Month: January 2024

  • Nursultan Nazarbayevin Astanadakı abidəsi götürülüb

    Qazaxıstanın Milli Müdafiə Universitetinin ərazisində ölkənin ilk prezidenti Nursultan Nazarbayevin abidəsi sökülüb.

    Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

    Məlumata görə, bu, universitetin adının dəyişdirilməsi ilə bağlıdır. Əvvəllər o, Elbaşının adını daşıyırdı.

    “Qazaxıstan Respublikası müdafiə nazirinin əmri ilə Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbaşı adına Milli Müdafiə Universitetinin adı dəyişdirilərək Qazaxıstan Respublikasının Milli Müdafiə Universiteti adlandırılıb. Bununla əlaqədar olaraq Milli Müdafiə Universitetinin ərazisində yerləşən Qazaxıstan Respublikasının birinci prezidentinin abidəsinin Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Dövlət Hərb Tarixi Muzeyinin binasının ərazisinə köçürülməsi və quraşdırılması qərara alınıb”, – deyə məlumatda bildirilib.

    Mənbə: vlast.kz

  • Azərbaycan Ordusunda ehtiyata və istefaya göndərilən vəzifəli şəxslərin ADLARI

    “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

    Pravda.az istefaya göndərilən və ehtiyata buraxılan vəzifəli şəxslər barəsində məlumat əldə edib.

    Belə ki, Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov, Quru Qoşunlarının Əməliyyat idarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev istefaya göndəriliblər.

    Ehtiyata göndərilən vəzifəli şəxslər arasında Əməliyyat Baş İdarəsinin rəisi Azər Əliyevin də adı var.

    Bundan başqa, müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıblar.

    Eyni zamanda, Azərbaycan Milli Müdafiə Akademiyasının rəisi Heydər Piriyev vəzifəsindən azad edilib, həmin vəzifəyə polkovnik Gündüz Əbdülov təyin olunub.

  • Prokuror Əvəz Zeynallıya CƏZA istədi

    Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun da 5 il azadlıqdan məhrum edilməsini istəyib.

    “Report” xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Məhkəmənin növbəti iclası yanvarın 26-na təyin edilib.

    Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

  • Baş nazirdən radiomaneələrin qarşısının alınması ilə bağlı QƏRAR

    Nazirlər Kabineti 23 dekabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin nümayəndələrinin ehtimal edilən radiomaneə mənbəyinin yerləşdiyi dövlət idarə, təşkilat və müəssisələrinin ərazilərinə onların tabe olduqları dövlət orqanlarının razılığı ilə, sahibkarlıq subyektlərinin ərazisinə isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə əsasən daxil olması üçün maneə təsiri yaratması ehtimal edilən qurğunun sahibi və ya maneə təsiri yaratması ehtimal edilən qurğunun yerləşdiyi ərazinin sahibi tərəfindən şərait yaradılır və müvafiq tədbirlər görülür.

    Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər və idman yarışları üçün istifadəsinə icazə verilmiş radiotezliklərə radiomaneə təsiri yaradan qurğunun fəaliyyəti Dövlət Radiotezliklər İdarəsi tərəfindən həmin qurğunun sahibinə verilmiş göstərişə (şifahi və ya yazılı) əsasən ən geci bir saat ərzində dayandırılır.

    Radiomaneə təsiri Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin 5-ci maddəsinin 5.2-ci bəndi ilə müəyyən olunmuş radiotezliklərin idarəolunması üzrə Azərbaycann da daxil olduğu birinci region ölkələri üçün Radiorabitə Reqlamentinin həmin maddəsinin dördüncü bölməsində nəzərdə tutulmuş tezlik bölgüsünə uyğun şəkildə istifadə olunmayan qurğudan (o cümlədən qeyri-standart qurğudan) yarandığı təqdirdə həmin qurğunun istifadəsinin təxirəsalınmadan dayandırılması qurğunun sahibindən tələb olunur və standartlara uyğun analoji qurğu ilə əvəz edilməsi qurğunun sahibinə tövsiyə edilir.

    Televiziya və radio yayımlarına radiomaneə təsiri ilə bağlı müraciətlərə baxılarkən Dövlət Radiotezliklər İdarəsi tərəfindən teleradio yayım şirkətlərinin və infrastruktur operatorunun həmin işlərə cəlb olunmasına yol verilir.

  • В Армении в ресторане произошла стрельба: задержан экс-замначальника Генштаба

    В одном из ресторанов Котайкской области Армении произошла стрельба.

    Как передают армянские СМИ, об этом сообщил пресс-секретарь Следственного комитета страны Гор Абрамян.

    Согласно информации, в заведении возник спор между примерно 10 собравшимися, во время которого бывший замначальника Генштаба республики Тиран Хачатрян начал стрелять из наградного оружия.

    В результате один человек получил травмы и был госпитализирован, а Т.Хачатрян задержан.

    Других подробностей Г.Абрамян не раскрыл, сославшись на конфиденциальность следствия.

    По данному факту возбуждено уголовное дело по статьям о хулиганстве, незаконном обороте оружия, причинении вреда здоровью.

  • Ermənistanda restoranda atışma: Baş Qərargah rəisinin keçmiş müavini saxlanıldı

    Ermənistanın Kotayk vilayətində restoranlardan birində atışma baş verib.

    Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

    Məlumatına görə, restorana toplaşan 10-a yaxın adam arasında mübahisə yaranıb və bu zaman Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan silahdan atəş açmağa başlayıb.

    Nəticədə bir nəfər yaralanıb və xəstəxanaya çatdırılıb. Tiran Xaçatryan isə saxlanılıb.

    Qor Abramyan istintaq məxfiliyini əsas gətirərək digər təfərrüatı açıqlamayıb.

    Məsələ ilə bağlı xuliqanlıq, qanunsuz silah dövriyyəsi, sağlamlığa zərər vurma maddələri üzrə cinayət işi açılıb.

    Mənbə: Erməni KİV

  • Sabah Bakıya qar yağacaq

    Ölkə ərazisində yanvarın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağıntılı olacağı, gündüzdən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturunun anomal gedişi gözlənilir, belə ki, yanvarın 12-dən 13-nə keçən gecə və gündüz 4 dərəcəyə yaxın isti, axşam saatlarında 0 dərəcəyə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

    Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

  • Генерал Хикмет Мирзоев назначен замминистра обороны

    Командующий Силами специального назначения Вооруженных сил Азербайджана, генерал-лейтенант Хикмет Мирзоев назначен заместителем министра обороны – командующим Сухопутными войсками.

    Генерал-лейтенант Анвар Эфендиев освобожден от должности заместителя министра обороны – командующего Сухопутными войсками.

  • General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib

    Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib.

    General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

  • Azərbaycanda nüfuz alveri edən məmur cərimələndi

    Cinayətdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin müfəttişi Ramil Həsənova hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, 1969-cu il təvəllüdlü məmur Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilib.

    Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə R.Həsənova 5 min manat cərimə cəzası təyin edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda R.Həsənovun tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri alması qeyd edilib.