Month: December 2023

  • Под председательством Ильхама Алиева состоялось совещание в связи с проведением COP29 в нашей стране – ФОТО

    15 декабря под председательством Президента Азербайджанской Республики Ильхама Алиева состоялось совещание в связи с проведением в нашей стране в следующем году 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата – COP29.

    Об этом сообщает АЗЕРТАДЖ.



  • COP29-la əlaqədar İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib – YENİLƏNİB (FOTO)

    Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə çıxış edib:

    “Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.

    Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.

    Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.

    Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.

    İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.

    Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək.

    Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

    * * * * *

    Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.



  • Полномочные представители кандидата в президенты от ПЕА – ИМЕНА

    Объявлены имена полномочных представителей кандидата от партии “Ени Азербайджан” (ПЕА) на внеочередных президентских выборах.

    Решение об этом было принято на сегодняшнем заседании правления ПЕА.

    Согласно решению, заместитель председателя ПЕА – руководитель Центрального аппарата Таир Будагов и заместитель председателя ПЕА Али Ахмедов назначены полномочными представителями кандидата от партии на внеочередных президентских выборах.

    Заместитель руководителя Центрального аппарата Ахлиман Тагиев назначен полномочным представителем по финансовым вопросам.

    Отметим, что согласно решению правления ПЕА, кандидатом от партии на внеочередные президентские выборы выдвинут действующий Президент Ильхам Алиев.
    //oxu.az

  • YAP-ın prezidentliyə namizədinin səlahiyyətli nümayəndələri – ADLAR

    Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar prezident seçkisində namizədinin səlahiyyətli nümayəndələrinin adları açıqlanıb.

    Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

    Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar prezident seçkisindəki namizədinin səlahiyyətli nümayəndələri təyin ediliblər.

    Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

    Qeyd edək ki, YAP İdarə Heyətinin qərarına əsasən, partiyanın növbədənkənar prezident seçkisindəki namizədi Prezident İlham Əliyevdir.
    //oxu.az

  • Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

    Dekabr ayının 14-də saat 15:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İİR vətəndaşı saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirərkən 15 kiloqram 600 qram narkotik vasitə – marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

  • Bakıda bəzi ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırıldı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    FHN-dən verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

    – obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;

    – obyektlərdə su hovuzu inşa edilməyib və daxili yanğın su kranları, yanğın hidrant qurğuları quraşdırılmayıb;

    – obyektlərdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

    – obyektlərin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

    – elektrik mühərrikləri, idarəetmə aparatları, işəsalma və nizamlama, nəzarət ölçü cihazları, mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmayıb, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib;

    – taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;

    – obyektlərdə təxliyənin müvəffəqiyyətlə idarə edilməsi istiqamətində tədbir görülməyib;

    – obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

    – obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər planı hazırlanmayıb və əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

    – ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib;

    – obyektlərdə insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

    – ticarət sıralarında taxta, karton, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;

    – ticarət mərkəzinin sıraları küçə ticarəti ilə məşğul olanlar tərəfindən tutulduğundan yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı icrası məcburi olan qərar qəbul edilərək cavabdeh şəxslərə təqdim olunub.

  • İlham Əliyev: “Qurultayda mühüm qərarlar qəbul ediləcəyinə əminəm”

    “Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb.

    “İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar”, – deyə Prezident İlham Əliyevin məktubunda qeyd olunub.

  • Azərbaycan Prezidenti: “Müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi rəğbətlə qarşılanır”

    “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb.

    “Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”, – deyə Prezident İlham Əliyevin məktubunda qeyd olunub.

  • Президент направил обращение участникам XVI съезда учителей Азербайджана

    Президент Азербайджана Ильхам Алиев направил обращение участникам XVI съезда учителей Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, в нем говорится:

    “Уважаемые участники съезда!

    Дорогие учителя и работники образования!

    Сердечно приветствую вас по случаю начала работы XVI съезда учителей Азербайджана, передаю наилучшие пожелания работникам образования нашей страны, желаю всем вам здоровья и новых достижений в вашей почетной деятельности.

    Этот съезд знаменателен тем, что проводится в рамках Года Гейдара Алиева и посвящен 100-летнему юбилею общенационального лидера. В своей широкомасштабной деятельности великий лидер всегда чутко относился к динамичному развитию образования и проявлял беспрецедентную заботу о нем. Этапы подъема наших учебных заведений пришлись именно на период руководства Гейдара Алиева. Успешные шаги, предпринятые в направлении перспектив будущего в национальном образовании и отвечающие вызовам времени, являются результатом последовательной государственной политики, проводимой в тот период.

    За период, прошедший с начала реализации “Государственной стратегии по развитию образования в Азербайджанской Республике”, расширилось внедрение инновационных инициатив на всех этапах и уровнях образования. Особое внимание постоянно уделяется совершенствованию управления в системе образования в соответствии с передовым мировым опытом, продвижению наших университетов в международных рейтинговых таблицах, углублению интеграции образования и науки. Общественность с одобрением воспринимает реализуемые меры по укреплению кадрового резерва с точки зрения компетентности, укрепления общественного авторитета профессии педагога и оценки деятельности учителя.

    Существенный вклад в процесс подготовки конкурентоспособного человеческого капитала вносит то, что система образования Азербайджана базируется на прогрессивных международных стандартах. Наше государство оказывает всю необходимую поддержку нашей талантливой молодежи для обучения в известных высших учебных заведениях зарубежных стран.

    Сразу после нашей блестящей победы в Отечественной войне на наших освобожденных территориях начали функционировать школы, построенные по самым современным стандартам. В этих школах учатся достойные граждане нашего будущего. Недавно созданный Карабахский университет, несомненно, в скором времени оживит образовательную среду, исторически существовавшую в регионе.

    Уверен, что ваше высшее собрание, проведя полный анализ минувшего периода, в условиях обстоятельных дискуссий примет важные решения для достижения стратегических целей в сфере образования и выполнения задач, намеченных в I Государственной программе Великого возвращения, тесно сплотит интеллектуальный потенциал страны во имя устойчивого развития в сфере образования.

    Верю, что наши самоотверженные учителя, приложившие неоценимый труд для формирования отважных и героических сынов, подаривших нашему народу радость Победы, и впредь будут давать прекрасные знания молодому поколению, приложат все усилия во имя воспитания его в духе привязанности к национально-духовным ценностям и идеологии азербайджанства”.

  • İlham Əliyev Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyev Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Müraciətdə deyilir:

    “Azərbaycan Müəllimlərinin XVI Qurultayının öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, ölkəmizin təhsil işçilərinə ən xoş arzularımı yetirir, hamınıza cansağlığı və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

    Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və ümummilli liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Ulu öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir.

    “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

    Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir.

    Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır.

    Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm.

    İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar”.