Month: January 2024

  • Masallıda güclü şaxta iki min abonenti qazsız qoydu

    Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm ortatəzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb.

    “Report”un məlumatına görə, nəticədə iki min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.

    “Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”, – deyə məlumatda vurğulanıb.

  • Fransada Notr-Dam kilsəsi yenidən ziyarətçilərin üzünə açılır

    Fransanın 800 illik tarixi irsi olan Notr-Dam kilsəsinin yanmasından sonra aparılan bərpa işləri başa çatıb.

    Məlumata görə, kilsənin ziyarətçilərin üzünə açılacağı elan edilib.

    Qeyd edək ki, kilsə 2019-cu ildə naməlum səbəbdən yanıb.

    Mənbə: Haber Global

  • BVF-dən qorxulu proqnoz: Dünya üzrə iş yerlərinin 40 faizi itiriləcək

    Texnologiyanın inkişafı dünya üzrə iş yerlərinin təxminən 40%-nin süni intellektlə əvəzlənməsinə səbəb ola bilər.

    Bu barədə Beynəlxalq Valyuta Fondunun təhlilində bəhs edilib.

    Hesabat müəllifləri siyasətçiləri narahatedici tendensiyaya diqqət yetirməyə çağırıblar.

    BVF-nin təhlili göstərir ki, süni intellekt inkişaf etmiş ölkələrdə iş yerlərinin təxminən 60%-nə, aşağı gəlirli ölkələrdə isə 26%-nə təsir göstərə bilər.

    Müəlliflər vurğulayıblar ki, bəzi hallarda işçilər süni intellekt inteqrasiyasından faydalana bilsələr də, digər hallarda süni intellekt insan yerinə tapşırıqları yerinə yetirərək əmək tələbini azaldır. Həmçinin qeyd olunub ki, bir çox ölkələrdə süni intellektdən istifadə üçün infrastruktur və ya ixtisaslı işçi qüvvəsi olmadığından texnologiya millətlər arasında bərabərsizliyi pisləşdirə bilər.

    Mənbə: Hurriyet

  • Çində 300-dən çox qədim sərdabə tapılıb

    Şərqi Çində arxeoloqlar tərəfindən 300-dən çox qədim sərdabə aşkar edilib.

    Qəbirlər Şandunq əyalətinin şərqindəki Tsinnan şəhərində tapılıb.

    Söhbət Çin tarixinin çox fərqli dövrlərinə aid olan məzarlardan gedir. Sərdabələr Döyüşən Dövlətlər dövründən (e.ə. 475-221) Tsin sülaləsinə qədər (1644 – 1911) olan dövrü əhatə edir.

    Həmin ərazidə arxeoloqlar həmçinin bir neçə qədim soba, səkkiz quyu və gil qablar, keramika boşqablar və sikkələr də daxil olmaqla 850 digər artefakt aşkar ediblər.

    Tsinnan Arxeologiya İnstitutunun məlumatına görə, tapılan qəbirlər nizamlı şəkildə düzülüb.

    Alimlər həmçinin qeyd ediblər ki, məzar kompleksləri çox güman ki, yüz illər boyu istifadə olunub.

    Mənbə: TASS

  • Müğənni Roza Zərgərli özünü İlhamə Quliyeva ilə müqayisə etdi

    “Allah İlhamə Quliyevaya rəhmət etsin. Onunla xasiyyətimiz, xüsusiyyətlərimiz, hegemonluğumuz eynidir. Hətta məndə ondan da çoxdur. Amma bir xasiyyətimiz var ki, heç oxşamır. Mənim sözüm daha itidir”.

    Bu sözləri müğənni Roza Zərgərli verilişlərin birində deyib.

    O, sənəti olmayan ifaçıları tənqid edərək nəsihət də verib:

    “Səhnədə müğənnilər arasında hegemon özüməm. Çıxsın kimsə nəsə desin. Öz yaşıdlarım üçün bunu demirəm. Bu sözlər bizdən sonra gələn nəsilə aiddir. Ona görə deyirəm ki, böyüklərinizə hörmətlə yanaşın. Bizim dövrün müğənnilərinə sonradan gələn, sənəti olmayan, gələcəkdə yeri olmayan, günlük, aylıq, illik ifaçıların söz deməyə haqqı yoxdur”.

  • Avtobus dayanacaqlarında varlığı ilə yoxluğu bilinməyən məlumat lövhələri – VİDEO

    Bakının Nəriman Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən dayancaqdan istifadə edən sakinlər bu ərazidən hansı avtobusların keçdiyini bilmirlər.

    Xezerxeber.az-ın məlumatına görə, paytaxtda belə dayanacaqların sayı az deyil.

    Əgər nabələd olduğunuz bir ərazidə olsanız, ordan geri qayıtmağın yolunu öyrənmək asan olmayacaq. Sakinlər dayanacaqlarda yerləşən məlumat lövhələrinin boş olmasından narazı olduqlarını bildiriblər.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Bakının marşrut şəbəkəsi yenidən işlənir. Bu işlər yekunlaşdıqdan sonra marşrutların nömrələrini əks etdirən lövhələr yeni standartlar əsasında quraşdırılacaq.

    Ətraflı süjetdə:

  • В сумгайытской квартире обнаружено тело 62-летнего мужчины

    В одной из квартир в Сумгайыте обнаружено тело 62-летнего мужчины.

    Как передает АПА, случай зафиксирован на территории 9-го микрорайона.

    Согласно информации, тело Рашада Керимли (1962 г.р.) обнаружили в квартире, где мужчина проживал один, его родственники.

    Точная причина смерти пока неизвестна.

    По данному факту проводится расследование.

  • Sumqayıtda mənzildən meyit tapılıb

    Sumqayıtda mənzildən 62 yaşlı kişinin meyiti tapılıb

    APA xəbər verir ki, hadisə doqquzuncu mikrorayon ərazisində qeydə alınıb.

    1962-ci il təvəllüdlü Rəşad Kərim oğlu Kərimlinin meyiti yaşadığı mənzildə tapılıb.

    Məlumata görə R.Kərimli tək yaşayırmış. Meyiti mərhumun yaxınları aşkar ediblər.

    Ölümün dəqiq səbəbləri bilinmir.

    Fakt araşdırılır.

  • Президент Ильхам Алиев принял участие в открытии Лянкяранского регионального центра ASAN xidmət

    16 января Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в церемонии открытия Лянкяранского регионального центра ASAN xidmət.

    Об этом сообщает President.az.

  • İlham Əliyev Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib.

    Bununla bağlı President.az məlumat yayıb.