Month: January 2024

  • İlham Əliyev Lənkəran şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Посольство Грузии выразило соболезнования Азербайджану в связи с жертвами взрыва в Баку

    Посольство Грузии в Азербайджане выразило соболезнования азербайджанскому народу и семьям погибших в результате взрыва, произошедшего 15 января в мебельном цехе в Баку.

    Об этом сообщается в публикации в аккаунте дипмиссии в Facebook.

    “Нас очень опечалило известие о взрыве в мебельном цехе в Баку, повлекшем гибель людей. Выражаем глубокие соболезнования семьям и близким погибших, в это трудное время мы рядом с дружественным Азербайджаном, желаем скорейшего выздоровления пострадавшим”, – отмечается в посте.

    Отметим, что в результате взрыва в мебельном цехе в Бинагадинском районе Баку погибли семь человек, еще 24 пострадали.

  • Gürcüstan səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

    Gürcüstanın Azərbaycandakı səfirliyi yanvarın 15-də Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı Azərbaycan xalqına başsağlığı verib.

    Bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib.

    “Bakıda mebel sexində insan ölümü ilə nəticələnən partlayış xəbəri bizi son dərəcə kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu çətin anlarda biz dost Azərbaycanın yanındayıq, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – qeyd edilib.

    Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla ümumilikdə 24 nəfər xəsarət alıb, yeddi nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Ильхам Алиев ознакомился в Лянкяране с деятельностью предприятия по производству кондитерских изделий

    16 января Президент Азербайджанской Республики Ильхам Алиев ознакомился в Лянкяране с деятельностью предприятия по производству кондитерских изделий общества с ограниченной ответственностью (ООО) Laran.

    Об этом сообщает President.az.

  • İlham Əliyev Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

    Bununla bağlı President.az məlumat yayıb.

  • İki rayona qadın prokuror təyin edildi

    Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xızı və Samux rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Xəyalə Aslanova və Könül Ələsgərova həmin vəzifələrə təyin olunub.

    Bu barədə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.

    Qeyd edək ki, Xəyalə Aslanova 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Əvvəllər Binəqədi rayon prokurorluğunda müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə, Baş Prokurorluqda isə idarə prokuroru vəzifələrində çalışıb.

    Könül Ələsgərova isə 2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Bu təyinata qədər Qax və Nizami rayon prokurorluqlarında müstəntiq və prokuror köməkçisi, bundan başqa Baş şəhər prokurorluğunda şöbə prokuroru və Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifələrində çalışıb.

    Bununla da, prokurorluq orqanlarında rayon prokuroru kimi çalışan qadın əməkdaşların sayı 4-ə çatıb.

    Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyinə xüsusi əhəmiyyət verilməklə gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.

  • Xankəndidə xeyli silah-sursat aşkarlanıb

    Xankəndi şəhəri ərazisində xeyli silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, yanvarın 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində iki ədəd pulemyot, 19 ədəd avtomat silahı, dörd ədəd tapança, dörd ədəd tüfəng, bir qumbaraatan, 13 ədəd qumbara, 2 792 ədəd müxtəlif çaplı patron, 64 patron darağı və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Ağcabədidə narkotik ƏMƏLİYYATI

    Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Şəmsi Səfərov saxlanılıb.

    Şöbədə onun üzərində müvafiq qaydada aparılan axtarış zamanı əlindəki polietilen torbadan 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

    Bununla yanaşı keçirilən digər bir tədbirlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Cavadov da saxlanılaraq şöbəyə gətirilib.

    Ondan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd daraq və 5 ədəd patron aşkar edilərək götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • В части Баку, Сумгайыта и Абшеронского района будут перебои в подаче питьевой воды

    В связи с ремонтными работами на магистральном водопроводе возникнут перебои в подаче питьевой воды в часть Сабунчинского района Баку, часть Абшеронского района и на территорию жилого массива Bağlar города Сумгайыт.

    Об этом сообщили в Государственном агентстве водных ресурсов Азербайджана.

  • Bakı, Abşeron və Sumqayıtın bir hissəsində su kəsiləcək

    Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Bakı şəhərinin Sabunçu rayonunun bir hissəsinə, Abşeron rayonunun bir hissəsinə və Sumqayıt şəhərinin “Bağlar” adlanan ərazisinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xəbər verib.

    Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.