Month: December 2023

  • Ermənipərəst senatoru beş illik həbs gözləyir

    Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendes beşillik həbs cəzasına məhkum edilə bilər.

    Belə ki, ABŞ-nin “Bleeding Heartland” saytında jurnalist Rik Morenin korrupsioner senator Robert Menendesə həsr etdiyi məqaləsi dərc edilib.

    Qeyd edək ki, Robert Menendes Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsində çalışıb. Bu yaxınlarda o, iki fərqli kontekstdə rüşvətxorluq və korrupsiyada ittiham olunub.

    Müəllif qeyd edir ki, birinci halda o, nüfuzlu mövqeyindən istifadə edərək Misirə hərbi yardım təmin etmək üçün xarici agent kimi fəaliyyət göstərib.

    “Başqa bir halda, o, üç varlı iş adamına kömək etmək və onların biznes fəaliyyətləri ilə bağlı araşdırmaya mane olmaq cəhdinə görə mükafat olaraq pul, qızıl külçələr, yeni avtomobil və digər qiymətli əşyaları qəbul edib.

    Bu cür ittihamlar Nyu-Cersi senatoru üçün yeni bir şey deyil. 2017-ci ildə o, oxşar korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxıb. Elə o zaman da, indi olduğu kimi, Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməli olmuşdu”, – deyə Rik Moren qeyd edib.

    Jurnalist əlavə edib ki, əgər R. Menendes günahkar bilinərsə, onu 5 il həbs cəzası gözləyir.

    “Üstəlik, senatorun seçiciləri onu dəstəkləmirlər. Son sorğuya görə, nyucersililərin 70%-i onun vəzifədən getməsini istəyir”, – deyə araşdırmaçı jurnalist qeyd edib.

    Mənbə: Caliber

  • В Ереване считают возможным подписание мирного договора с Баку в ближайшее время

    Армения считает возможным заключение мирного договора с Азербайджаном в ближайшее время.

    Об этом на брифинге заявил глава постоянной комиссии по внешним связям армянского парламента Саргис Ханданян.

    Он отметил, что совместное заявление Администрации Президента Азербайджана Ильхама Алиева и Аппарата премьер-министра Армении Никола Пашиняна создает позитивный фон для этого.

    “Мы считаем вероятным подписание мирного договора, потому что настроены конструктивно. Необходимо отметить, что принятие этого заявления может иметь положительный эффект, поскольку в тексте заявления присутствует как минимум позитивная лексика, которая может способствовать более плавному ходу дальнейших переговоров”, – отметил Ханданян.

    Источник: ТАСС

  • İrəvan yaxın vaxtlarda Bakı ilə sülh müqaviləsi imzalamağı mümkün hesab edir

    “İrəvan yaxın vaxtlarda Bakı ilə sülh müqaviləsinin bağlanmasını mümkün hesab edir. Azərbaycan Prezidenti Administrasiyası ilə Ermənistan Baş naziri Aparatının birgə açıqlaması buna müsbət zəmin yaradır”.

    Bunu Ermənistanın “Vətəndaş sazişi” fraksiyasının deputatı, xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

    “Bu açıqlama sülh sazişinin imzalanmasına müsbət təsir göstərə bilər, çünki açıqlamada ən azı müsbət ifadələr var və bu da gələcək danışıqların daha rahat keçməsinə kömək edə bilər”, – deyə o bildirib.

    Mənbə: TASS

  • Lerikdə çöl donuzu ovlayan şəxs saxlanılıb

    Lerikdə çöl donuzunun qanunsuz ovu ilə məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında çöl donuzunu qanunsuz ovladığı müəyyən edilib.

    Ondan bir ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb.

    Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

  • İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılır

    Azərbaycanda 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Beləliklə, sığorta stajının müddəti 30 aydan 24 aya endirilir.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • МИД РФ приветствует совместное заявление Баку и Еревана о мирном договоре

    Российская сторона позитивно оценивает совместное заявление Азербайджана и Армении о намерении нормализовать отношения и заключить мирный договор.

    Об этом говорится в сообщении Министерства иностранных дел (МИД) Российской Федерации (РФ).

    “В Москве с удовлетворением восприняли Совместное заявление Администрации президента Азербайджанской Республики и Аппарата премьер-министра Республики Армения с подтверждением обоюдного намерения нормализовать отношения и заключить мирный договор между двумя странами”, – указали в дипведомстве.

    Там отметили, что Москва готова и далее оказывать всяческое содействие в разблокировании транспортных коммуникаций, делимитации границы, заключении мирного договора и контактах по линии гражданского общества.

    “Приветствуем договоренность между Баку и Ереваном об освобождении армянских и азербайджанских военнослужащих”, – добавили в дипведомстве.

