Month: December 2023

  • COP28-in yekun sənədi qəbul edilib

    Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) yekun sessiyasının plenar iclasında yekun sənəd qəbul edilib.

    “Report”un Dubaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir bildirib.

    “Danışıqlara artıq vaxt yoxdur, hərəkət etmək vaxtıdır. İtki və zərərin qarşılanması üçün Fond çərçivəsində real addımlar atmaq lazımdır”, – Sultan Əl Cabir görüşdə deyib.

  • Efirlərdən uzaq düşən GƏLƏCƏYİMİZ: “Televiziyalar uşaq verilişlərindən qaçırlar”

    11 dekabr uşaqların Beynəlxalq televiziya və radio verilişləri günüdür.

    Bu günün ənənəsinə görə, televiziyalar heç olmasa ildə bir gün bütün verilişlərini uşaqlara həsr etməlidirlər. Çünki uşaqlar bizim gələcəyimizdir.

    Bəs, bu gün televiziyalar uşaqlar üçün nə qədər əlçatandır?

    Suala teletənqidçi, professor Qulu Məhərrəmli aydınlıq gətirib.O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Beynəlxalq televiziya və radio verilişləri günü ona görə təsis edilib ki, televiziyalar tamaşaçıların bir hissəsi olan uşaqlar üçün xüsusi diqqət ayırsınlar:

    “Yəni, uşaqlar üçün mütəmadi olaraq maraqlı verilişlər hazırlasınlar. Televiziyaların proqram siyasətində uşaqların da maraqları, istəkləri nəzərə alınsın.Televiziya uşaqları gələcəyə normal insan, cəmiyyətə isə layiqli bir vətəndaş kimi hazırlaya biləcək bir rupordur. Nəzərə alaq ki, müstəqilliyimizin ilk illərində və hətta 2000-ci illərin əvvəllərində televizyalarda və radiolarda maraqlı uşaq verilişləri olub. Yadımdadır ki, “AzTV”, “İTV” və digər televiziyalarda maraqlı, maarifləndirici uşaq verilişləri var idi.

    Hətta “ARB”nin ayrıca uşaq telekanalı -“ARB Günəş” var. Amma baxırsan ki, “Günəş” istənilən effekti vermir. Ola bilsin ki, bu maliyyə problemi ilə bağlıdır.

    Nəzərə alaq ki, normal uşaq verilişlərinin hazırlanması üçün böyük maliyyə lazımdır. Bu istiqamətdə özəl təşkilati işlər aparılmalıdır. Uşaq psixologiyasını bilən yaxşı aparıcılar lazımdır. Bu cür yaxşı aparıcılar bizdə hər zaman olub. Bəlkə də bu çətinliklərə görə televiziyalar uşaq verilişlərindən qaçırlar”.

    Qulu Məhərrəmli onu da əlavə edib ki, beynəlxalq televiziya və radio verilişləri günü həm də bizim yadımıza salır ki, “uşaqlar bizim gələcəyimizdir” şüarının arxasında əməli iş dayanmalıdır:

    “Televiziyalar uşaqlara xüsusi yer ayırmalıdırlar. Xüsusilə də Dövlət Büdcəsindən maliyyələşən televiziyalar maraqlı uşaq verilişləri hazırlamağa borcludurlar. Yaxşı olar ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələyə xüsusi diqqət ayırsın. Komitə televiziyalarla iş birliyinə getməlidir. Bundan bütün cəmiyyətimiz qazanar”.

  • Sərnişinləri yolda qoyan avtobus sürücüsü işdən çıxarılıb

    Ötən gün sərnişinləri avtobusla yolda qoyub gedən sürücü işdən çıxarılıb.

    Bu barədə “Bakubus” MMC məlumat yayıb.

    “Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib.Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq”, – qurumdan bildirilib.

  • Azərbaycanda bu saytın rəhbəri HƏBS EDİLDİ

    Vətəndaşlardan daxil olan müraciətlər əsasında “azerinfo.az” xəbər saytının rəhbəri İbrahim Qubad oğlu Hümbətov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

    Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi qaldırılaraq dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.

    Qeyd edək ki, eyni əməllərə görə “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov da həbs edilib, barəsində cinayət işi açılıb, istintaq gedir. (APA)

  • Spitak zəlzələsi: “Cəsədlərin iki cüt valideyni peyda olurdu, çünki hər ölən üçün 200 rubl ödənilirdi”

    Rusiyanın “Ekspress qəzet”i 1988-ci ilin dekabrında Ermənistana dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Spitak şəhərinə gəlmiş jurnalistlərin və xilasedicilərin xatirələrini dərc edib.

    “Report”un məlumatına görə, məqalədə qeyd olunur ki, faciədən xəbər tutan sovet ölkəsi yəqin ki, sonuncu dəfə birləşdi.

