Month: January 2024

  • “WhatsApp”da yeni funksiya olacaq

    Populyar “WhatsApp” ani mesencerində istifadəçilərə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya əlçatan olacaq.

    Mütəxəssislər bildiriblər ki, mesencerdə yeni formatlaşdırma alətləri – kodlar bloku, sitatlar və siyahılar bloku olacaq. Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə olunacaq.

    Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə biləcək. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə etməlisiniz. Siyahılar məlumatı təşkil etməyə kömək edir. “Siyahınızı yaratmaq üçün mətninizi “*”, “-” və ya rəqəmlərlə başlayın”, – deyə ekspertlər bildiriblər.

    Yeni funksiya “Google Play Store”dan “Android” üçün “WhatsApp”ın ən son beta versiyasını yükləmiş beta testerlər üçün əlçatandır. Gözlənilir ki, seçim yaxın günlərdə adi istifadəçilər üçün də əlçatan olacaq.

    Mənbə: WABetaInfo

  • Məcburi köçkün: “Evimizin açarlarını indiyədək saxlamışam” – VİDEO

    Семья Шихиевых всегда с надеждой ждала того дня, когда вернется на родные земли.

    Несмотря на то, что знающий наизусть каждый сантиметр своего родного края уроженец Джебраила Сурхай Шихиев был вынужден покинуть эти территории, он все еще хранит ключи и документы своего дома.

    Он верит, что скоро с улыбкой на лице вернется в жилище, которое покидал со слезами на глазах.

    Подробнее – в сюжете Общественного телевидения Азербайджана (İTV):

  • Məcburi köçkün: “Evimizin açarlarını indiyədək saxlamışam” – VİDEO

    Şıxıyevlər ailəsi doğma torpaqlarına qayıdacağı günü ümidlə gözləyib.

    Əslən Cəbrayıldan olan, doğma torpağının hər qarışını əzbərə bilən Surxay Şıxıyev məcbur qalıb doğma yurdunu tərk etsə də, evinin açarını, sənədlərini indiyədək saxlayıb.

    O tezliklə ağlayaraq çıxdığı evinə gülərək qayıdacağına inanır.

    Daha ətraflı İTV-nin süjetində:

  • Какие заболевания могут вызвать препараты для похудения? – ВИДЕО

    В социальных сетях организована продажа биологически активных добавок к пище для похудения, представляющих опасность для здоровья человека.

    В настоящее время широко распространилось использование некачественных препаратов неизвестного происхождения для снижения веса.

    Какие же побочные эффекты могут вызвать подобные средства?

    Врач Центрального таможенного госпиталя Джейхун Алиев отметил, что лекарства для похудения негативно влияют на печень и почки.

    “Перед использованием таких препаратов необходимо проконсультироваться с диетологом”, – подчеркнул медик.

    Подробнее – в сюжете ATV Xəbər:

  • Arıqlama dərmanları hansı xəstəliklər yaradır? – ARAŞDIRMA (VİDEO)

    Sosial şəbəkələrdə arıqlama və insan sağlamlığı üçün təhlükə yaradan bioloji aktiv qida məhsullarının satışı həyata keçirilir.

    Günümüzdə keyfiyyətsiz, mənşəyi məlum olmayan arıqlama dərmanlarından istifadə kifayət qədərdir.

    Bəs bu kimi dərmanlar hansı fəsadlara yol aça bilər?

    Mərkəzi Gömrük Hospitalının həkimi Ceyhun Əliyev bildirib ki, arıqlama dərmanları qaraciyər və böyrəkləri sıradan çıxarır:

    “Sözügedən dərmanları istifadə etmədən öncə dietoloqa müraciət etmək lazımdır”.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Белый дом сообщил о прекращении поставок оружия в Украину

    Соединенные Штаты прекратили поставки оружия и военной техники Украине в связи с отсутствием бюджетных средств на такие программы. Это подтвердил на регулярном брифинге для журналистов координатор по стратегическим коммуникациям в Совете национальной безопасности (СНБ) Белого дома Джон Кирби.