    Источник: ТАСС

  • Rusiya XİN: “Moskva Bakı və İrəvan arasında hərbçilərin qarşılıqlı azad edilməsi üzrə razılaşmanı alqışlayır”

    “Moskva Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş Naziri Aparatının iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin bağlanması üzrə qarşılıqlı niyyətini təsdiqləyən Birgə Bəyanatını məmnunluqla qarşılayıb”.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

    O, həmçinin Moskvanın Bakı və İrəvan arasında hərbçilərin qarşılıqlı azad edilməsinə dair razılaşmanı alqışladığını bəyan edib.

    “Rusiya ardıcıl olaraq saxlanılanların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi ideyasını irəli sürür. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladığı üçtərəfli bəyanatlara uyğun olaraq İrəvan-Bakı münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır. Biz bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazşinin imzalanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslarda hər cür yardım göstərməyə hazırıq”, – deyə şərhdə vurğulanıb.

    Mənbə: TASS

  • Bu şəxslərə uşağa görə əlavə pul veriləcək

    Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qeyd edək ki, qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

    Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) və əmək münasibətlərinə dövlət orqanı və ya hüquqi şəxs ləğv edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən) və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən) ilə əlaqədar əsaslarla xitam verilmiş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ var. Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.

    Beləliklə, artıq bu, məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlara şamil ediləcək.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

  • Azərbaycan otellərində fantastik Yeni il qiymətləri – SİYAHI

    Yeni il bayramlar arasında bəlkə də ən rəngarəng, ən əyləncəli və xüsusən də uşaqlar tərəfindən ən çox gözlənilən bayramdır.

    Yeni ilə sayılı günlər qalmış, yorğun iş həyatından uzaqlaşmaq və tətil günlərini səmərəli istifadə etmək istəyən vətəndaşlar daha çox Azərbaycanın səfalı bölgələrinə üz tutmağa üstünlük verirlər. Bunun üçün ölkəmizdə yetərincə alternativlərin olması da sevindirici hallardan biridir.

    Azxeber.com bölgələrdə bu il üçün müəyyən olunmuş yeni il əyləncələrinin qiymətlərini araşdırıb.

    Beləliklə, şəhərin səs-küyündən uzaq və məsafə baxımından ən əlçatan məkan olaraq bilinən Şamaxıda yeni ili qarşılamaq istəyirsinizsə, iki nəfər üçün ödəyəcəyiniz məbləğ 1800-2000 manat aralığında olacaq. Qiymətə 31 dekabr-2 yanvar tarixlərində 2 dəfə qidalanma və bayram gününə özəl hazırlanan qala gecəsi daxildir.

    Şabranda yeni ili qarşılmaq və Sevda Ələkbərzadəni dinləmək istəyənlər 2 nəfərin 3 gün gecələməsi üçün 2100 manatı gözdən çıxartmalıdır. Məbləğə 2 dəfə qidalanma və qala gecəsi konserti də aid edilib.

    İstirahət deyəndə hamının ağlına gələn ilk yer və ən çox üz tutduğu Quba da digər bölgələrdən geri qalmır. Burada müxtəlif əyləncələr ilə təşkil olunmuş bayram şənliyində iştirak etmək və Faiq Ağayevi dinləmək sizə hər şey daxil 2 nəfər üçün 1250 manata başa gələcək.

    Füsünkar təbiəti, tarixi ab-havası və mistik interyeri ilə turistlərin diqqət mərkəzində olan bu şəhərdə 2024-cü ili qarşılamaq üçün tələb olunan məbləğ, 2 nəfər üçün 1450 manatdır. Burada siz qala gecəsində İlqar Xəyalı da dinləyə biləcəksiniz.

    Balaca şəhər olmasına baxmayaraq Qax hər zaman təbiəti və xüsusən də mətbəxi ilə digər bölgələrdən seçilir. Yeni ilə özəl hazırlanmış proqramların da daxil edildiyi əyləncə gecələrinə qatılmaq istəsəniz, 2 nəfər üçün 31 dekabr-2 yanvar tarixlərində 799 manat ödəyəcəksiniz.

    İsmayıllıda bu bayramda Murad Arifin iştirakı ilə musiqili gecədə 2 nəfərin yeni ili qarşılaması hər şey daxil 3 gün üçün 1640 manat təşkil edir.

    Cənub bölgəsi təbiəti və özünəməxsusluğu ilə fərqlənir. Əgər bayram tətilini burada qeyd etmək və qala gecəsində Nigar Camalı dinləmək fikrində olsanız nə az, nə çox, bunun üçün 1399 manatı gözdən çıxartmalısınız.

  • MSK bu gün prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək

    Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

    Median.Az apa-ya istinadən xəbər verir ki, MSK-nın növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar iclası saat 16:00-da keçiriləcək.

    Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəllədə müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

    Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
    Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.