Month: January 2024

  • Aygünün oğurlanan səhifəsindən paylaşım edildi – FOTOLAR

    Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın “Instagram” sosial şəbəkə platformasındaki rəsmi hesabı oğurlanıb. Sənətçinin rəsmi səhifəsi oğurlanandan sonra bütün foto və videoları silinib.

    Median.Az bizim.media-ya istinadən bildirir ki, sənətçinin səhifəsində donuz balasının videosu paylaşılıb.

    Kazımovanın izləyiciləri həmin görüntülərə görə bu paylaşımı edən şəxsi sərt şəkildə tənqid edərək, tapılaraq məsuliyyətə cəlb ediləcəyini yazıblar.

    Aygün Kazımovanın rəsmi hesabını qaytarmaq üçün bununla bağlı işlər görülür.

  • Səlim Müslümovun milyonluq əmlakları müsadirə olundu – SİYAHI

    Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərara qəbul edilib.

    Median.Az demokrat.az-a istinadən xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə elan olunan hökmdə qeyd olunub.

    Təqsirləndirilən şəxsə məxsus bir neçə milyonluq manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub.

    Səlim Müslümova məxsus əmlakları bunlardır:

    1. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38

    2. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov prospekti 7 a, mənzil 3

    3. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi

    4. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108

    5. Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71

    6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51

    7. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri

    8. Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.

    Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərdə əmlak sahibi olduğu üzə çıxıb.

    Xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə çıxış edən prokuror Səlim Müslümova cəza istəyib.

    Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

    O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

    “Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.”
    Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi i hökmü ilə Səlim Müslümova hökm oxunub.

  • Kürdəmirdə “Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxs SAXLANILDI – FOTO

    Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Pirili kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini Ş.Abasov saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən bəzgək quşu götürülüb.

    Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Magistratura imtahanı ilə bağlı YENİLİK – DİM-dən AÇIQLAMA

    2024-cü ildən magistraturaya qəbul imtahanlarında yenilik olacaq. Belə ki, bu il magistraturaya qəbul imtahanında kitabçaların iştirakçılara təqdim olunması nəzərdə tutulub.

    Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

    “Bu yaxınlarda keçirilən sınaq imtahanında da bakalavrlara kitabçaları özləri ilə aparmağa icazə verildi. Hətta əlavə olaraq tapşırıqların izahı əvvəlcə canlı yayım, daha sonra isə yazılı şəkildə ictimaiyyətə təqdim olundu” – deyə, qurum rəsmisi bildirib.

  • Ötən il Bakı Şəhər Prokurorluğunda dörd nəfərə töhmət verilib, bir nəfər işdən çıxarılıb

    Ötən il Bakı Şəhər Prokurorluğunda dörd nəfərə töhmət verilib, bir nəfər vəzifəsindən azad edilib.

    Bu barədə Bakı Şəhər Prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində məlumat verilib.

    Bildirilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından altı nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan bir nəfərə töhmət, üç nəfərə şiddətli töhmət verilib, bir nəfərə irad tutulub, bir nəfər tutduğu vəzifədən azad edilib.

  • Bakıda sexdə partlayış nəticəsində ölənlərin kimliyi müəyyən olunub – SİYAHI

    Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin şəxsiyyəti müəyyən olunub.

    APA xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

    Məlumata görə, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş vermiş partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır.

    Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.

    Bundan başqa, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib:

    1. Abbasova Solmaz Paşabəy qızı (1983)

    2. Atakişiyev Aydın Mirzəmahmud oğlu (1964)

    3. Cəfərov Zaur Qulu oğlu (1980)

    4. Dadaşova Ülviyyə Hümbət qızı (1969)

    5. Məmmədov Elvin Qəfər oğlu (1993)

    6. Məmmədov İlqar Habil oğlu (1964)

    7. Qubadov Fərid Hüseyn oğlu (1983)

    8. Quliyeva Əsmayə Cümşüd qızı (1977)

    9. Yusubov Saraj Oruc oğlu (1985, Gürcüstan Respublikası vətəndaşı)

    Bildiririlib ki, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

    Qeyd olunub ki, partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək:

    “Hadisədən təəssüflənərək vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.

