Month: January 2024

  • Zelenski Latviyaya gedib

    Ukrayna Prezidenti Vladimir Zelenski Latviyada səfərdədir.

    Bu barədə Latviya xarici işlər naziri Krişjanis Karinş “X” hesabında bildirib.

    “Latviya Ukraynanın azadlıq və müstəqillik uğrunda mübarizəsini qətiyyətlə dəstəkləyir”, o paylaşımında qeyd edib.

    Xatırladaq ki, Prezident Zelenski Baltikyanı ölkələrə səfəri çərçivəsində dünən Vilnüsdə, bu gün isə Tallində olub.
    //APA

  • Çindən bir neçə blok qatarı yaxın günlərdə Bakı limanına çatacaq

    Çinin Sian şəhərindən göndərilən növbəti blok qatar ötən gecə Bakı Limanına çatdırılıb.

    55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik məhsullar, optik kabellər, parça və digər qeyri qida məhsulları təşkil edib.

    İdxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından “Berkut” fider gəmisi (konteynerdaşıyan) vasitəsi ilə gətirilən yüklər Bakı Limanında operativ formada boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə yola salınıb.

    Qeyd edək ki, yaxın günlərdə Çində formalaşdırılan bir neçə blok qatarın da Azərbaycanın idxalı və tranzit keçməklə qərb istiqamətinə daşınması nəzərdə tutulur.

    Foto

  • SSRİ Xalq artisti vəfat edib

    SSRİ Xalq artisti Yuri Solomin 89 yaşında vəfat edib.

    “Malıy Teatr”ın bədii rəhbəri Solomin noyabrın 6-da insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha sonra reanimasiyadan nevrologiya şöbəsinin palatasına köçürülüb.

    Sənətçinin vəziyyətinin yaxşılaşmağa doğru getdiyi bildirilib. İki gün əvvəl onun xəstəxanadan buraxıldığı məlum olub.

  • Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 70 nəfər saxlanılıb

    Türkiyənin 16 əyalətində İŞİD-ə qarşı “Qəhrəmanlar-40” adlı əməliyyat keçirilib.

    Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

    Qeyd olunub ki, əməliyyat zamanı 70 şübhəli şəxs saxlanılıb.
    //APA

  • Rusiyanın 3 vilayəti üzərində Ukraynaya məxsus dron vurulub

    Rusiyanın üç regionu – Rostov, Kaluqa və Tula vilayətləri üzərində havada Ukraynaya məxsus pilotsuz uçuş aparatları məhv edilib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Kaluqa qubernator Vladislav Şapşa Ukrayna dronunun şəhər kənarındakı nasos stansiyasının texniki strukturu üzərində partladığını və binaya ziyan dəydiyini söyləyib.
    //APA

  • Ötən ilin 11 ayında Azərbaycanda 1 mln. tona yaxın kartof yığılıb

    2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 49 min 448 hektar sahədən 995 min 916 ton kartof yığılıb.

    “APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.4% və ya 56.3 min ton azdır.

    2022-ci ilin yanvar-noyabr aylarında 54 min 775 hektar sahədən 1 milyon 225.7 min ton məhsul yığılıb.

    Xatırladaq ki, 2023-cü ilin 11 ayında Azərbaycandan 31 milyon 53 min dollar dəyərində 71.1 min ton kartof ixrac edilib.

    Qeyd edək ki, hesabat dövründə ən çox kartof Şəmkir (188 615.7 ton), Cəlilabad (171 500 ton) və Tovuz (160 046 ton) rayonlarından yığılıb.

  • Qusarda meyvə bağından 30 min manatlıq oğurluq edilib

    Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Quxur-oba kənd sakin Nurmət Əskərov saxlanılıb.

    Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan meyvə bağından ümumi dəyəri 30 000 (otuz min) manat olan su borularını oğurlaması müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Edik Vəzirov və Ayaz Zərbəliyev saxlanılıblar.
    Həmin şəxslərin bağ massivindən ümumi dəyəri 1800 (min səkkiz yüz) manatdan çox olan 1 ədəd işıq generatoru və 1 ədəd 2 ton tutumlu plastik su çəni oğurlamaları müəyyən edilib.

    Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

  • Ekvadorda 330-a yaxın dəstə üzvü saxlanılıb, 5 nəfər isə öldürülüb

    Ekvador hərbçiləri və polis əməkdaşları ölkədə silahlı iğtişaşların başlanmasından sonra cinayətkar dəstənin 329 üzvünü saxlayıb, daha 5 nəfəri öldürüblər.

    Bunu çərşənbə günü respublika silahlı qüvvələrinin birləşmiş komandanlığının rəhbəri Xayme Vela Eraso bildirib.

    “61 müxtəlif çaplı silah, 418 patron, 24 partlayıcı qurğu ələ keçirdik, 329 cinayətkarı saxladıq. 41 nəfər əsirlikdən xilas edildi. 5 terrorçunu məhv etdik”, – deyə o, “Ecuavisa” telekanalı tərəfindən yayımlanan konfransda bildirib.

    Qeyd edilib ki, üç silahlı cinayətkar qrupla toqquşmadan sonra təhlükəsizlik qüvvələri qaçan 28 məhbusu həbsxanaya qaytarıb.

    Vela Eraso əlavə edib ki, iğtişaşların baş verdiyi həbsxanalarda ölən girovlar olmayıb.

  • Tələbə arvadı və körpəsini öldürməyə görə tutuldu – Məhkəməsi başlayır

    Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA xəbər verir ki, cinayət işi üzrə materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    İş hakim Nurəddin Hüseynlinin sədrliyi ilə araşdırılacaq.

    Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

  • Vatsapda çox yazışmaq erkən ölümə səbəb olur

    SMS, whatsapp yazışma və video oyunlar insanın ölümünə səbəb olur.

    Britaniya araşdırmaçıları belin əyilməsinin və qamətin pozulmasının insan ömrünü qısaltdığını bildirir.

    Bu zaman ürək və tənəffüs orqanları düz işləmir.
    Eləcə də telefonda asılmaq piylənmə yaradır.

    İllərlə qadjetlərdən istifadə edənlərdə əyri onurğa, qamət formalşır. Bu isə orqanizmdə, başda qan dövranını pozur, bu adamların ürəyi normadan çox yüklənir.

    Bütün günü internet şəbəkələrə baxmaq, oyun oynamaq, elektron poçtda çox olmaq hiperkifoza səbəb olur. Kifoz isə ağciyər və ürək-damar problemlərini yaradır.

    Kifoz olan insan dərin diafraqmal nəfəs almır, ağciyər toxuması sıxılmış olur. Döş qəfəsi qabırğaları deformasiyaya uğrayır, ürək və ağciyərlər sıxılır. Təəssüf ki, bunu insanlar vaxtında görmür, xəbərdarlığı eşitmir.

    Telefon və internetdən asılı insanlar bu səbəblərdən daha erkən yaşda ölür.
    //medicina.az