Month: January 2024

  • İş adamını sifarişlə öldürən şəxslər Ali Məhkəməyə müraciət etdilər

    2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində öldürülən 27 yaşlı azərbaycanlı iş adamı Ruslan Arif oğlu Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin barələrindəki hökmdən kassasiya şikayəti verilib.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətlin təşkilatçısı Varis Səmədov 16 il 6 ay, Məhəmməd Lətifov 15 il, Şahin Qasımzadə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Ağdaşda “Taxta-şalban Məhəmməd” kimi tanınan iş adamı Məhəmməd Əliyev 2018-ci ildə Ruslan Hüseynovun qardaşı Rauf Hüseynovla iş anlaşması əldə edib. Razılaşmaya görə, Rauf Hüseynov Məhəmməd Əliyevdən 45 700 000 rubl alıb. Bu pulun qarşılığında Rauf Məhəmməd Əliyevə 18 000 kubmetr taxta materiallarını göndərməli olsa da, sadəcə, 14 459 320 rubl dəyərində mal göndərib. Müqavilənin bitməsinə baxmayaraq, Rauf Hüseynov malın qalanını göndərməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb.

    Məhəmməd Əliyev ofisində telefonla Rauf Hüseynovla mübahisə edən zaman bunu Varis Səmədov eşidib. O, bu işi öz üzərinə götürərək məsələni həll edəcəyini bildirib.

    Bundan öncə isə, Məhəmməd Əliyev Rauf Hüseynovun rəhbəri olduğu şirkətin əsl sahibi, onun keçmiş həyat yoldaşı İnci Abbasova ilə görüşüb. İş adamının ofisində görüş zamanı İ.Abbasova əri ilə danışacağını, borcun qaytarılması üçün köməklik edəcəyini bildirib. Lakin qısa müddət sonra Rauf Hüseynovun pulu qaytarmaq barədə düşünmədiyini bildirib. Bu zaman İnci Abbasova Məhəmməd Əliyevə keçmiş həyat yoldaşı Rauf Hüseynov və qardaşı Ruslan Hüseynovla birgə intim münasibətdə olarkən lentə aldığı video və fotoları təqdim edib.

    Bundan sonra, Varis Səmədov Rauf Hüseynovu bu görüntülərlə şantaj edib və pulu qaytarmayacağı halda video və fotoların həm Ağdaşda, həm də Rusiyada yayılacağını, qohumlarına göstərəciyini bildirib. Lakin Varis Səmədov bu üsulla məqsədinə nail ola bilmədiyini görüb, hədə-qorxu ilə tələb etməklə bağlı cinayət əməlini davam etdirərək, 2018-ci ilin noyabr ayında Ağdaş rayonu ərazisində istintaqla müəyyən edilməyən gündə və məkanda qohumu, əvvəllər dəfələrlə məhkum olunmuş, 2019-cu ildə isə vəfat edən Rufan Səmədovla görüşüb. O, görüş zamanı istintaqa məlum olmayan məbləğdə pul verəcəyini Rauf Hüseynovda qorxu yaratmaq məqsədilə qardaşı Ruslan Hüseynovun öldürülməsini Rufan Səmədova sifariş verib.

    R.Səmədov 2019-cu ildə Ağdaş rayonu, Qumlax kəndi yaxınlığında İntiqam Hüseynzadə ilə görüşüb və onu cinayətin törədilməsinə cəlb edib. O, eyni zamanda, qohumluq əlaqəsində olduğu Məhəmməd Lətifovla da əlaqə yaradıb və qətlin vaxtı, yeri barədə müzakirə aparıblar. Bundan sonra İntiqamla Məhəmməd Rusiyaya yollanıblar. Onlar qətldə istifadə olunan tapançanı da Moskvadan alıblar.

    Cinayət əməlinin davamı olaraq, əldə edilən avtomobillə Arxangelsk vilayətinin Nyandoma və Karqopol rayonlarında hərəkət edərək Ruslan Hüseynovun hərəkət qrafikini və gedib-gəldiyi yerləri dəqiqləşdirməyə başlayıblar. Bundan sonra, Şahin Qasımzadəyə zəng edərək cinayətin icraçısının tapılması üçün kömək istəyiblər. Şahin isə öz növbəsində Belarusun Qomel şəhərində yaşayan, kriminal qruplaşmaların üzvü kimi tanınan Ruslan Tarasovla əlaqəyə çıxıb. Ruslan Tarasova qətlin sifarişi üçün 15 min dollar vəd edilib.

