Month: December 2023

  • Bakı-Sumqayıt yolunda intihara cəhd: Benzin tökərək özünü yandırdı

    Bakı-Sumqayıt yolunda intihara cəhd hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə adı çəkilən yolun Ekoloji nəzarət üzrə Yol-Patrul Xidmətinin yaxınlığındakı körpünün altında qeydə alınıb.

    31 yaşlı Heydər Dövran oğlu Hüseynov üzərinə benzin tökərək özünü yandırıb. Yanıq xəsarətləri alan kişi ətrafda olanların müdaxiləsi ilə Nərimanov Tibb Mərkəzinə aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda dəm qazı can aldı

    Bakıda kişi dəm qazından zəhərlənərək vəfat edib.

    Lent.az-ın məlumatına görə, hadisə gecə saat üç radələrində Binəqədi rayonunda qeydə alınıb. 26 yaşlı Əli Musa oğlu Abbasov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək huşunu itirib.

    O, yaxınları tərəfindən Kliniki Tibbi Mərkəzə aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident İlham Əliyev Küveyt Əmirinin vəfatı ilə bağlı başsağlığı verib

    Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha məktub ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Əlahəzrət,

    Qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
    Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, Küveyt Dövlətinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”

  • Misirdə üç günlük matəm elan edildi

    Bu gün 86 yaşında vəfat edən Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha görə Misir hakimiyyəti ölkədə üç günlük matəm elan edib.

    Bununla əlaqədar Misir prezidenti Əbdülfəttah əs-Sisi fərman imzalayıb.

    “Vəfat etmiş Küveyt əmiri üçün bütün ölkədə üç günlük matəm elan edilsin. Misir ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsinə və Küveyt xalqına böyüklük və səxavət göstərən böyük və müdrik insanın vəfatı ilə əlaqədar kədərini ifadə edir” , – fərmanda qeyd edilir.

    Mənbə: TASS

  • Paytaxtın kanalizasiya DƏRDİ: Bakı niyə yağışa məğlub olur?

    Paytaxtın illərdir bitməyən “xəstəliyi” var. Söhbət Bakının kanalizasiya problemindən gedir.

    Məhəmməd peyğəmbərin bu mövzuda dillər əzbəri olan bir hədisi var: “Təmizlik imandan gəlir…”

    Belə çıxır ki, biz dildə imanlıyıq, əməldə yox?

    İllərdir ki, Bakıya üç-beş damcı yağış düşən kimi şəhər Venesiyanı xatırladır. Əksər qəsəbələrdə və Bakıətrafı ərazilərdə yağışlı havalarda hərəkət çətinləşir, gölməçələrin sayı artır.

    Bəs problemin əsl səbəbi nədir?

    Bizim.media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikrincə, Bakının kanalizasiya ilə bağlı problemi SSRİ dövründən bizə miras qalıb:

    “SSRİ-yə daxil olan digər böyük paytaxt şəhərlərinə baxsaq, görərik ki, ənənəvi problem hər bir ərazidə var. Bakı şəhərinin kanalizasiya problemi XIX əsrin əvvəllərində yaradılmış sistemə əsaslanır. Bütün qoşulmalar bu sistem üzərindən aparılır.

    İkinci Dünya müharibəsinin əvvəlində genişləndirilmiş sistem qurmaq ideyası var idi. Müharibə başladıqdan sonra bu ideya arxa plana keçdi. Daha sonra Bakı şəhərində metro çəkilişi, yeni xətlərin açılması ön plana keçdi, artıq sözügedən məsələ unuduldu”.

    Ekspertin sözlərinə görə, böyük vəsaiti yağış sularının axıdılmasına yönəltmək iqtisadi cəhətdən səmərəli deyil:

    “İllər ərzində bu problem Bakıətrafı qəsəbələri əhatə etsə də, şəhərin mərkəzə yaxın ərazilərində və 1960-1970-ci illərdə salınmış küçə və prospektlərdə özünü qabarıq göstərir. Kanalizasiya sistemi olan ərazilər də yükü götürə bilmir. Çünki zəruri yük limiti var”.

    Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev isə əks fikirdədir:

    “Bakının məişət kanalizasiyası sistemi tam şəhəri əhatə etmir. Yağış sularını idarəetmə sistemi isə 17-22 faiz şəhər ərazisini əhatə edir. Bütün küçə və prospektlərdə bu sistem yoxdur, ancaq olmalıdır. Yağış sularını idarəetmə sistemini əhatə edən küçə və prospektlər də məişət kanalizasiyasını təmin edir, yağış sularını yox…

    Hər bir yolun hərəkət hissəsinə sahəsinə əsasən, orada yığılacaq suyun miqdarına uyğun bu sistem hesablanır. Amma bizdə son illərdə yolun hərəkət hissəsi genişləndirildiyi halda altındakı yağış sularını idarəetmə sistemi yenilənməyib və genişlənməyib. Bu da başqa bir fəsaddır.

    Bu sistemin qurulması bahalı olsa da, vacibdir. Bunu etmək lazımdır, çünki gələcəkdə başqa bir fəsada yol aça bilər. Düşünürəm ki, investisiya cəlb edib, bu işləri icra etmək lazımdır”.

  • “Tiktok”çu Ləman Vəliyeva saxlanıldı – DİN-dən AÇIQLAMA

    “Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb”.

    Bu sözləri azxeber.com-a DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

    O, bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcəkdir.

  • Paytaxtın kanalizasiya DƏRDİ: Bakı niyə yağışa məğlub olur?

