Month: January 2024

  • Bakıda kişi keçmiş arvadını güllələdi – YENİLƏNİB

    Bakıda qadın xuliqanlıq zəminində güllələnib.

    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

    Qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bakının Səbail rayonunda güllələnmə hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Şıxov qəsəbəsi ərazisində qeydə alınıb.

    1991-ci il təvəllüdlü Cəmilə Rəşad qızı Məmmədova evdə keçmiş əri ilə mübahisə edib.

    Mübahisə zamanı kişi ona odlu silahdan atəş açıb.

    Qadın sol qolun sümüyünün zədələnməsi diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

    Faktı Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılırlar.

  • Вылет рейса AZAL по маршруту Баку – Нахчыван задерживается

    Вылет рейса J2-251 авиакомпании Azerbaijan Airlines, запланированного по маршруту Баку – Нахчыван, задерживается из-за неблагоприятных погодных условий (сильный туман) в пункте назначения.

    Об этом сообщили в AZAL.

    Выполнение данного рейса будет осуществлено сразу после улучшения погодных условий в аэропорту Нахчывана.

    Согласно правилам авиакомпании, пассажиры задержанного рейса будут обеспечены всем необходимым, включая напитки и питание.

    При возникновении дополнительных вопросов пассажиры могут обратиться в колл-центр авиакомпании по электронной почте callcenter@azal.az или через WhatsApp по номеру – +994(55) 204 65 54.

  • Bakı-Naxçıvan reysi gecikir – SƏBƏB

    “Azərbaycan Hava Yolları”nın J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir”.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

    Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.

    Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204-65-54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

  • Число жертв землетрясений в Японии превысило 230

    Число погибших в результате серии мощных землетрясений, которые произошли в Японии в районе полуострова Ното на побережье Японского моря, возросло до 232.

    Об этом сообщили власти префектуры Исикава.

    Ранее поступала информация о 222 погибших. По меньшей мере 21 человек числится в списке пропавших без вести. Число пострадавших составляет 1 036.

    Источник: ТАСС

  • Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 230-u ötüb

    Yapon dənizi sahillərindəki Yaponiyanın Noto yarımadası yaxınlığında baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 232-yə çatıb.

    Bu barədə İşikava prefekturasının rəsmiləri məlumat yayıb.

    Bundan əvvəl 222 nəfərin öldüyü barədə xəbər yayılmışdı. Ən azı 21 nəfər itkin düşənlər siyahısındadır.

    Qeyd edək ki, zəlzələdə 1036 nəfər xəsarət alıb, 15 mindən çox ev qismən və ya tamamilə dağılıb.

    Mənbə: TASS

  • “Narahatlıq, depressiya…” – Bu içkilərdən istifadə intihara səbəb ola bilər

    Enerji içkilərindən istifadə uşaq və yeniyetmələrdə psixi sağlamlıq problemlərinə və intihar düşüncələrinə səbəb olur.
     
    Bu barədə Nyukasl Universitetinin tədqiqatçısı Dr. Şelina Visram araşdırma edib.
     
    Bu içkilərin istehlakı, xüsusən də uşaqlar arasında psixi sağlamlıq problemlərinin artmasına səbəb olur.
     
    Dr. Şelina Visram araşdırmasında qeyd edib ki, içki içən uşaqlar narkotik vasitələrin qanunsuz istifadəsi və zorakılıq kimi riskli davranışlara daha çox meyllidirlər.
     
    Qeyd edək ki, qazlı içkilər yuxu problemləri, narahatlıq, depressiya və qeyri-sağlam qidalanma vərdişləri kimi mənfi hallara səbəb olur.
    //sfera.az

  • “Telegram”da YENİ FUNKSİYALAR: Artıq istifadəçilər…

    “Telegram” messencerində yeni funksiyalar – yoxa çıxan audio və video mesajları yazmaq imkanı istifadəyə verilib. 

    Yzeniliklər tətbiqin yenilənmiş versiyasında mövcuddur.
     
    İndi “Telegram” istifadəçiləri ilk səsləndirilmədən sonra silinəcək səsli mesajlar göndərə bilərlər. Bunun üçün audio mesaj yazarkən 1 nömrəli düymə seçilir nəticədə alıcı onu yalnız bir dəfə dinləyə bilir. Bənzər bir funksiya video mesajları yazarkən işləyir.
     
    Bundan əlavə, messencer istifadəçiləri indi audio və video mesajların yazılmasına fasilə vermək və sonra onu davam etdirmək imkanı əldə edirlər.
     
    //sfera.az

  • Britni Spirs “İnstaqram” hesabını sildi

    Amerikalı müğənni Britni Spirs “İnstaqram” hesabını silib.

    Bu barədə “The Mirror” məlumat yayıb.
     
    Pop ulduz əvvəllər də sosial media hesabını silib. Lakin bu dəfə Spirs bir daha musiqi ilə məşğul olmayacağını elan etdikdən bir neçə gün sonra hesabını deaktiv edib və səhnəni birdəfəlik tərk etdiyini deyib.
     
    Britni Spirs bir müddət əvvəl yeni albom üzərində işlədiyinə dair xəbərləri təkzib edib, həmçinin musiqi sahəsinə heç vaxt qayıtmayacağına söz verib.İfaçının sözlərinə görə, o, yeni mahnıları yalnız “əylənmək üçün və ya sifarişlə” yazır.
    //sfera

  • Gəncədə 18 yaşlı oğlan dəm qazından zəhərlənib

    Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

    2006-ci il təvəllüdlü Məhəmməd İmanzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Onun vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, M.İmanzadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
    //APA

  • XİN: İranda həbs edilmiş Fərid Səfərliyə 2 il yarım iş verilib

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranda həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərli ilə bağlı yerli medianın sualını cavablandırıb.

    Ayxan Hacızadə bildirib ki, Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.

    XİN rəsmisi qeyd edib ki, 19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub: “Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.

    Bununla yanaşı, İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları Fərid Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır.

    Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Respublikası Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir”.

    Qeyd edək ki, Fərid Qabil oğlu Səfərli ötən il 4 mart tarixində İranda həbs olunub. Azərbaycan Respublikasının vətəndaşının həbsindən və onun barəsində məhkəmə qərarı verildikdən sonra Fərid Səfərlinin valideyni oğlunun durumundan narahatlıq ifadə edib, məsələ ilə bağlı Azərbaycanın dövlət qurumlarına yardım üçün müraciət ünvanlayıb.
    //APA