Month: December 2023

  • Alimlər canlı beyin toxumasından istifadə edərək yeni kiber neyron şəbəkə yaratdı

    Bloominqtondakı İndiana Universitetinin amerikalı alimləri kök hüceyrələrdən yetişdirilən canlı beyin orqanoidlərindən istifadə edərək yeni növ neyron şəbəkə yaradıblar.

    Median.Az xəbər verir ki, tədqiqat “Nature Electronics” (NatElectron) elmi jurnalında dərc olunub.

    Orqanoidlərin müəyyən bir toxuma növündən hazırlanmış miniatür obyekti təmsil edən həqiqi insan beyni ilə çox az ümumi cəhətləri var. Düşüncələr, duyğular və xüsusən də şüur ​​onda görünə bilməsə də, bu cür strukturlar insanlar üzərində təcrübə aparmağa ehtiyac olmadan orqanın quruluşunu öyrənməyə kömək edir.

    Bioloji beyinlər tam elektron süni intellekt (AI) sistemləri ilə müqayisədə daha az enerji tələb etdiyi üçün elm adamları neyron şəbəkələri dizayn etmək üçün orqanoidlərə müraciət ediblər. Məsələn, beynimizin gün ərzində işləməsi üçün cəmi 20 vatt gücə ehtiyacı var, mikroprosessor əsaslı süni intellekt isə uzaqdan müqayisə oluna bilən hər şeyə nail olmaq üçün təxminən 8 milyon vatt tələb edir.

    “Brainware” adlanan yeni inkişaf yüksək sıxlıqlı multielektrod massivinə quraşdırılmış sub-nanometr diametrli orqanoiddir. Çip sinir toxumasına elektrik siqnalları göndərmək və orada baş verən elektrik fəaliyyətini oxumaq qabiliyyətinə malikdir.

    Hazırlanmış kibernetik sistem iki növ tapşırıqda – nitqin tanınması və qeyri-xətti tənliklərin həllində sınaqdan keçirilib. İlk sınaqda yapon dilində ifadələrin deşifrə edilməsinin dəqiqliyi iki gün ərzində 51%-dən 78%-ə yüksəlib.

    Riyazi hesablamalarda “Brainware” uzunmüddətli yaddaş vahidi olmayan süni neyron şəbəkələrindən (ANN) nəzərəçarpacaq dərəcədə sürətli olduğu ortaya çıxıb və dəqiqlik baxımından uzunmüddətli yaddaşa malik ANN-dən bir qədər aşağıdır. Bununla belə, alimlər qeyd ediblər ki, yüksək performanslı süni neyron şəbəkələri orqanoid əsaslı süni intellektlə müqayisədə təlimə xeyli vaxt sərf edib. Bərabər şəraitdə “Brainware” tam elektron analoqlarından 90% daha sürətli öyrənib.

    Tədqiqatçıların fikrincə, onların kəşfi yeni tip kompüter arxitekturasına doğru mühüm addımdır. Eyni zamanda alimlər vurğulayıblar ki, belə texnologiyaların daha da inkişafı ilə etik aspektlər də nəzərə alınmalıdır. Bundan əlavə, orqanoidlərin saxlanması həyati dəstək sistemlərini tələb edir, ehtiyac enerji istehlakında qənaəti qismən inkar edir.

  • Нидерланды повысили уровень террористической угрозы

    Нидерланды повысили уровень террористической угрозы до четвертого, являющегося предпоследним.

    Как передает Report со ссылкой на зарубежные СМИ, об этом сообщило Управление национального координатора по борьбе с терроризмом и безопасности.

    Ранее в стране действовал третий уровень террористической угрозы, означающий, что атаки в стране возможны, однако конкретных указаний на то, что они организуются, нет. Четвертый уровень террористической опасности подразумевает, что риск атак выше и что Нидерланды могут являться целью террористов.

    Как отметил национальный координатор по борьбе с терроризмом и безопасностью Питер-Яп Алберсберг, решение повысить уровень связано с общим развитием ситуации: в особенности возросла угроза атак со стороны радикалов на фоне войны на Ближнем Востоке, осквернением Корана в ряде стран Европы и призывам к атакам со стороны террористических группировок, таких как “Исламское государство” и “Аль-Каида”.

  • Niderland terror təhlükəsi səviyyəsini artırıb

    Niderland terror təhlükəsi səviyyəsini dördüncü səviyyəyə, yəni ən sonuncudan bir aşağı səviyyəyə qaldırıb.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinator İdarəsi məlumat yayıb.

    Bundan əvvəl ölkədə üçüncü terror təhlükəsi səviyyəsi qüvvədə idi, yəni ölkədə terror hücumları mümkün idi, lakin onların təşkil olunmasına dair konkret göstərici yoxdur. Dördüncü səviyyə terror təhlükəsi isə o deməkdir ki, hücum riski daha yüksəkdir və Niderland terrorçuların hədəfi ola bilər.

