarşı vasitəni püskürdükdə, maddə futonla örtülmüş kotatsu adlanan qızdırılan masanın üzərinə tökülüb. Bu zaman partlayış baş verib. Nəticədə eyvanın şüşəsi sınıb, ev sahibi isə yüngül bədən xəsarətləri alıb. Yanğınsöndürənlər kotatsu partlayışa səbəb olduğunu güman edirlər.

    Yaponiyanın İstehlakçı Məsələləri üzrə Milli Mərkəzinə daha əvvəl də belə partlayışlar barədə məlumat daxil olub. Yanğının repellentin elektrik yuvası və ya qızdırıcı elementlərlə təmasda olduğu zaman baş verdiyi güman edilir. Məsələ ondadır ki, həşəratlara qarşı istifadə edilən bir çox spreylərinin tərkibində spirt, propan və butan da daxil olmaqla tez alovlanan maddələr var ki, bu da mayenin qabından çıxmasına və püskürməsinə kömək edir. Bu maddələr müəyyən nisbətdə oksigenlə təmasda olduqda partlayış baş verə bilər.

    Mənbə: lenta.ru

  • Число голодающих в Африке достигнет рекорда

    В 2024 году число голодающих жителей Западной и Центральной Африки достигнет рекордных 49,5 млн. Об этом сообщается со ссылкой на данные ООН.

    Согласно прогнозам, число голодающих на 3% превысит показатель 2023 года. Количество людей, которые столкнуться с серьезным голодом, может вырасти до 6,2 млн – это на 16% больше, чем в текущем году. Причинами ухудшения ситуации стало сочетание изменения климата, высоких цен на продукты питания и конфликтов на территории региона.

    Во Всемирной продовольственной программе ООН (ВПП ООН) отметили, что финансирование, которое требуется для решения проблемы, не соответствует темпам ее роста. Сейчас более двух третей домохозяйств в Западной и Центральной Африке не могут позволить себе питаться здоровой едой. Стоимость питательного рациона на один день в центральной части Сахеля на 110% превышает ежедневный минимальный заработок в регионе.

    В сентябре сообщалось, что число голодающих в мире достигло рекордного с 2005 года уровня. По словам генерального секретаря ООН Антониу Гутерриша, к настоящему моменту в крайней бедности вынуждены жить 1,2 млрд человек.

    Источник: lenta.ru

  • 2024-cü ildə Afrikada aclıqdan əziyyət çəkən insanların sayı rekord həddə çatacaq

    2024-cü ildə Qərbi və Mərkəzi Afrikada ac insanların sayı rekord həddə – 49,5 milyona çatacaq.

    Bu barədə BMT-nin rəsmiləri məlumat yayıb.

    Ac insanların sayının 2023-cü ilə nisbətən üç faiz çox olacağı proqnozlaşdırılır. Şiddətli aclıqla üzləşən insanların sayı bu il 16 faiz artaraq 6,2 milyona yüksələ bilər. Vəziyyətin pisləşməsi iqlim dəyişikliyi, yüksək ərzaq qiymətləri və regionda münaqişələrin baş verməsi ilə bağlı olub.

    BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) qeyd edib ki, problemin həlli üçün tələb olunan maliyyə onun artımı ilə ayaqlaşmır. Hazırda Qərbi və Mərkəzi Afrikada ev təsərrüfatlarının üçdə ikisindən çoxu sağlam qida istehlak edə bilmir. Mərkəzi Saheldə bir günlük qida rasionunun dəyəri bölgədəki gündəlik minimum əmək haqqından 110 faiz yüksəkdir.

    Xatırladaq ki, sentyabrda qeyd olunmuşdu ki, dünyada ac insanların sayı 2005-ci ildən bəri rekord həddə çatıb. BMT-nin baş katibi Antoniu Quterreşin sözlərinə görə, hazırda 1,2 milyard insan həddindən artıq yoxsulluq içində yaşamağa məcburdur.

