Month: December 2023

  • В Баку пассажир ударил ножом таксиста

    В поселке Зых Сураханского района Баку произошла поножовщина.

    Как сообщает АПА, между водителем такси Самиром Беюкханлы (2001 г.р.) и пассажиром возник спор.

    17-летний пассажир, имя и фамилия которого пока неизвестны, нанес ножевое ранение водителю такси.

    Пострадавший был госпитализирован.

    По данному факту в Сураханском районном управлении полиции ведется расследование.

  • Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb

    Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Zığ qəsəbəsində baş verib.

    Belə ki, 2001-ci il təvəllüdlü Böyükxanlı Samir Maqsud oğlu idarə etdiyi avtomobili ilə sərnişini ünvana apararkən yolda onlar arasında mübahisə düşüb.

    Hələlik ad və soyadı məlum olmayan 17 yaşlı müştəri taksi sürücüsünə bıçaq zərbələri vurub.

    Yaralı yoldan keçən digər sürücülərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

    Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

  • Пожар в жилом доме в Сумгайыте: эвакуированы 15 человек

    В Сумгайыте в жилом доме произошел пожар.

    В электрощите, установленном на лестничной площадке второго этажа четырехэтажного здания, сгорело по шесть счетчиков, выключателей и столько же метров электрического кабеля.

    Об этом сообщили в МЧС.

    Отмечено, что во время происшествия пожарные эвакуировали 15 жильцов из квартир в безопасную зону.

    Квартиры были защищены от огня.

    Возгорание ликвидировано подразделениями Госслужбы пожарной охраны ведомства.

  • Sumqayıtda yaşayış binasında yanğın: 15 nəfər təxliyə olundu

    Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində quraşdırılan elektrik lövhəsində altı ədəd sayğac, altı ədəd elektrik açarı və altı metr elektrik kabeli yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

    Mənzillər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Представлен рейтинг лучших испанских игроков в истории футбола

    Британский футбольный журнал FourFourTwo опубликовал рейтинг лучших испанских футболистов в истории.

    Список возглавили два легендарных полузащитника каталонской “Барселоны” – Хави и Андрес Иньеста.

    Первую тройку замкнул не менее легендарный вратарь мадридского “Реала” Икер Касильяс.

    Представляем топ-15 игроков из указанного списка (всего в нем 32 человека):

    1. Хави (полузащитник);

    2. Андрес Иньеста (полузащитник);

    3. Икер Касильяс (голкипер);

    4. Давид Вилья (нападающий);

    5. Серхио Рамос (защитник);

    6. Серхио Бускетс (полузащитник);

    7. Рауль Гонсалес (нападающий);

    8. Луис Суарес Мирамонтес (полузащитник);

    9. Карлес Пуйоль (защитник);

    10. Давид Сильва (полузащитник);

    11. Франсиско Хенто (полузащитник);

    12. Хаби Алонсо (полузащитник);

    13. Жерар Пике (защитник);

    14. Фернандо Торрес (нападающий);

    15. Сеск Фабрегас (полузащитник).

  • Futbol tarixinin ən yaxşı ispan oyunçularının REYTİNQİ

    Tarixin ən yaxşı ispan futbolçularının reytinqi dərc edilib.

    Reytinq Böyük Britaniyanın “FourFourTwo” futbol jurnalı tərəfindən tərtib edilib.

    Bu siyahıya “Barselona”nın iki əfsanəvi yarımmüdafiəçisi – Xavi və Andres İnyesta başçılıq edirlər. İlk üçlüyü heç də onlardan əskik olmayan “Real Madrid”in əfsanəvi qapıçısı İker Kasilyas tamamlayıb.

    Həmin siyahını sizə təqdim edirik:

    1. Xavi (yarımmüdafiəçi).

    2. Andres İnyesta (yarımmüdafiəçi).

    3. İker Kasilyas (qapıçı).

    4. David Vilya (hücumçu).

    5. Serxio Ramos (müdafiəçi).

    6. Serxio Buskets (yarımmüdafiəçi).

    7. Raul Qonzalez (hücumçu).

    8. Luis Suares Miramontes (yarımmüdafiəçi).

    9. Karles Puyol (müdafiəçi).

    10. David Silva (yarımmüdafiəçi).

    11. Fransisko Xento (yarımmüdafiəçi).

    12. Xavi Alonso (yarımmüdafiəçi).

    13. Jerar Pike (müdafiəçi).

    14. Fernando Torres (hücumçu).

    15. Sesk Fabreqas (yarımmüdafiəçi).

  • D vitamininin həddindən artıq qəbulu qorxunc nəticəyə gətirib çıxara bilər

    Qidadan kifayət qədər D vitamini əldə etmək çətin ola bilər, buna görə də bəzi hallarda vitamin əlavəsi qəbul etmək tövsiyə olunur.