    Tarasov isə Hüseynovun hərəkət etdiyi avtomobil yolunda qalıb mövqe tutmağa başlayıb. Daha sonra adaşının gəldiyini görərək, ona yaxınlaşıb və 3 dəfə ardıcıl atəş açmaqla onu qətlə yetirib.

    Bundan sonra, Ruslan Tarasov Rusiya hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb və o, sifarişlə yerinə yetirdiyi qətlə görə ona vəd edilən pulu ala bilməyib. Onunla yanaşı, İntiqam Hüseynzadə də Rusiyada həbsdədir.

    Qeyd edək ki, məhkəmə istintaqı zamanı Ruslan Hüseynovun qardaşı Rauf Hüseynov ifadəsində ilkin olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, onlarla barışdığını bildirib və əlavə olaraq hazırda psixoloji vəziyyəti ilə bağlı müalicə aldığından, baş vermiş hadisələri xatırlamadığını qeyd edib.

  • Авария в Нахчыване: несколько зданий остались без электричества

    Сегодня с 6:30 приостановлено энергоснабжение нескольких зданий на улице Истиглал в Нахчыване из-за сбоя электроэнергии, произошедшего в результате аварии.

    Информацию об этом распространила Государственная энергетическая служба Нахчыванской Автономной Республики.

    Сообщается, что авария произошла на воздушной линии электропередачи №18.

    “С момента возникновения аварии ремонтно-восстановительные бригады заняты устранением ее последствий. Уже восстановлена подача электроэнергии в некоторые здания. Электроснабжение будет восстановлено в ближайшие часы”, – подчеркнуто в информации.

  • Naxçıvan şəhərində qəza: Bir neçə bina işıqsız qalıb

    Bu gün səhər saat 6:30-dan etibarən Naxçıvan şəhərinin İstiqlal küçəsində elektrik enerjisinin kəsilməsilə nəticələnən qəza baş verib, bir neçə binaya işığın verilməsi dayandırılıb.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti məlumat yayıb.

    Bildirilir ki, qəza 18 nömrəli hava elektrik xəttində baş verib.

    “Qəza baş verən saatlardan etibarən ərazidə təmir-bərpa briqadaları onun nəticələrini aradan qaldırmaqla məşğuldurlar. Bəzi binalara artıq işığın verilməsi bərpa edilib. Qarşıdakı bir neçə saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq”, – məlumatda vurğulanır.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 1,75 доллара (2,1%) и составила 84,32 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена барреля нефти рассчитана из 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşdı

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1,75 ABŞ dolları, yaxud 2,1% artaraq 84,32 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Keçmiş məhkum silah və narkotiklə ƏLƏ KEÇDİ

    Lerik sakinindən silah-sursat və narkotik aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi “AK-74” markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

  • ДТП в Баку: пострадала 23-летняя девушка

    В Хатаинском районе Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, в результате столкновения двух автомобилей пострадала Марьям Асланова (2001 г.р.).

    Девушка была госпитализирована.

    По данному факту ведется расследование.

  • Xətai rayonunda qəza olub, 23 yaşlı qız xəsarət alıb

    Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2001-ci il təvəllüdlü Məryəm Əzizağa qızı Aslanova xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı – VİDEO

    Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.

    Bu hadisə Sakit Okean regionunda R1 radio rabitəsinin bir qədər tıxanmasına səbəb olub.

    Bununla belə, baş verdiyi əraziyə görə Günəş partlayışı Yerə o qədər də ciddi təsir göstərməyib.

    Sosial şəbəkələrdə möhtəşəm püskürmənin əks olunduğu kadrlar yayılıb.

  • В WhatsApp появится новая функция

    В популярном мессенджере WhatsApp станет доступна новая функция, которая позволит пользователям форматировать текст сообщений.

    В мессенджере появятся новые инструменты форматирования: блок кодов, блок цитат и списки. Блок кодов будет использоваться, чтобы выделить определенную часть сообщения.

    Блок цитат можно будет применить, чтобы ответить на определенную часть сообщения. Для этого будет необходимо добавить символ “>” перед текстом. Списки помогут организовать информацию. “Начните свой текст с символов “*”, “-” или с цифр, чтобы создать списки”, – пишут эксперты.

    Новая функция доступна некоторым бета-тестировщикам, которые установили последнюю версию бета-версии WhatsApp для Android из Google Play Store. Ожидается, что в ближайшие дни опция будет доступна широкому кругу пользователей.

    Источник: WABetaInfo