Month: December 2023

  • İlham Əliyev: “Azərbaycanın iqtisadi inkişafının təməlində apardığımız islahatlar dayanır” – VİDEO

    “Azərbaycanın iqtisadi inkişafının təməlində, əsasən, tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

    Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən Azərbaycanın iqtisadi artımının nisbətən zəif olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

    “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb”.

  • Yeni ildə 7 gün iş olmayacaq – RƏSMİ

    İş və istirahət günlərinin yerləri dəyişdirilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

    Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

    Belə ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.

    Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə – 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

  • DYP hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

    “Hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır”.

    Bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin həftəsonu müşahidə olunan hava şəraiti ilə bağlı çağırışında qeyd edilib.

    Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava şəraiti görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır:

    “Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxüsus səfərə çıxan sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tövsiyə edirik”.

  • Prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı AÇIQLANDI

    2024-cü il yanvarın 15-dən növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

    “Report”un məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb.

    Qeyd edilib ki, proses fevralın 6-sı saat 08:00-da dayandırılacaq.

  • Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşdü

    Rusiya paytaxtı Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

    Bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.

    Aleksey Overçuk və Şahin Mustafayev Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa dair cari məsələləri nəzərdən keçiriblər.

    Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiq edən ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar.

    Görüşdə qeyd edilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% artıb.

    Tərəflər əməkdaşlığın bütün sahələri üzrə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

  • Leonid Aqutin təcili olaraq xəstəxanaya yerləşdirildi

    Məşhur rusiyalı müğənni Leonid Aqutin təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib.

    Onun ayağında qan laxtası əmələ gəldiyi güman edilir.

    55 yaşlı sənətçi ətraflarında şiddətli ağrılardan şikayətlənib. Müayinə zamanı ona venaların trombozu diaqnozu qoyulub.

    Leonid Aqutinə ilkin olaraq dərmanla müalicə təyin olunub.

    Qeyd edək ki, müğənninin yanvarın 3-də Soçidə və 5-də Dubayda keçiriləcək konsertləri, eləcə də Yeni il üçün korporativ tədbirləri ləğv oluna bilər. Sənətçinin proqramı onun müalicəsinin və reabilitasiyasının effektivliyindən asılı olacaq.

    Mənbə: “Mash” “Telegram”

  • “Lada”nın bu modelinin istehsalı dayandırıldı – SƏBƏB

    Rusiyanın avtomobil istehsalçısı “AvtoVAZ” “Lada Granta Cross” modelinin istehsalını komponentlərin çatışmazlığı səbəbindən dayandırıb. Bu barədə “Avtograd News” ictimai səhifəsi məlumat yayıb.

    Lent.az Rusiya mediasına istinadla bildirir ki, “AvtoVAZ”, komponent çatışmazlığı səbəbindən dekabrın 8-dən qeyri-müəyyən müddətə “Granta Cross” avtomobillərinin istehsalını müvəqqəti dayandırıb. Məlumata əsasən, lazımi komponentlər gəldikdən sonra montaj davam etdiriləcək, ancaq vaxt çərçivəsi hələlik məlum deyil.

    Cross avtomobili standart “Lada Granta”dan davamlı plastikdən hazırlanmış kuzov dəstinin olması ilə fərqlənir.

    Avtomobil 90 və 106 at gücünə malik 1,6 litrlik benzin mühərriki ilə təchiz edilib. Sürət qutusu beş pilləli mexaniki sürət qutusudur.

  • İki bürcün başına bəlalar gələcək – XƏBƏRDARLIQ

    İlin son ayında iki bürc, ilk növbədə sağlamlıqla bağlı uğursuzluq və problemlərlə üzləşmə riski ilə üzləşəcək.

    Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Qoçun başına çətinliklər gələcək – dekabr ayı onlar üçün işdə və evdə əsəbilik və stresslə dolu olacaq.

    Astroloqların fikrincə, bu bürcün nümayəndələri nevrozdan qaçmaq üçün öz sağlamlıqlarına diqqət yetirməlidirlər. Ürək-damar sisteminin problemlərinə xüsusi diqqət yetirməyiniz məsləhət görülür. 2024-cü ilə sağlam girmək üçün narahatlıqları azaltmaq və daha çox istirahət tövsiyə edilir.

    Astroloqlar Buğa üçün də problemli dekabr vəd edir. Bütün çatışmazlıqları bağlamağa vaxt tapmaq istəyirlər. Bununla belə, uğur qazanmaq yolunda sağlamlıqlarını itirmək riski də var – məhz iş və istirahət rejiminə əməl edilməməsi səbəbindən bir çox Buğalar indi özünü pis hiss edir və tez-tez işdən əziyyət çəkirlər. İşlər pis bitə bilər, Xəbərdarlıq və iş və istirahət üçün vaxtın bərabər paylanması tövsiyə edilir.

  • FİFA-nın baş katibi Bakıya gəldi

    FİFA-nın baş katibi Fatma Samura Bakıya gəlib.
     
    Median.Az qol.az-a istinadən xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının Azərbaycanda keçirilən illik yekun iclasında fəxri qonaq qismində iştirak üçün Azərbaycanda səfərdədir.
     
    FİFA tarixində ilk qadın baş katib olan Fatma Samura səfər zamanı sabah AFFA tərəfindən liderlik mövzusunda qadınlar üçün keçiriləcək seminarda iştirak edəcək.
     
    Onun AFFA rəhbərliyi ilə görüşü də nəzərdə tutulub.

  • Türkiyə lirəsi yenə ucuzlaşdı

    Türkiyədə lirə növbəti dəfə ucuzlaşıb.
     
    Artıq 1 dollar 28,98 lirəyə çatıb.
     
    1 avro isə 31,24 lirəyə satılır.