  • Rusiyanın Əməkdar artisti vəfat edib

    Rusiya Federasiyasının Əməkdar artisti Aleksandr Vontov vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə onun çalışdığı teatr məlumat yayıb.

    Aleksandr Vontovun 74 yaşı var idi.

    Aktyor teatrla yanaşı, kinoda da çəkilib, İosif Stalinin obrazını yaradıb.

  • Çıxarışı olmayan mənzillərlə bağlı VACİB XƏBƏR – VİDEO

    Bakıda və Abşeron yarımadasında inşa edilən bəzi binalardakı mənzillərə çıxarış verilməyə bilər.

    Ekspertlər hesab edirlər ki, paytaxt ərazisindəki bəzi binalarda yaşayış olsa da? onlar istismara qəbul edilməyib.

    Həmin binaların istismara qəbul edilməməsinin səbəbi təhlükəsizliklə bağlıdır.

    Əmlak eksperti Elnur Fərzəliyev “AzTV”yə bildirib ki, çıxarışların verilməməsinin əsas səbəbi binaların tikintisi zamanı alınan icazələrlə bağlıdır.

    Ətraflı videosüjetdə:

  • Bakıda tramvay xətləri çəkiləcək küçə və prospektlər – XƏRİTƏ + FOTO

    Nəqliyyat üzrə ekspert, mühəndis Azər Axundov Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb.

    Caliber.Az xəbər verir ki, təqdim olunan xəritədə gələcək xətlərin sxemi əks olunub. Ən uzunu Bakı buxtasının sahili ilə – Bibiheybət qəsəbəsindən başlayaraq Mikayıl Useynov, Neftçilər və 8 Noyabr prospektləri ilə Əhmədli kəndi istiqamətində getməlidir.

    Həmçinin metronun “İçərişəhər” və “28 May” stansiyaları ərazisindən Azadlıq prospekti boyunca və Binəqədi kəndi istiqamətində uzadılmış tramvay xətti çəkilməlidir.


    Daha bir xətt Xətai prospektindən Tofiq Bəhramov adına stadiona və metronun “Gənclik” stansiyasına, ardınca Atatürk prospekti ilə metronun “Azadlıq prospekti” stansiyasına qədər çəkilməlidir.


    Ən uzun xətlərdən biri metronun “Dərnəgül” stansiyasından Ziya Bünyadov, Heydər Əliyev və Babək prospektlərinə doğru onları birləşdirərək, NZS qəsəbəsi və Bakının Ağ Şəhər ərazisindən keçərək metronun “28 May” stansiyasında bitməlidir.


    Qeyd edək ki, Bakıda tramvay xətlərinin çəkilməsinin konkret tarixləri və marşrutları məsələsi hələ dövlət səviyyəsində dəqiqləşdirilməyib, bununla bağlı müxtəlif müzakirələr aparılır.

  • Вынесен приговор Салиму Муслимову

    Вынесен приговор бывшему министру труда и социальной защиты населения Салиму Муслимову. Так, он был приговорен к 11 годам лишения свободы, однако данный приговор был заменен на условный с 5-летним испытательным сроком.

    Как сообщает Report, приговор был зачитан на заседании Бакинского суда по тяжким преступлениям под председательством судьи Фаига Ганиева.

    Наряду с этим было принято решение о конфискации имущества подсудимого.

    Отметим, что прокурор просил применить к С.Муслимову статью 70 (Условное наказание) УК АР и назначить ему условное наказание в виде 13 лет тюремного заключения с пятилетним испытательным сроком.

    Напомним, что Салим Муслимов был арестован в результате операции, проведенной Службой государственной безопасности. Экс-министр был привлечен к ответственности в качестве обвиняемого по статьям 179.4 (Присвоение или растрата с причинением ущерба в особо крупных размерах), 308.2 (Злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия), 311.3.2 и 311.3.3 (Повторное получение взятки в крупном размере) УК АР, после 13 месяцев тюремного заключения из-за проблем со здоровьем он был помещен под домашний арест.

    Министерство финансов Азербайджана было признано потерпевшим по данному уголовному делу. По решению Сабаильского районного суда от 1 июля 2022 года на принадлежащие бывшему министру квартиру, нежилое помещение и автомобили был наложен арест.