Month: December 2023

  • Bakıda xəstəxanada BİABIRÇILIQ: “İşçilər əməliyyat zamanı “TikTok”da deyib-güldülər” – VİDEO

    Özəl tibb müəssisəsində lentə alınan videogörüntülər cəmiyyətdə narazılığa səbəb olub.

    Sosial şəbəkələrdə paylaşılan görüntülərin metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında, Kazım Kazımzadə, 99 ünvanında yerləşən “Uni” klinikasında həkim Elmir Qəhrəmanovun icra etdiyi əməliyyat zamanı lentə alındığı iddia edilir.

    Belə ki, əməliyyat gedərkən həkimin assistenti olduğunu bildirən xanım “TikTok” platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma “Komutan”, XTQ, “Hidayət” kimi sözləri əlinə yazmasını istəyirlər. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazır.

    Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

    Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

    Məsələ ilə bağlı sözügedən klinikanın direktoru Elmir Daşdəmirov ilə əlaqə saxladıq. Direktor Oxu.Az-a açıqlamasında sözügedən videogörüntülərin onun klinikasında və həkim Elmir Qəhrəmanovun əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib:

    “Videogörüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm. Digər məqamı Səhiyyə Nazirliyi yoluna qoymalıdır”.

  • Bakı həbsxanasında məhkum öldü

    Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Mübariz Sahib oğlu Məhərrəmov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • ЦАХАЛ в ответ на запуски снарядов нанес удары по целям в Сирии

    Армия обороны Израиля (ЦАХАЛ) в ответ на совершенные 7 декабря обстрелы нанесла минувшей ночью удары по целям на сирийской территории.

    Об этом сообщила армейская пресс-служба.

    “В ответ на вчерашние запуски [снарядов] в сторону северной части Израиля ЦАХАЛ нанес удары по ряду целей в Сирии”, – говорится в заявлении.

    Кроме того, израильский беспилотный летательный аппарат нанес в районе горы Дов недалеко от границы с Ливаном удар по группе вооруженных радикалов.

    “Ночью БПЛА атаковал вооруженную террористическую группу, обнаруженную солдатами ЦАХАЛ в районе горы Дов на севере Израиля”, – проинформировала пресс-служба.

    Источник: ТАСС

  • İsrail ordusu cavab olaraq Suriyadakı hədəfləri vurub

    İsrail Müdafiə Qüvvələri keçirilən hücumlara cavab olaraq, Suriya ərazisindəki hədəflərə zərbələr endirib.

    Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

    “İsrailin şimalına doğru dünənki raket buraxılışlarına cavab olaraq, İsrail ordusu Suriyadakı bir sıra hədəflərə zərbələr endirib”, – deyə bəyanatda bildirilib.

    “İsrailin şimalındakı Dov dağı ərazisində İsrail əsgərlərinin aşkar etdiyi silahlı terror qruplaşmasına PUA-larla hücum edib”, – deyə bəyanatda qeyd olunub.

    Mənbə: TASS

  • Azərbaycanın gömrük postlarında 1 700-dən çox yük maşını gözləmədədir

    Hazırda “Astara” gömrük postunda 181, “Biləsuvar” gömrük postunda 140, “Qırmızı Körpü” gömrük postunda 1 350, “Mazımqara” gömrük postunda 171, “Samur” gömrük postunda 60 və “Xanoba” gömrük postunda 3 yük maşını (ümumilikdə 1 724 yük maşını) çıxışda gözləmədədir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    “Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirir”, – deyə məlumatda qeyd olunub.

  • Bakıda sığınacaqda qızılcaya yoluxan uşaqların son durumları açıqlanıb

    “Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qızılcaya yoluxan uşaqların hazırda səhhəti yaxşıdır”.

    Bunu “Report”a açıqlamasında Birliyin sədri Kəmalə Ağazadə deyib.

    O bildirib ki, xəstəxanaya yerləşdirilən uşaqlardan bir neçəsi sabah, qalanları isə sağaldıqca sığınacağa buraxılacaqlar.

    Xatırladaq ki, Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub, onlardan 20-si xəstəxanaya yerləşdirilib.

  • Bel ağrılarının səbəbləri: Hündür ayaqqabı, qidalanma, soyuq hava…

    Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Xroniki və ya epizodik bel ağrısı hallarının demək olar ki, 85%-i bel nahiyəsində həddindən artıq stress ilə əlaqələndirilir.

    Onurğa sütünü əzələlər, bağlar və vətərlərdən ibarət bir struktur olub anatomik seqmentlərə ayrılır. Bu komponentlərdən hər hansı birində problem olduqda bel ağrısına səbəb ola bilir.

