Month: January 2024

  • Vardanyan üçün daha bir bəd xəbər: Arvadının “çirkli oyunları” ifşa olundu – VİDEO

    Ruben Vardanyan üzdə xeyriyyəçi obrazı yaratsa da, 90-cı illərdə qara pullarla varlanan, xüsusən çirkab pulların yuyulmasında mahir olan fırıldaqçı imiş.

    Bu barədə “AzTV”nin “Həftə” ictimai-siyasi proqramında məlumat verilib.

    Ətraflı süjetdə:

  • Правящая партия “Ени Азербайджан” начала агитационную кампанию Ильхама Алиева

    Правящая партия “Ени Азербайджан” (ПЕА) дала старт агитационной кампании своего кандидата Ильхама Гейдар оглу Алиева на выборах Президента Азербайджанской Республики, которые состоятся 7 февраля 2024 года.

    Об этом говорится в сообщении ПЕА.

    “Мы верим, что азербайджанский народ-победитель выберет победоносного лидера Ильхама Алиева, который достойно служит Родине и народу, выполняет свои обещания, принес нашей стране великие достижения, одержал яркую Победу и добился полного восстановления нашего суверенитета”, – подчеркивается в заявлении партии.

  • YAP İlham Əliyevin təşviqat kampaniyasına start verib

    Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın yeddisində keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkisində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib.

    Partiyanın bununla bağlı açıqlamasında qeyd olunub:

    “İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider – İlham Əliyev olacaq”.

  • В Азербайджане стартовала предвыборная агитация кандидатов на досрочных президентских выборах

    В Азербайджане начался период предвыборной агитации кандидатов на досрочных президентских выборах.

    6 февраля в 08:00 агитационный период будет завершен.

    Отметим, что процесс регистрации кандидатов на пост главы государства в Азербайджане завершился 9 января.

    Центризбирком зарегистрировал 7 кандидатов на внеочередных президентских выборах, которые состоятся 7 февраля:

    1. Кандидат от правящей партии “Ени Азербайджан” Ильхам Алиев;

    2. Независимый кандидат Захид Орудж;

    3. Кандидат от партии “Национальный фронт” Рази Нуруллаев;

    4. Кандидат от партии “Великое созидание” Фазиль Мустафа;

    5. Кандидат от партии “Великий Азербайджан” Эльшад Мусаев;

    6. Кандидат от партии “Народный фронт целостного Азербайджана” Гудрат Гасангулиев;

    7. Независимый кандидат Фуад Алиев.

  • Bu gündən prezident seçkisinin təşviqat kampaniyası başlayır

    Bu gündən növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır.

    Fevralın altısı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

    Qeyd edək ki, fevralın yeddisində Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Yanvarın doqquzunda prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə yeddi namizəd mübarizə aparacaq.

    Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

    1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

    2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

    3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

    4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

    5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

    6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

    7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

  • Операция СГБ: разоблачена транснациональная преступная группировка – ВИДЕО

    Служба государственной безопасности (СГБ) Азербайджанской Республики (АР) продолжает оперативно-следственные мероприятия по борьбе с транснациональной организованной преступностью.

    Об этом сообщили в пресс-службе СГБ.

    В информации отмечается, что разоблачены действия транснациональной организованной преступной группировки, которая последние годы, злоупотребляя процессами, происходящими между государствами региона, незаконным путем обеспечивала граждан АР и других стран официальными документами Украины для того, чтобы они могли жить в различных государствах под видом граждан Украины, получать убежище и свободно передвигаться без визы.

    “В ходе расследования было установлено, что житель Львова (Украина) Ибадет Нуриев, Стамбула (Турция) – Фарид Багиров и другие лица, ранее вступившие в предварительный сговор, с января 2023 года незаконно изготавливали для разных людей поддельные украинские паспорта, удостоверения личности, водительские удостоверения и другие документы, продавали их по разным ценам, вплоть до 30 000 долларов.

    В результате мероприятий, проведенных СГБ, вышеупомянутые лица были задержаны и привлечены к следствию в Азербайджанской Республике, им предъявлены обвинения в изготовлении и продаже фальшивых документов и других преступных действиях.

    В ходе расследования также были выявлены лица, передвигающиеся с поддельными документами в разных государствах.

    В настоящее время проводятся интенсивные оперативно-следственные мероприятия по указанным и другим связанным преступлениям”, – говорится в сообщении.

  • DTX-dən ƏMƏLİYYAT: Transmilli cinayətkar dəstə üzvləri tutuldular – VİDEO

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycan Respublikasının və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunub.

    Aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış İbadət Qəhrəman oğlu Nuriyev, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Fərid Vaqif oğlu Bağırov və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30 000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilib.

    DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycan Respublikasında istintaqa cəlb edilmələri təmin olunub, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilib.

    Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdiriliblər.

    Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  • В Губинском районе женщину убило током

    В селе Чичи Губинского района произошел несчастный случай.

    Как сообщает АПА, местная жительница Басти Алекберова скончалась в результате поражения током после прикосновения к электропроводке перед ванной комнатой во дворе ее дома.

    По данному факту в прокуратуре Губинского района ведется расследование.

  • Qubada qadını elektrik cərəyanı vuraraq öldürüb

    Qubada qadını elektrik cərəyanı vuraraq öldürüb.

    APA xəbər verir ki, Çiçi kənd sakini Bəsti Hüseyn qızı Ələkbərova yaşadığı evin həyətində yerləşən hamam otağının qarşısında olan elektrik naqillərinə toxunaraq cərəyan vurması nəticəsində ölüb.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

  • TƏBİB: “Qarlı havada 60 nəfər xəsarət alıb”

    Qarlı hava şəraiti ilə əlaqədar son iki gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzə müraciət edib.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Qeyd olunub ki, mərkəz həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib:

    “Son iki gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. Yanvarın 14 və 15-də hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər təcili tibbi yardıma müraciət edib. Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar”.