    Terrorizmlə Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinator Piter-Yap Albersberq qeyd edib ki, səviyyənin artırılması ilə bağlı qərar vəziyyətin ümumi inkişafı, xüsusilə, Yaxın Şərqdə müharibə fonunda radikalların hücumu təhlükəsinin artması, bir sıra Avropa ölkələrində Quranın təhqir edilməsi, İŞİD və “Əl-Qaidə” kimi terror qruplarının hücumlara çağırış etməsi ilə bağlıdır.

  • Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ CAVAB

    AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli hansısa bir zonada güclü zəlzələnin baş verməsi ehtimalının olmadığını bildirib.

    Median.Az report-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında ötən gün 47 yeraltı təkanın qeydə alındığını söyləyib:

    “Ancaq narahatlığa heç bir əsas yoxdur”.

  • Azərbaycanda 8-ci sinif şagirdi ərə verilib? – DİN-dən AÇIQLAMA – YENİLƏNİB

    “Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub”.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.az-a məlumat daxil olub.

    Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.:

    “Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.

    Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

    ***

    Azərbaycanda 8-ci sinif şagirdini ərə verirlər. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən məsələ ilə bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

    12:55
    Azərbaycanda 8-ci sinif şagirdini ərə verirlər.

    Sonxeber.az “bakıvaxtı.az”-a istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonu Muradxan kəndinin Gəncəli məhəlləsində baş verib.

    Qeyd edək ki, hər iki tərəfin bu evliliyi razılıqla qarşıladığı bildirilib.

    Kürdəmir rayon sakinləri adıçəkilən kənddə belə hadisələrin tez-tez baş verdiyini, azyaşlı qızların evləndirildiyini bildirilər: “Burda 8-9-cu sinif şagirdi olan qızların nişanlamnası adi hal alıb”.
    Bakıvaxtı.az məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərib.

    Sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

    Əlavə məlumat veriləcək.

  • Bu tarixdə Bakıya QAR YAĞACAQ

    Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşamdan 15-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.Yanvarın 14-15-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında isə yanvarın 14-ü axşam şimal və şərq rayonlarından başlayaraq 15-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var.

    Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.

  • Концерн “Калашников” выпустил партию АК-74М-М

    “Калашников” выпустил партию массогабаритных макетов (ММГ) автомата АК-74М-М, позволяющих выполнять неполную сборку и разборку оружия.

    Как передает Report со ссылкой на российские СМИ, об этом сообщили в пресс-службе концерна.

    Отмечается, что в партию вошло более семи тысяч единиц макетов. В концерне добавили, что спрос на ММГ значительно превышает возможности предприятия по его выпуску. Их изготавливают одновременно с выполнением гособоронзаказа на боевое стрелковое оружие.

    До этого стало известно, что поставки автоматов АК-12 в российские войска по итогам 2023 года выросли почти вдвое.

    Управляющий директор концерна “Калашников” Андрей Барышников заявлял, что концерн планирует до конца года начать производство модернизированного автомата АК-12.

  • “Kalaşnikov” konserni AK-74M-M partiyasını buraxıb

    “Kalaşnikov” silahların qismən yığılmasına və sökülməsinə imkan verən AK-74M-M avtomatının kütlə-qabarit maketlərinin (KQM) partiyasını buraxıb.

    Median.Az xəbər verir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.

    Partiyaya yeddi mindən çox modelin daxil olduğu qeyd edilir. Konsern əlavə edib ki, KQM-yə tələbat müəssisənin istehsal imkanlarını xeyli üstələyir. Onlar hərbi atıcı silahlar üçün dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə eyni vaxtda hazırlanır.

    Xatırladaq ki, daha öncə AK-12 avtomatlarının Rusiya qoşunlarına tədarükü 2023-cü ildə, demək olar, iki dəfə artıb.

    “Kalaşnikov” konserninin icraçı direktoru Andrey Barışnikov bildirib ki, konsern ilin sonunadək modernləşdirilmiş AK-12 avtomatının istehsalına başlamağı planlaşdırır.

  • Braziliyalı futbolçu ildırım vurması nəticəsində ölüb

    Braziliyanın “Uniau Japirense” komandasının 22 yaşlı futbolçusu Kayo Enrike de Lima matç zamanı ildırım vurması səbəbindən dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bu barədə Braziliyanın “Globo” portalı məlumat yayıb.

    Hadisə Parana ştatında həvəskarlar arasında regional kubok matçı zamanı baş verib. Bildirilib ki, daha 6 futbolçu xəsarət alıb.

    Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib, vəfatı ilə əlaqədar matəm elan edib.//report.az

  • Kəlbəcərdə avtomobil aşıb, xəsarət alan var

    Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda maşın aşıb, xəsarət alan var.

    “Report”un Qərb bürosunun məlumatına görə, avtomobil yolunun “Ömər aşırımı” adlanan ərazidən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Ərrahman Əsgərov xəsarət alıb.

    O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.