    Paytaxtın illərdir bitməyən “xəstəliyi” var. Söhbət Bakının kanalizasiya problemindən gedir.

    Məhəmməd peyğəmbərin bu mövzuda dillər əzbəri olan bir hədisi var: “Təmizlik imandan gəlir…”

    Belə çıxır ki, biz dildə imanlıyıq, əməldə yox?

    İllərdir ki, Bakıya üç-beş damcı yağış düşən kimi şəhər Venesiyanı xatırladır. Əksər qəsəbələrdə və Bakıətrafı ərazilərdə yağışlı havalarda hərəkət çətinləşir, gölməçələrin sayı artır.

    Bəs problemin əsl səbəbi nədir?

    Bizim.media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikrincə, Bakının kanalizasiya ilə bağlı problemi SSRİ dövründən bizə miras qalıb:

    “SSRİ-yə daxil olan digər böyük paytaxt şəhərlərinə baxsaq, görərik ki, ənənəvi problem hər bir ərazidə var. Bakı şəhərinin kanalizasiya problemi XIX-cu əsrin əvvəllərində yaradılmış sistemə əsaslanır. Bütün qoşulmalar bu sistem üzərindən aparılır.

    İkinci Dünya müharibəsinin əvvəlində genişləndirilmiş sistem qurmaq ideyası var idi. Müharibə başladıqdan sonra bu ideya arxa plana keçdi. Daha sonra Bakı şəhərində metro çəkilişi, yeni xətlərin açılması ön plana keçdi, artıq sözügedən məsələ unuduldu”.

    Ekspertin sözlərinə görə, böyük vəsaiti yağış sularının axıdılmasına yönəltmək iqtisadi cəhətdən səmərəli deyil:

    “İllər ərzində bu problem Bakıətrafı qəsəbələri əhatə etsə də, şəhərin mərkəzə yaxın ərazilərində və 1960-1970-ci illərdə salınmış küçə və prospektlərdə özünü qabarıq göstərir. Kanalizasiya sistemi olan ərazilər də yükü götürə bilmir. Çünki zəruri yük limiti var”.

    Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev isə əks fikirdədir:

    “Bakının məişət kanalizasiyası sistemi tam şəhəri əhatə etmir. Yağış sularını idarəetmə sistemi isə 17-22 faiz şəhər ərazisini əhatə edir. Bütün küçə və prospektlərdə bu sistem yoxdur, ancaq olmalıdır. Yağış sularını idarəetmə sistemini əhatə edən küçə və prospektlər də məişət kanalizasiyasını təmin edir, yağış sularını yox…

    Hər bir yolun hərəkət hissəsinə sahəsinə əsasən, orada yığılacaq suyun miqdarına uyğun bu sistem hesablanır. Amma bizdə son illərdə yolun hərəkət hissəsi genişləndirildiyi halda altındakı yağış sularını idarəetmə sistemi yenilənməyib və genişlənməyib. Bu da başqa bir fəsaddır.

    Bu sistemin qurulması bahalı olsa da, vacibdir. Bunu etmək lazımdır, çünki gələcəkdə başqa bir fəsada yol aça bilər. Düşünürəm ki, investisiya cəlb edib, bu işləri icra etmək lazımdır”.

  • MSK sədri: “Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcək”

    “Xankəndidə ilk dəfə səs verən, 18 yaşı tamam olan Azərbaycan seçicisi tarixə düşəcək”.

    Bununla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

    O kütləvi informasiya vasitələrinə bu tarixi anı işıqlandırmaqla bağlı çağırış edib:

    “Xankəndidə məhz həmin binada (Xankəndidə Prezidentin gəzdiyi binanı nəzərdə tutur – red. Keçmiş vilayət Partiya Komitəsinin inzibati binası) Azərbaycan seçicisi səs verəcək. İlk orada səs verən, orada 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq. Ona görə KİV oradakı seçkiləri daha yaxşı işıqlandırılmalıdır”.

    M.Pənahov qeyd edib ki, hansı media qurumu azad edilən ərazilərdən, Xankəndidən, Xocalıdan ilk məlumatı versə, həmin media qurumuna xüsusi mükafat veriləcək.
    //oxu.az

  • Миронов: Путин сегодня объявит о решении идти на выборы самовыдвиженцем

    Лидер фракции “Справедливая Россия – За правду” Сергей Миронов заявил, что президент России Владимир Путин сегодня объявит, что не идет на выборы ни от какой партии, а будет собирать подписи.

    Об этом он рассказал в кулуарах собрания инициативной группы по выдвижению Путина кандидатом в президенты.

    “Сегодня на собрании оргкомитета и будет объявлено, что он не идет ни от какой партии… Он будет собирать подписи”, – сказал Миронов.

    Источник: РИА Новости

  • Putin prezidentliyə namizədliyi ilə bağlı qərar verdi

    “Rusiya Prezidenti Vladimir Putin seçkilərə heç bir partiyadan getmədiyini, imza toplayacağını elan edəcək”.

    Bu sözləri Rusiyanın “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının lideri Sergey Mironov Putinin prezidentliyə namizəd kimi irəli sürülməsi üzrə təşəbbüs qrupunun iclasının kuluarlarında deyib.

    “Bu gün təşkilat komitəsinin iclasında elan olunacaq ki, o, heç bir partiyadan namizədliyini irəli sürmür… O, imza toplayacaq”, – deyə Mironov bildirib.

    Qeyd edək ki, daha əvvəl Vladimir Putin Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin ciddi şəkildə qarşısı alınacağı ilə xəbərdarlıq edib.

    Mənbə: RT.ru