    “Да. Мы выдали последний пакет из имеющихся запасов, на поддержку которого у нас имелось финансирование”, – сказал представитель Белого дома, комментируя вопрос о поставках Вашингтоном вооружений Киеву.

    “Критически важно, чтобы Конгресс действовал по этому запросу [на выделение дальнейших бюджетных средств для Украины], касающемуся национальной безопасности, чтобы мы получили дальнейшее финансирование”, – считает Кирби. “Помощь, которую мы оказывали, теперь со скрипом остановилась”, – подчеркнул сотрудник СНБ. По его оценке, “необходимость [в предоставлении Киеву новых американских вооружений] сейчас острая, особенно в зимние месяцы”.

    Вашингтонская администрация направила почти четыре месяца назад в Конгресс запрос на дополнительные бюджетные ассигнования в 2024 финансовом году, начавшемся в США 1 октября, прежде всего для оказания помощи Израилю и Украине, а также для противодействия Китаю и России в Азиатско-Тихоокеанском регионе. В общей сложности на эти цели исполнительная ветвь власти во главе с президентом США демократом Джо Байденом хотела бы получить около 106 млрд долларов.

    Источник: ТАСС

  • ABŞ Ukraynaya hərbi yardımı dayandırıb

    Büdcə vəsaiti olmadığı üçün ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü dayandırıb.

    Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

    Vaşinqtonun Kiyevə silah tədarükü məsələsini şərh edən Ağ Evin nümayəndəsi “Bəli. Biz mövcud ehtiyatlardan sonuncu paketi ayırdıq və bunun üçün maliyyə vəsaitimiz var idi. Göstərdiyimiz yardım indi dayanma nöqtəsinə gəlib”,- deyə bildirib.

    Qeyd edək ki, Vaşinqton administrasiyası təxminən dörd ay əvvəl İsrail və Ukraynaya kömək üçün 106 milyard dollar ayırmaq barədə Konqresə sorğu göndərib. Lakin sorğunun və alternativ qanun layihələrinin gələcək taleyi müəmmalı olaraq qalır.

    Mənbə: TASS

  • В Гобустане 54-летний мужчина убил свою супругу

    11 января около 20:00 в Гарадагскую районную прокуратуру поступила информация об убийстве Парваны Зейналовой (1974 г.р.) в своем доме, расположенном на территории поселка Гобустан.

    Как сообщили в надзорном органе, в ходе проведенного расследования возникли обоснованные подозрения в том, что Заман Зейналов (1970 г.р.), муж погибшей, умышленно убил П.Зейналову, нанеся ей удары ножом во время возникшего между ними конфликта.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело по статье 120.1 (Умышленное убийство) УК АР, З.Зейналов добровольно сдался следствию и был задержан в качестве подозреваемого.

    Предварительное расследование по делу продолжается.

  • Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir

    Yanvarın 11-i saat 20 radələrində 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib.

    Aparılan araşdırma zamanı 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

  • Bakının mərkəzində bu restoranın fəaliyyəti dayandırıldı

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən “Al Divan” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

    – obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları yararsız vəziyyətdədir;

    – yaşayış binasının qeyri-yaşayış sahəsində – restoranın daxilində təbii qazla işləyən kombi qurğusundan istifadə olunur;

    – obyektin arxa hissəsində layihədənkənar yüngül konstruksiyadan ibarət əlavə artırma işləri aparılıb, artırılmış sahədə 1 ədəd odunla işləyən təndir qurğusu quraşdırılıb;

    – elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

    – obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

    – mətbəxdə quraşdırılmış tüstü borusu yanar tozlardan, yağ qalıqları və istehsalat tullantılarından təmizlənməyib;

    – obyektdə təxliyə planı mövcud deyil;

    – yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

    – obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən “Al Divan” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib, həmçinin artırma hissədəki təndir sökülərək kənarlaşdırılıb.