Month: December 2023

  • Firudin Qurbansoydan bürclərin dəyişməsi məsələsinə REAKSİYA

    Astrologiyada həmişə ilin ayları kimi 12 bürc məlum olub: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar. Lakin son günlər sosial şəbəkələrdə bu siyahıya yeni “İlan” bürcünün əlavə olunması ilə bağlı məlumatlar yayılır.

    Mövzu ilə bağlı tanınmış astroloq Firudin Qurbansoy “Qafqazinfo”ya açıqlama verib.

    Onun sözlərinə görə qalaktikada bizə məlum olan və olmayan 88 bürc yerləşir:

    “Adını səhv deyirlər. Əslində 13-cü bürc “İlan” yox, “İlantutan” bürcü adlanır. Bununla bağlı öz kitabımda yazmışam. Özü də bu bürc zodiaka indi daxil olmayıb. 1977-ci ildən bəri var”.

    Məsələ ilə əlaqədar astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli isə saytımıza bildirib ki, 1999-cu ildən bəri hər il yeni il ərəfəsində bu cür şayiələr yayılır:

    “Əgər 13-cü bürc olan “İlantutan” bürcü həqiqətən varsa, o zaman niyə astrofiziklər bu barədə heç nə demirlər? Əgər 13-cü bürc zodiaka daxil edilibsə, onda niyə yeni il qovşağını 21 martdan – Günəşin “Qoç” bürcünə daxil olmasından hesablayırlar? Bunlar sadəcə insanları çaşdırmaq və diqqət çəkmək üçün yayılan xəbərlərdir”.

    Astroloq – “heç nə dəyişməyib, hər kəsin bürcü öz qüvvəsində qalır”, – deyərək, insanları təşvişə düşməməyə çağırıb.

  • В институте педиатрии обратились к родителям, чьи дети заразились корью

    В Научно-исследовательском институте педиатрии призвали родителей уведомлять учебные заведения при выявлении кори у детей.

    Как передает Report, с таким заявлением выступила врач-инфекционист института Сабина Джафарова.

    По ее словам, если здоровый ребенок контактировал с инфицированным корью, его следует привить в течение 72 часов.

    “Инфицированного ребенка рекомендуется изолировать от других членов семьи в отдельной комнате. Помещение следует часто проветривать, впускать солнечные лучи, следить за уровнем влажности. Ухаживающие за ребенком взрослые должны носить медицинские маску. В рацион ребенка рекомендуется включать продукты, богатые витамином А, например, морковь, апельсины, яйца и прочее”, – сказала медик.

  • İnstitut qızılca ilə bağlı valideynlərə çağırış edib

    “Əgər qızılca diaqnozu təsdiqlənibsə, valideynlərin məktəbə, uşaq bağçalarına bu barədə bildirmələri tövsiyə olunur”.

    “Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova bildirib.

    Onun sözlərinə görə, sağlam uşaq qızılca xəstəsi ilə təmasda olduğu təqdirdə o, 72 saat ərzində qızılcaya qarşı peyvənd edilməlidir:

    “Xəstə uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağın tez-tez havalandırılması və günəş işığı düşməsinə, eyni zamanda otaqda rütubətə diqqət yetirilməlidir. Xəstə uşağa qulluq edən şəxslər maskadan istifadə etməlidirlər. Uşağın rasionuna A vitamini ilə zəngin qidaları, məsələn, yerkökü, həmçinin portağal, yumurta və s. ərzaqları daxil etmək tövsiyə olunur”.

  • Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? – TƏFƏRRÜAT

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kürdəmir rayonunun Muradxan kəndində 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırmalara başlayıb.

    Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

    Onun sözlərinə görə, evliliyə cəlb olunduğu iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunublar.

    Araşdırmalar zamanı məktəbli qızın ərə verilməsi faktı təsdiqini tapmayıb:

    “Sadəcə, ailələrin övladları üçün kiçik nişan mərasimi təşkil etdikləri məlum olub və valideynlər qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra onların toy mərasiminin keçiriləcəyini bildiriblər”.

    T.Mərdanoğlu bununla yanaşı bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurmasına cəlb edilməsinin yolverilməzliyi və qanunla qadağan olunduğu hər iki şəxsin valideynlərinin diqqətinə çatdırılıb.

    Dövlət Komitəsinin sözçüsü məktəbli qızın hazırda dərslərinə davam etdiyini vurğulayıb.

    O, həmçinin əlavə edib ki, məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası nəzərdə tutulub.

  • Nazirlər Kabineti qida və yem məhsulları ilə bağlı qərar verib

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası”nı, eləcə də “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Bundan başqa, hökumətin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” 16 iyul 2018-ci il tarixli qərarı ləğv olunub.

  • В Азербайджане продлен срок особого карантинного режима

    В Азербайджане продлен срок особого карантинного режима.

    Премьер-министр Азербайджанской Республики Али Асадов подписал соответствующее постановление.

    Согласно документу, в целях предотвращения распространения на территории страны коронавирусной инфекции (COVID-19), а также ее возможных последствий, срок особого карантинного режима на территории Азербайджанской Республики продлен до 06:00 2 апреля 2024 года.

  • Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb

    Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb.

    Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 1-dək nəzərdə tutulmuşdu.

  • Prezident dövlət agentliyinə 1,7 milyon manat ayırdı

    Prezident İlham Əliyev Yardımlı rayonunun Masallı-Yardımlı (44 km)-Sırıq-Əfçədulan-Horavar-Əngövül-Zəngələ-Vərov-Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla beş min nəfər əhalinin yaşadığı yeddi yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

    Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.

    İqtisadiyyat Nazirliyi avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

    Dövlətimizin başçısı Gürcüstanın baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı zamanı onunla görüşünün əlaqələrimizin möhkəmlənməsi işində rolunu qeyd edib.

    Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda – Avrasiya məkanında önəmli amil kimi dəyərləndirib və birgə təşəbbüslərimizin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirib. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğulayıb, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını deyib.

    Prezident İlham Əliyev Şalva Papuaşvilinin Azərbaycana səfərinin əlaqələrimizin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

    Xoş sözlərə görə minnətdarlığını bildirən Gürcüstan parlamentinin sədri bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakı ilə bağlı ölkəmizə səfərini məmnunluqla xatırlayıb. Şalva Papuaşvili ulu öndərin çox çətin bir dövrdə Azərbaycana müdrik rəhbərliyini qeyd edərək, ümummilli lider Heydər Əliyevin və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin münasibətlərimizin əsasının qoyulmasında müstəsna rol oynadıqlarını deyib.

    Qonaq ölkələrimizin həyata keçirdiyi layihələrin önəmini qeyd edib, bu layihələrin xalqlarımızın rifahına və bölgədə sülhə xidmət etdiyini vurğulayıb. O, ikitərəfli dostluq münasibətlərimizin uğurla inkişaf etdiyini deyərək, bu işdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin roluna toxunub.

    Görüşdə energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Taksidə tərk edilən uşağın valideyninin kimliyi məlum oldu

    Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 8-də axşam saatlarında Yasamal rayonu ərazisində taksidə tərk edilən körpənin şəxsiyyəti müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

    Araşdırmalarla körpəni tərk edən ana – 1995-ci il təvəllüdlü qadın tapılaraq şöbəyə dəvət edilib. Hazırda hadisənin baş vermə səbəbləri və təfərrüatı barədə araşdırmalar davam etdirilir.