    Mənbə: lenta.ru

  • Qışda immuniteti necə gücləndirmək olar? – VİDEO

    Hava şəraitinin kəskin dəyişməsi nəticəsində xəstəxanalarda sıxlıq müşahidə olunur.

    Bir çox respirator xəstəliklərlə həkimlərə müraciət edənlərin sayı isə gündən-günə artır.

    Terapevtlər bu kimi halların qarşısının alınmasında sağlam qidalanma və yuxu rejiminə əməl etməyin vacibliyini vurğulayıb.

    Ətraflı İTV-nin süjetində:

  • Finlandiya Rusiya ilə sərhəddə üç keçid məntəqəsini açmağa hazırlaşır

    Finlandiya dekabrın 14-dən etibarən Rusiya ilə sərhəddə bəzi keçid məntəqələrini sərnişinlər üçün açmağa hazırlaşır.

    Bu barədə yerli “Ilta-Sanomat” qəzeti Finlandiya Sərhəd Mühafizəsi Departamentinin nümayəndəsinə istinadən xəbər verir.

    Bildirilir ki, söhbət ən böyük keçid məntəqələrindən – “Vaalimaa”, “Nujyamaa” və “İmatra”dan gedir.

    Lakin bu, son qərar deyil. Sərhəd Mühafizəsinin təklifi hələ Finlandiya hökuməti tərəfindən təsdiqlənməlidir.

    Xatırladaq ki, noyabrın 30-da Finlandiya Arktikada yerləşən Rusiya ilə sərhəddə fəaliyyət göstərən sonuncu “Raya-Yooseppi” keçid məntəqəsini bağlayıb. Finlandiya hakimiyyəti buna səbəb kimi “miqrantların Finlandiyaya nəzarətsiz gəlişini” göstərir. Hazırda Rusiya ilə Finlandiya arasında quru sərhədi boyunca yeganə əlaqə “Vaynikkala” keçid məntəqəsi vasitəsilə dəmir yolu yüklərinin daşınması olaraq qalır.

    Mənbə: TASS

  • Серхио Рамос установил два рекорда Лиги чемпионов

    Гол с пенальти в ворота французского “Ланса” в матче 6-го тура группового этапа Лиги чемпионов позволил защитнику испанской “Севильи” Серхио Рамосу стать единоличным лидером в списке бомбардиров турнира среди защитников за всю историю.

    Этот гол стал 17-м для испанца в Лиге чемпионов. Отметим, что Серхио также стал самым возрастным игроком, забившим пенальти в матче турнира. На данный момент возраст Рамоса составляет 37 лет и 257 дней.

    Напомним, что 12 декабря состоялся матч заключительного тура группового этапа Лиги чемпионов, в котором встречались французский “Ланс” и испанская “Севилья”. Игра завершилась победой хозяев со счетом 2:1.

    Эта победа позволила “Лансу” занять третье место в группе, которое дает право выступить в весенней части Лиги Европы. “Севилья” осталась на последнем месте группы В и завершила выступление в еврокубках.

    Источник: championat.com

  • Ramos Çempionlar Liqasında iki rekorda imza atıb

    Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Lans”ın qapısına vurulan penalti qolu “Sevilya”nın müdafiəçisi Serxio Ramosun müdafiəçilər arasında turnirdə bütün zamanların bombardiri siyahısında vahid lider olmasına imkan verib.

    Bu qol ispaniyalının Çempionlar Liqasında 17-ci qoludur. Qeyd edək ki, Serxio həm də turnir matçında penalti vuran ən yaşlı futbolçu olub.

    Xatırladaq ki, bu gün, dekabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin son turunun matçında Fransanın “Lans” və İspaniyanın “Sevilya” klubları üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

    Bu qələbə “Lans”a qrupda üçüncü yeri tutmağa imkan verdi ki, bu da onlara Avropa Liqasının yaz hissəsində mübarizə aparmaq hüququ verir. “Sevilya” B qrupunda sonuncu pillədə qalıb və avrokuboklarda çıxışını başa vurub.

    Mənbə: championat.com