    “Təyyarələr dünyanın hər yerindən İrəvan və Leninakan (indiki Gümrü) hava limanlarına uçurdu – çadırlar, avadanlıqlar, generatorlar, yeməklər, geyimlər, dərmanlar daşınırdı. Təsəvvür edə bilərsinizmi ki, xalqının belə çətin bir vaxtında humanitar yardımı oğurlayanlar da olub? Leninakanda keçirilən müşavirədə yoxa çıxan əmlakın rəqəmləri vaxtaşırı açıqlanırdı”, – deyən jurnalist, hərbi publisist Vladislav Şurıqin xatırlayır ki, o, ermənilərdən ibarət müəmmalı briqadaların təyyarələrə necə yaxınlaşdığını və naməlum istiqamətə yükü apardığını şəxsən müşahidə edib.

    “Yalnız göyərtəsində dəyərli olmayan bir şey olsaydı, boşaltma prosesi hərbçilərə tapşırılırdı. Budur o dövrə aid qeydlərim:

    “500 fransız çadırı, soba və yataq kisəsi”, “300 alman dizel generatoru”, “15 ton ət konservi”, “2000 dəst qış forması (paltarları)”, “10 ton NATO quru qidası”, “3000 ədyal”. Eyni zamanda, İrəvanda olduğu kimi, Leninakanda da zərərçəkənlərə isti paltarlar, uşaq paltarları və s. göndərən sadəlövh sovet “samaratyan”larının çoxsayda bağlamaları var idi. Ən yaxşı halda onlar əski-üskü kimi istifadə olunurdu. Həqiqətən ümumxalq həmrəyliyi fonunda belə münasibət görmək təhqiredici və iyrənc idi”, – o bildirib.

    Spitak və Leninakanda işləyən xilasedicilərin xatirələri Şurıqinin sözləri ilə üst-üstə düşür:

    “Dağıntılar üzərində işləyən çox az yerli sakin var idi: əsasən hərbçilər və könüllülər idi. Dərhal cəfəng şayiələr yayılmağa başladı: deyirdilər ki, rusiyalı hərbçilər geofiziki silahları sınaqdan keçiriblər – məqsədləri ermənilərin diqqətini Qarabağdan yayındırmaqdır. Hələ insanların sağ tapılması üçün ümidin olduğu bir zamanda fransalı xilasedicilərin o vaxtkı ən son model avadanlıqlarını oğurladılar. Bəs naməlum meyitlərlə, hətta müayinəsiz tanımaq mümkün olmayan meyitlərin iki cüt valideynləri meydana çıxırdı, çünki hər ölən şəxs üçün 200 rubl ödənilirdi”.

  • Zlatan İbrahimoviç “Milan”ın sahibi olan şirkətin məsləhətçisi seçilib

    İbra kimi tanınan futbolçu Zlatan İbrahimoviç “Milan”ın sahibi olan şirkətin məsləhətçisi seçilib.

    Məlumata görə, Zlatan İbrahimoviç idman və kommersiya əməliyyatlarında aktiv rol oynayaraq sahiblər və rəhbərliklə sıx koordinasiyada işləyəcək.

    Qeyd edək ki, o, “Milan”ı bir oyunçu kimi çempion edib. İndi isə menecer kimi çalışacaq.

    Mənbə: RİA novosti

  • Danimarka səfiri Rusiya XİN-ə çağırılıb

    Danimarkanın Moskvadakı səfiri Yakob Henningsen xarici şirkətlərin Rusiyadakı fəaliyyəti ilə bağlı ölkə mətbuatında yayılan təxribat xarakterli bəyanatlara görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir.

    Səfirə bildirilib ki, Danimarkanın rəsmi nümayəndəsinin Rusiya iqtisadiyyatına və hüquqi bazasına dair dəyəndirmələri ehtiva edən bəyanatları qəbuledilməzdir və Kopenhagen tərəfindən Rusiyanın daxili işlərinə müdaxilə ilə sərhəddir.

    “Rusiyadakı xarici şirkətlərin, o cümlədən Danimarka şirkətlərinin işinə əsas zərər Aİ və ABŞ-nin anti-Rusiya sanksiyaları ilə bağlıdır”, – deyə bəyanatda vurğulanıb.

    Mənbə: TASS

  • В Баку концентрация угарного газа в воздухе превысила норму

    В Баку концентрация угарного газа в воздухе превысила норму.

    Как сообщили в Министерстве экологии и природных ресурсов Азербайджана, на территории Сабаильского, Хатаинского, Низаминского и Наримановского районов столицы, в Сумгайыте и Гяндже автоматическими станциями ежедневно проводится мониторинг качества атмосферного воздуха.

    При анализе данных, полученных с этих станций, было установлено, что в течение дня концентрация угарного газа в воздухе в Баку была выше нормы в 1,2 раза.

    Причина подобной ситуации связана с интенсивностью движения транспорта, деятельностью промышленных предприятий и человеческим фактором.

  • Bakıda havada dəm qazı normadan yüksək olub

    Bakıda havada dəm qazı 1,2 dəfə normadan yüksək olub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

    Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1,2 dəfə normadan yüksək müəyyən edilib.

    Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

  • Ceyhun Bayramov ukraynalı həmkarı ilə müzakirələr aparıb

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” hesabında məlumat yayıb.

    Bildirilib ki, görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub. Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.