    Bununla bağlı “Health” jurnalında məqalə dərc olunub.

    Unutmamalıyıq ki, D vitaminin əlavə qəbulu həkim nəzarəti altında olmalıdır, çünki bu vitaminin həddindən artıq qəbulu müxtəlif sağlamlıq problemlərinə səbəb ola, o cümlədən komaya gətirib çıxara bilər.

    D vitamini orqanizmin kalsiumun mənimsəməsində əsas rol oynayır və sümük sağlamlığı üçün vacibdir. O, həmçinin sinirlər tərəfindən siqnalların ötürülməsi və immun hüceyrələri tərəfindən infeksiyalarla mübarizə üçün istifadə olunur. D vitamini çatışmazlığı əzələ zəifliyinə və ağrılarına səbəb ola bilər.

    Təxminən 72 000 ABŞ sakininin iştirak etdiyi araşdırma göstərib ki, təcrübədə iştirak edənlərin 40,9%-də D vitamini çatışmazlığı, 22%-də orta dərəcədə çatışmazlıq, 2,6%-də isə ciddi çatışmazlıq olub. Çatışmazlıq riski xüsusilə yaşlı insanlarda, mədə şuntlanması əməliyyatı keçirmiş piylənmədən əziyyət çəkən insanlarda və qaraciyər xəstəliyi, seliakiya, mukovissidoz və kron xəstəliyindən əziyyət çəkən insanlarda yüksəkdir.

    Günəş şüaları altında olmaq D vitamini çatışmazlığının qarşısını almağa kömək edə bilər, lakin qış aylarında bu vitaminlə zəngin qidaları qida rasionunuza daxil etmək vacibdir. Bu qidalara ala balıq, tunes, qızılbalıq, skumbriya və balıq yağı daxildir.

    Mənbə: osnmedia.ru

  • ФИФА объявила о создании нового клубного турнира

    Международная федерация футбола (ФИФА) на своем официальном сайте сообщила о проведении с 2024 года нового турнира. Он будет носить название Межконтинентальный кубок ФИФА.

    Соревнования будут проводиться раз в год. В турнире будут принимать участие чемпионы всех конфедераций.

    В финальном матче сыграют сильнейший Лиги чемпионов УЕФА и победитель межконтинентального плей-офф между клубами из других конфедераций.

    Первые этапы будут запланированы по согласованию с клубами и конфедерациями. Плей-офф состоится 14 декабря 2024 года на нейтральной территории, финал – 18 декабря 2024 года.

    Источник: gazeta.ru

  • FIFA yeni klub turnirinin yaradıldığını açıqlayıb

    2024-cü ildən FIFA Qitələrarası Kuboku adlanacaq yeni turnir keçiriləcək. Yarışlar ildə bir dəfə keçiriləcək.

    Bu barədə Beynəlxalq Futbol Federasiyası (FIFA) rəsmi saytında məlumat yayıb.

    Turnirdə bütün konfederasiyaların çempionları iştirak edəcək. Final matçında UEFA Çempionlar Liqasının qalibi və digər konfederasiyaların klubları arasında qitələrarası pley-offun qalibi oynayacaq.

    İlk mərhələlər FIFA tərəfindən klublar və konfederasiyalarla məsləhətləşərək planlaşdırılacaq.

    Pley-off oyunları 14 dekabr 2024-cü ildə neytral ərazidə keçiriləcək. Final 18 dekabr 2024-cü ildə baş tutacaq.

    Mənbə: gazeta.ru

  • Sakinlərin kabusuna çevrilən Müşfiqabad yolu – VİDEO

    Sakinlər hər gün öz həyatlarını təhlükəyə ataraq bu yolu qaçaraq keçirlər.

    Xezerxeber.az xəbər verir ki, qaranlıq vaxtlarda isə vəziyyət daha da ciddi olur. Görüntülər Müşfiqabad-Sumqayıt yolunun Aşağı Güzdək qəsəbəsindən keçən hissəsindəndir.

    Sakinlərin sözlərinə görə, sadalanan problemlərlə yanaşı ərazidə işıqlandırmanın olmaması da ayrı bir dərddir. Çünki hava qaralanda yolu keçmək müşkülə çevrilir.

    Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, daxil olan müraciət əsasında montorinq qrupu tezliklə əraziyə baxış keçirəcək. Problemin həlli üçün addımların atılması nəzərdə tutulub.

    Daha ətraflı videomaterialı təqdim edirik: