Month: December 2023

  • Azərbaycanda əhalinin gəlirləri artıb

    2023-cü ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8% artaraq 70,2 milyard manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

    Məlumata görə, əhalinin adambaşına düşən nominal gəliri 6 917,1 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2% artıqdır.

  • İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

    Dekabr ayının 14-də saat 19 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində bağlamalarda ümumi çəkisi 11 kiloqram 970 qram narkotik vasitə marixuana, bir ədəd “Glock” markalı tapança, bir ədəd daraq və on iki ədəd patron aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Bir nəfərə “general-leytenant”, üç nəfərə “general-mayor” rütbəsi verildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:

    “general-leytenant” ali hərbi rütbəsi

    general-mayor Etibar Rəsul oğlu İsmayılova

    “general-mayor” ali hərbi rütbəsi

    polkovnik Şahin Əyyub oğlu Mirzəyevə

    “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

    daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova

    daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.

  • Президент Ильхам Алиев распорядился выделить госагентству 600 000 манатов

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по капитальному ремонту автомобильных дорог на территории Наримановского района города Баку.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. В целях капитального ремонта автомобильных дорог на территории Наримановского района города Баку из суммы, указанной в подпункте 1.31.25 “Распределения средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2023 год для государственных капиталовложений (инвестиционных расходов)”, утвержденного распоряжением Президента Азербайджанской Республики от 23 января 2023 года №3720, выделить Государственному агентству автомобильных дорог Азербайджана 600 (шестьсот) тысяч манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего распоряжения.

    3. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.

  • İlham Əliyev dövlət agentliyinə 600 min manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 600 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Создан Центральный избирательный штаб партии “Ени Азербайджан”

    Создан Центральный избирательный штаб партии “Ени Азербайджан” (ПЕА).

    Соответствующее решение было принято на расширенном заседании правления ПЕА.

    Отмечается, что штаб был создан в составе 21 человека.

    Также на сегодняшнем заседании было принято решение об участии кандидата от партии во внеочередных президентских выборах.

    Согласно единогласному решению, действующий Президент страны Ильхам Алиев избран кандидатом от ПЕА на выборы главы государства.

    Напомним, внеочередные президентские выборы пройдут 7 февраля 2024 года.

  • Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb

    Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb.

    Bu barədə qərar YAP İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.

    Qərargah 21 nəfərdən ibarət tərkibdə yaradılıb.

    Bildirək ki, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında növbədənkənar prezident seçkisində partiyanın iştirakı barədə qərar verilib.

    Qərara əsasən, Prezident İlham Əliyev YAP-ın növbədənkənar prezident seçkisində namizədi olacaq.

    Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

  • Son altı ilin ən güclü maqnit qasırğası olacaq

    Dekabrın 16-da son altı ilin ən güclü maqnit qasırğası gözlənilir.

    Məlumata görə, buna səbəb Günəşdə baş verən güclü partlayışlardır.

    Qeyd edək ki, artıq bir çox insanlar Yerin maqnit sahəsində əmələ gələn təbəddülatı hiss etməyə başlayıblar. Bu özünü fərqli simptomlarla – başağrıları, qan təzyiqinin dəyişməsi və müxtəlif xəstəliklərin güclənməsi ilə büruzə verib.

    Mənbə: mir24.tv

  • Пашинян решил провести кадровые чистки в своей команде

    Премьер-министр Армении Никол Пашинян решил провести кадровые чистки в своей команде.

    Об этом сообщает армянская газета “Жоховурд” со ссылкой на источники.

    В статье отмечается, что Пашинян поручил в кратчайшие сроки уволить всех тех чиновников, даже не высокопоставленных, которые не являются членами “Гражданского договора”, не разделяют идей партии и “осмеливаются сохранять нейтралитет”. Это касается всех сфер – здравоохранения, спорта, образования, включая средние школы и детсады, и т.д.

    На днях мэрия Еревана сообщила, что директора 11 детских садов были уволены. Источники сообщают, что основная причина – они не были членами правящей партии.

    “Таким образом, мы можем констатировать, что бархатные революционеры, провозгласившие Армению “бастионом демократии”, не терпят никакой критики, оппозиционных высказываний или несогласия”, – отмечает издание.

  • Paşinyan kadr təmizləməsinə başlayıb: Uşaq bağçalarının müdirləri də işdən çıxarılırlar

    Ermənistanın baş naziri Nikol Paşinyan komandasında kadr təmizləməsi həyata keçirmək qərarına gəlib.

    Belə ki, Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının üzvü olmayan bütün məmurları tez bir zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb.

    O hesab edir ki, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa davam edən bütün məmurlar mümkün qədər tez vəzifədən uzaqlaşdırılmalıdırlar.

    “Bu, bütün sahələrə – səhiyyəyə, idmana, təhsilə, o cümlədən orta məktəblərə, hətta uşaq bağçalarında rəhbər vəzifə tutan rəhbər şəxslərə aiddir”, – mənbə bildirib.

    Mənbə xatırladıb ki, bu günlərdə İrəvanda 11 uşaq bağçasının direktorunun işdən çıxarılması da məhz N.Paşinyanın kadr siyasətinin tərkib hissəsidir.

    “Beləliklə, deyə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən məxməri inqilabçılar heç bir tənqidə, müxalif bəyanatlara, fikir müxtəlifliyinə dözümlü yanaşmaq iqtidarında deyillər”, – Ermənistanda nəşr edilən qəzet yazır.

    Mənbə: “Joxovurd”