Month: December 2023

  • Dünya bazarında neft qiymətləri

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin yanvar füçersləri 2,73% bahalaşaraq, bir barelinin qiyməti 71,23 ABŞ dolları olub.

    “Brent” markalı neftin fevral füçersləri 2,42% bahalaşaraq, bir barelinin qiyməti 75,84 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • После каждого землетрясения структура дна Каспийского моря меняется – ВИДЕО

    После землетрясения дно Каспийского моря меняет свою структуру. Образуются овраги, ямы, глубокие впадины, а это означает опасность для каждого из нас, особенно в летние месяцы. Поэтому следует быть осторожными, отправляясь на море.

    Возможно, в результате этого за последние несколько лет количество людей, тонущих в море летом, значительно возросло. Немало людей столкнулись с опасностью утонуть буквально в метре от места купания.

    Как передает хezerxeber.az, заведующий отделом Сейсмологии и оценки сейсмической опасности Института геологии и геофизики Гулам Бабаев сообщил, что структура дна Каспийского моря меняется каждый раз после землетрясения.

    По его словам, на дне Каспийского моря находится множество различных тектонических разломов, микро- и мега-блоков. То есть дно моря имеет сложное строение.

    Ученый сообщил, что изменения в блоках начались в этом году и будут наблюдаться и в 2024 году.

    Подробнее – в сюжете.

  • Hər zəlzələdən sonra Xəzər dənizinin dibinin quruluşu dəyişir – VİDEO

    Zəlzələ baş verir və Xəzərin dibi öz quruluşunu dəyişir. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir ki, bu da, xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq.

    Bəlkə də elə bunun nəticəsidir ki, son bir neçə il ərzində yay fəslində dənizdə batanların sayı xeyli artıb. Çimdiyi ərazidən 1 metr kənarda batma təhlükəsi ilə üzləşənlər də az olmayıb.

    Xezerxeber.az-ın məlumatına görə, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev deyir ki, hər dəfə zəlzələdən sonra Xəzərin dibinin quruluşu dəyişikliyə məruz qalır.

    Onu sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro – meqa bloklar var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir.

    Qulam Babayev bildirir ki, bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cü ildə də müşahidə olunacaq.

    Daha ətraflı videomaterialı təqdim edirik:

  • В Нефтчалинском районе задержан мужчина, ограбивший дом семьи шехида

    В поселке Банка Нефтчалинского района совершена кража.

    Как сообщили в пресс-службе Министерства внутренних дел (МВД), в результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками полиции, был задержан житель села Мирзагурбанлы Агиль Садыгов, подозреваемый в незаконном проникновении в частный дом, принадлежащий семье шехида.

    В ходе предварительного допроса задержанный признался в совершенном им преступлении.

    В ходе следствия выяснилось, что А.Садыгов в день совершения указанного деяния гостил у своих родственников, проживающих в поселке. Злоумышленник, воспользовавшись тем, что владелицей расположенного по соседству дома была одинокая пожилая женщина, вечером незаконно проник в дом потерпевшей, угрожал ей и забрал 800 манатов.

    По данному факту в Нефтчалинском райотделе полиции проводится расследование.

  • Neftçalada şəhid ailəsinin evindən soyğunçuluq edən şəxs saxlanılıb

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında rayonun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq ev sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs – rayonun Mirzəqurbanlı kənd sakini Aqil Sadıqov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

    Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Sadıqov qeyd edilən əməli törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib. Qonşuluqda yerləşən şəhid ailəsinə məxsus olan evdə ev sahibinin yaşlı qadın olmasından və tək yaşamaşından istifadə edən Aqil Sadıqov axşam saatlarında zərərçəkənin evinə qanunsuz daxil olub, ona hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib.

    Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

  • СМИ: Грабители проникли в дом Киану Ривза и похитили огнестрельное оружие

    Грабители проникли в дом актера Киану Ривза в американском Лос-Анджелесе. Об этом сообщили СМИ со ссылкой на источники в правоохранительных органах.

    По их данным, грабители в лыжных масках ворвались в дом, но успели скрыться до прибытия полиции. Через несколько часов в доме сработала сигнализация, после чего полицейские снова приехали к дому актера.

    Отмечается, что на кадрах с камеры видеонаблюдения видно несколько мужчин в лыжных масках. Уточняется, что преступники украли огнестрельное оружие. В момент ограбления актера не было дома.

    Киану Ривз известен зрителю по кинофраншизам “Матрица” и “Джон Уик”, а также фильмам “Мой личный штат Айдахо”, “Адвокат дьявола” и “Константин: повелитель тьмы”.

    Источник: ТАСС

  • Məşhur aktyorun evindən odlu silahlar oğurlanıb

    ABŞ-nin Los-Anceles ştatında aktyor Kianu Rivzin evində oğurluq olub.

    Bu barədə ştatın hüquq-mühafizə orqanları məlumat veriblər.

    Verilən məlumata görə, maskalı quldurlar evə soxulsalar da, polis gələnə qədər qaça biliblər. Bir neçə saat sonra evdə siqnalizasiya işə düşüb, bundan sonra polis əməkdaşları yenidən aktyorun evinə gəliblər.

    Videomüşahidə görüntülərində bir neçə maskalı şəxs qeydə alınıb. Cinayətkarlar odlu silah oğurlayıblar. Oğurluq zamanı aktyor evdə olmayıb.

    Mənbə: TASS

  • Azərbaycana gələn turistin ölkədən çıxışına nəyə görə “stop qoyuldu”? – VİDEO

    Ailəsi ilə birgə Azərbaycana gələn turist ölkəsinə qayıda bilməyib.

    Rusiyalı bloqer xanıma Azərbaycandan çıxışına məhdudiyyətin qoyulduğuna görə hava limanında gözləməli olduğunu bildiriblər.

    O, bu anları gözyaşları içində çəkərək sosial şəbəkə hesabında paylaşıb.

    “Problem şəxsi telefonumun qeydiyyatı ilə bağlıdır. Mənə şəxsi telefonumu burada qeydiyyat etmədiyim üçün “stop qoyulub”, – deyə xanım qeyd edib.

    Ətraflı Baku TV-nin süjetində:

  • В Азербайджане стартовал процесс выдвижения кандидатов на пост главы государства

    В Азербайджане стартовал процесс выдвижения кандидатов в президенты.

    Как сообщает Report, согласно решению Центральной избирательной комиссии (ЦИК), внеочередные выборы Президента Азербайджанской Республики назначены на 7 февраля 2024 года.

    Решение вступило в силу со дня его официального опубликования.

    Отметим, что выдвижение кандидатов на пост главы государства гражданами, обладающими активным (пассивным) избирательным правом, инициативными группами избирателей, политическими партиями, блоками политических партий начинается после официального опубликования решения о назначении выборов.

  • Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb

    Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb.

    “Report”un məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib.

    Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Qeyd edək ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır.

    Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında seçkilərin 2024-cü il fevralın 7-də təyin olunması haqqında qərar qəbul edilib.