    Bir çox insan, xüsusən də yaşlı şəxslər bu kimi ağırları bir xəstəlik olaraq hesab etmir, ağrılarla birgə yaşamağa başlayır. Bəzən isə bel ağrıları ani şəkildə ortaya çıxır ki, cəld hərəkət və ya ağır fiziki iş zamanı qəfil bel tutulmaları bunlara bir misal ola bilər.

    Moda həvəskarlarında tez-tez bel ağrıları olur. Bu narahatlığın səbəbi adətən sevimli hündürdaban ayaqqabıları göstərməkdir. Məsələ burasındadır ki, sözügedən ayaqqabılar ağırlıq mərkəzini pozur və yeriyərkən xanımlar irəli əyilməyə məcbur olur. Bu, bel bölgəsində əlavə gərginlik yaradır və ağrıya səbəb olur.

    Bel ağrılarının tez-tez rast gəlinən səbəblərdən biri də, onurğa əzələsinin və bağların dartılmasıdır. Çox vaxt narahat, ağır və texniki düz olmayan hərəkətdən sonra əmələ gəlir. Bu tip hərəkətlər bel əzələlərində ağrılı spazm da yarada bilər.

    Spondilyoz və fəqərəarası disklərin degenerasiyası ən cox rast gəlinən səbəblərdən biridir. Bu proses onurğa sütünunun elementlərinin normal strukturu dəyişəndə baş verir. Daha çox yaşlanma prosesi ilə əlaqədar olur.

    Nədənsə az adamın nəzərə aldığı bel ağrısının başqa bir ümumi səbəbi tez-tez stresslə əlaqələndirilir. Emosional stress ağrı kimi özünü göstərən əzələ spazmalarına səbəb ola bilər. Üstəlik, təkcə bel deyil, həm də boyun və hətta çiyinlər də ağrıya bilər.

    İnsanın yaşam tərzi də bel ağrısının səbəbləri arasında önəmli bir yerə sahibdir. Belə ki, gün içərisində çox az hərəkət, kompyuter qabağında uzun müddət çalışmaq, oturma forması və qidalanma vərdişləri, soyuq havalarda vaxt keçirirmək bel ağrısı şikayətlərinin olma ehtimalını yüksəldir.
    //Baku.ws

  • İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

    6-7 dekabr tarixlərində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İraq Respublikasında səfərdə olub.

    Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul edən İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bakıya rəsmi səfərini məmnunluqla xatırlayıb.

    Azərbaycan nümayəndə heyətinin rəhbəri səfər zamanı müzakirə olunacaq məsələləri dövlət başçısının diqqətinə çatdırıb. İkitərəfli münasibətlərin bütün sahələrdə strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri, dövlət başçılarının birgə səyləri ilə yaradılmış dostluq münasibətləri əsasında inkişaf etdiyi vurğulanıb.

    Azərbaycan nümayəndə heyətinin Baş nazir Məhəmməd Şia əl-Sudani, Nazirlər Kabinetinin üzvləri və biznes sənayesinin nümayəndələri ilə görüşləri zamanı beynəlxalq yükdaşımalar, infrastruktur, energetika, hərbi sənaye, təhsil, mədəniyyət, turizm, rəqəmsal hökumət və dövlət xidmətləri sahələrində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

    Kommunikasiya naziri Hayam Al-Yasiri ilə görüşdə iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarından danışılıb. Azərbaycanda xarici şirkətlər üçün geniş vergi və gömrük güzəştləri təklif edən texnologiya və sənaye parkları barədə məlumat verilib.

    İraqın tikinti, şəhərsalma, bələdiyyə və dövlət işləri naziri Bangen Rekani ilə görüşdə Azərbaycan şirkətlərinin İraqda həyata keçirilən tikinti və infrastruktur layihələrində fəal iştirakı müzakirə edilib. İraq tərəfi xüsusilə qeyd edib ki, Azərbaycan şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində təcrübəsi İraqın yol infrastrukturunun bərpası üçün faydalı ola bilər.

    Azərbaycan nümayəndə heyətinin nəqliyyat naziri Rəzzaq Muhaybas Al-Sadavi ilə görüşündə beynəlxalq yük və avtomobil daşımalarının təşkilinin zəruriliyi ilə yanaşı, ticarət, mədəni və turizm əlaqələrinin daha da inkişafı məqsədilə birbaşa aviareyslərin açılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, bu aydan etibarən AZAL Bakıdan Bağdad və Ərbilə, gələn ilin aprelindən isə Bəsrəyə həftədə bir reys həyata keçirməyi planlaşdırır.

    İraq baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüş zamanı bu ölkənin SOCAR ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

    İraq Respublikasının müdafiə naziri Thabet Muhammad Al-Abbasiyə Azərbaycanın müdafiə sənayesinin potensialı barədə məlumat verilib, ali təhsil naziri Naim Abd Yaser ilə Azərbaycanda ali təhsil alan İraq vətəndaşlarının sayının artırılması müzakirə olunub.

    Səfər zamanı, həmçinin, Müdafiə Sənayesi Komitəsinin rəhbəri Mustafa Ati Huseynlə görüş keçirilib. Görüşdə iki ölkə arasında müdafiə sənayesi istiqamətində əməkdaşlıq müzakirə edilib, bu sahədə birgə tədqiqat məsələlərinə dair fikir mübadiləsi aparılıb.

    Rabitə və Media Komissiyasının baş icraçı direktoru Ali Hussein Al-Muayedlə görüşdə iki ölkə arasında FM radiostansiyalarının koordinasiyası mövzusu müzakirə edilib.

    Səfər çərçivəsində Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın üçüncü iclası da keçirilib. Azərbaycan və İraq dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.

    Rəsmi şəxslərlə görüşlərlə yanaşı, Azərbaycan və İraq şirkətlərinin nümayəndələrinin iştirakı ilə biznes forumu keçirilib. Azərbaycan nümayəndə heyəti ölkəmizdə xarici şirkətlər üçün yaradılmış biznes imkanları barədə məlumat verib, İraq şirkətlərini həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. İraq bazarında Azərbaycan investisiyalarının inkişafı müzakirə olunub.

    Səfər çərçivəsində hökumətlər arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının Protokolu, İnformasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və FM radioyayımları üzrə tezlik təyinatlarının koordinasiyası barədə Anlaşma Memorandumu imzalanıb.

  • Putin prezident seçkilərində iştirak edəcəyini açıqladı

    Vladimir Putin 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

    Bu barədə Rusiya Prezidenti özü açıqlama verib.

    Qeyd edək ki, Rusiyada prezident seçkilərinin 2024-cü ilin 17 mart tarixində keçirilməsi nəzərdə tutulub.

  • Проармянскому сенатору Менендесу грозят пять лет тюрьмы

    1 декабря Палата представителей США проголосовала за исключение республиканца Джорджа Сантоса из Конгресса. Это был шестой случай в истории палаты, когда ее члены приняли подобное решение. В мае прокуроры выдвинули против него 13 обвинений, включая мошенничество, отмывание денег, хищение государственных средств и ложные заявления в Конгрессе. Кроме того, во время предвыборной кампании он неоднократно лгал о своей карьере и образовании, тем самым вводя в заблуждение избирателей своего округа.

    Об этом говорится в опубликованной на американском сайте Bleeding Heartland статье Рика Морена, посвященной проармянскому сенатору-коррупционеру от штата Нью-Джерси Бобу Менендесу.

    “В любом случае он ушел. Теперь внимание переключится на Сенат США, а именно на сенатора-демократа Боба Менендеса от штата Нью-Джерси. Он занимал пост председателя комитета Сената по международным отношениям. Недавно ему были предъявлены обвинения во взяточничестве и коррупции в двух разных контекстах.

    В первом случае он, предположительно, действовал как иностранный агент, используя свое влиятельное положение для обеспечения военной помощи Египту. В другом же случае он принимал деньги, золотые слитки, новый автомобиль и другие ценности в качестве вознаграждения за помощь трем богатым бизнесменам из северной части Нью-Джерси и попытку помешать расследованию их деловой активности”, – отмечается в материале.

    Автор добавил, что для сенатора от Нью-Джерси подобные обвинения не в новинку.

    “В 2017 году он предстал перед судом по аналогичным обвинениям в коррупции. Тогда, как и сейчас, он ушел с поста председателя сенатского комитета по международным отношениям.

    С юридической точки зрения предполагаемые преступления сенатора находятся на том же уровне, что и нарушения экс-конгрессмена. Если Менендеса признают виновным, то ему грозят пять лет лишения свободы”, – подчеркивается в статье.

    Р.Морен пишет, что есть и другие сходства между этими двумя политиками.

    “К отставке каждого из них призывают коллеги: десятки членов Палаты представителей в случае Сантоса и по меньшей мере 31 сенатор (все демократы) в случае Менендеса.

    Что же все-таки Сенат будет делать с Бобом Менендесом? Да, он невиновен, пока его вина не доказана. Как и Джордж Сантос был когда-то.

    Более того, не похоже, что избиратели сенатора поддерживают его. Согласно недавнему опросу, 70% жителей Нью-Джерси хотят, чтобы он покинул свой пост.

    Если около 50% демократов проголосуют за исключение Менендеса из Сената, а если республиканцы практически единодушно сделают это, то сенатору придет конец”, – написал Рик Морен.