Month: January 2024

  • Şirvanda dörd dəfə məhkum olunmuş şəxs narkotiklə saxlanılıb

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərə görə dörd dəfə məhkum olunmuş Rəfael Əliyev saxlanılıb.

    Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin, metamfetamin, tiryək və marixuana aşkar edilərək götürülüb.

    Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Günəş sistemində Mars ölçüsündə naməlum planetlər ola bilər

    Prinston Universitetinin astrofizikləri hesablayıblar ki, Plutonun arxasında kütləsi Marsdan böyük olan bir planet, Mars ölçüsündə üç planet və Merkuri ilə müqayisə edilə bilən kütləyə malik təxminən beş planet ola bilər.

    Araşdırmanın nəticələri “The Astrophysical Journal Letters”də dərc olunub.

    Xarici Günəş sistemi Günəşdən o qədər uzaqdır ki, teleskoplara orada nəyin olduğunu görmək asan deyil. Bəzi tədqiqatçılar əvvəllər başqa ulduz sistemlərinə aid olan planetlərin orada gizlənə biləcəyini təxmin edirlər.

    Belə obyektlərə “qovulmuş” obyektlər deyilir. Onlar ulduzlarından “qoparaq” qalaktikanın ətrafında dreyf etməyə məcbur olurlar, lakin bəzən digər sistemlərin yanından çox yaxın keçərək və ulduza cəlb olunaraq başqa sistemlərə qoşula bilirlər. Bu fenomenin nə qədər geniş yayıldığı hələ aydın deyil.

    Əsərin müəllifləri Süd Yolunda “qovulmuş” planetlərin sayını və onları cəlb edə biləcək ulduzların faizini hesablayıblar. Hesablamalar göstərib ki, Merkuri ilə Yer arasında sadəcə soyuq və qaranlıqda dreyf edən bir planetin olması ehtimalı kifayət qədər yüksəkdir.

    Mənbə: gazeta.ru

  • Dolma üzüm yarpağına bükülmür? – VİDEO

    Azərbaycan mətbəxində 381 çeşid dolma var.

    Hər bölgəsində fərqli ləzzətə sahib olan mətbəximizin ləziz yeməklərindən biri də Pip dolmasıdır.

    Fərqli dada və görünüşə sahib olan bu dolma İsmayıllıya xas olan bir yeməkdir. Pip dolması vələs ağacının yarpağından hazırlanır.

    Pip dolmasını bişirmək üçün vələs yarpağından başqa bizə ət, soğan, düyü, duz, istiot və şüyüd lazımdır. Bu dolmanın hazırlanması üzüm yarpağı ilə bişirilən dolmanın hazırlanmasından çox da fərqlənmir.

    Çəkilmiş ət, soğan, düyü, duz və istiotu qarışdırırıq, üzərinə xırda doğranmış şüyüd əlavə edib yaxşıca yoğururuq. Sadəcə bəzi nüanslara diqqət yetirməyiniz lazımdır.

    Vələs ağacının müalicəvi, yumşaq və çox incə yarpaqları bu dolmaya xüsusi dad və ətir verir. Pip yarpağı il ərzində cəmi bir dəfə, bahar fəslində, may ayında yığılır.

    Pip dolmasını məşhur üzüm yarpağından hazırlanan dolmadan fərqləndirən isə nisbətən açıq rəngi və özünəməxsus ətridir.

    Ocağa qoyulan yemək 20 dəqiqə qaynadıqdan sonra hazırdır.

    Ətraflı APA TV-nin süjetində:

  • Suqovuşanda beş yaşayış binasının inşasına başlanılıb – VİDEO

    Ağdərə rayonunun Suqovuşan qəsəbəsindəki yaşayış məhəlləsi Suqovuşan- Ağdərə avtomobil yolunun kənarında inşa edilir.

    İki hektardan çox ərazidə salınan məhəllədə hazırda beş yaşayış binası inşa edilir.

    Qeyd edək ki, yeni yaşayış kompleksinin inşasına ötən ilin sentyabr ayında başlanılıb.

    Daha ətraflı ATV-nin süjetində:

  • Молдавского посла вызвали в российский МИД

    Вызванному в МИД РФ послу Молдовы в России Лилиану Дарию заявлен решительный протест в связи с недружественными действиями официального Кишинева, говорится в сообщении МИД РФ.

    “10 января в МИД России был вызван чрезвычайный и полномочный посол Республики Молдова в Российской Федерации Л.Дарий. Послу был заявлен решительный протест в связи с недружественными действиями официального Кишинева. Отмечено, что в случае их продолжения российская сторона оставляет за собой право на дополнительные ответные меры”, – отмечается в информации.

    Л.Дарию было заявлено о решении закрыть въезд на территорию России некоторым официальным лицам республики в ответ на действия молдавского руководства. В дипведомстве отметили, что системный характер приобрели случаи дискриминации российских граждан, въезжающих в Молдову, участились необоснованные отказы в пересечении границы. “Со стороны руководства Республики Молдова продолжают звучать агрессивные заявления антироссийского характера”, – говорится в сообщении.

    МИД РФ также указал на неприемлемость оказания содействия в подготовке военнослужащих Вооруженных сил Украины на молдавской территории.

    “Послу также была выражена обеспокоенность в связи с появившейся в СМИ информацией о планах Республики Молдова оказать содействие в подготовке военнослужащих Вооруженных сил Украины на молдавской территории с участием инструкторов из стран НАТО. Было указано на неприемлемость такой поддержки, ведущей к размыванию нейтрального статуса Молдовы и ее прямой вовлеченности в боевые действия на стороне киевского режима”, – говорится в сообщении.

    Источник: ТАСС

  • Moldova səfiri Rusiya XİN-ə çağırıldı

    Moldovanın Rusiyadakı səfiri Lilian Dariu Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı ona sərt etiraz edilib.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    Bildirilir ki, Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

    Həmçinin, səfir Moldova rəhbərliyinin hərəkətlərinə cavab olaraq respublikanın bəzi məmurlarının Rusiya ərazisinə girişinin əngəlləməsi qərarı barədə məlumatlandırılıb.

    Nazirlik qeyd edib ki, Moldovaya daxil olan Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik halları sistemli xarakter alıb, sərhədi keçməkdən əsassız imtina halları çoxalıb. Habelə Moldova Respublikasının rəhbərliyi anti-Rusiya xarakterli aqressiv bəyanatlar verməkdə davam edir.

    Mənbə: TASS

  • İspaniya tarixində ilk dəfə daun sindromlu qadın deputat olub

    İspaniya tarixində ilk dəfə daun sindromlu qadın deputat olub. Bu 46 yaşlı Mar Galserandır.

    Məlumata görə, o, boş vaxtlarında atletika və rəqslə məşğul olur, xəstəxanalarda yaşlılara könüllü kimi qulluq edir.

    O, karyerasına 18 yaşından başlayıb – mühafizəkar Xalq Partiyasına qoşulub.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində o, kiçik mütəxəssisdən aparıcı menecerə qədər yüksəlib, hətta sonra Valensiya səhiyyə nazirinin müavini vəzifəsini də tutub.

    Mənbə: KP.ru

  • Эльза Сеидджахан попросила прощения у Флоры Керимовой – ВИДЕО

    Некоторые готовы живьем сожрать гениального человека. Не пойдут на его похороны, не посетят его могилу, а будут выставлять себя так, как будто они неповторимы.

    Об этом сказала заслуженная артистка Азербайджана Эльза Сеидджахан, связавшись по телефону с передачей Elgizlə izlə, транслируемой на телеканале ARB TV.

    Она также коснулась вчерашнего конфликта с народной артисткой Флорой Керимовой. Э.Сеидджахан попросила у нее прощения.

    “Мой стиль одежды, песни, стихи – это мои детища. Я человек творческий и должна их защищать. И я пришла на передачу в своем стиле. Меня забросали камнями, не дали говорить в эфире. Выражают мнение и сведущие, и не сведущие. Не каждому стоит раскрывать свой рот, не позорьте себя.

    Прошу прощения у Флоры Керимовой. Если бы знала, что подобное произойдет, что народ из-за меня будет писать про вас такие вещи, я бы не пришла. Не хочу быть причиной того, чтобы вас кто-то критиковал. Вот вы говорите о моей шляпе… Коснитесь и моего искусства. Но вы будете говорить, пока я жива, и будете молчать, провожая меня в последний путь, в отличие от некоторых. Эльза Сеидджахан проживет долго”, – добавила заслуженная артистка.

  • Elza Seyidcahan Flora Kərimovadan üzr istədi – VİDEO

    “Bəziləri dahinin istəyirlər ətini, sümüyünü, iliyini yesinlər. Basdırmağa gəlməsinlər, qəbrini ziyarət etməsinlər. Amma özlərini elə göstərsinlər ki, onlardan yoxdur”.

    Bu sözləri Əməkdar artist Elza Seyidcahan “Elgizlə izlə” verilişinə telefonla zəng edərkən deyib.

    Müğənni ötən gün Xalq artisti Flora Kərimova ilə mübahisəsindən danışıb. Seyidcahan F.Kərimovadan üzr istəyib:

    “Geyimim, musiqim, şeirim övladımdır. Mən yaradıcı insanam, onu qorumağa məcburam. Mən də öz tərzimlə verilişə gəldim. Daş-qalaq etdilər, efirdə səsimizi aldılar, guya nə etmişik. Bilən də, bilməyən də danışır. Hər ağız söz danışmaz, özünüzü biabır edirsiniz. Flora Kərimovadan üzr istəyirəm. Bilsəydim, dünən belə hal olacaq, xalq mənə görə sizə belə sözlər yazacaq, gəlməzdim. İstəməzdim səbəb olum, kimsə ürəyində olanları sizə yönəltsin. Nə olar papağımdan danışırısınız da… Bir az da sənətimdən danışın. Amma sağlığımda danışacaqsınız. Amma bəziləri kimi məni qəbrə yola salanda danışmayacaqsınız. Elza Seyidcahan uzunömürlü olacaq”.

  • Eyvandan yıxılan yeniyetməyə təcili yardımın göstərilməməsinə görə vəzifəli şəxs cəzalandırıldı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonunda eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşları barədə açıqlama verib.

    TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb:

    “Araşdırmanın nəticəsinə uyğun olaraq, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbehi növü olaraq töhmət verilib, həmçinin təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb. Eyni zamanda, həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib”.

    Qurumdan qeyd edilib ki, Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya Şöbəsinə köçürülüb:

    “Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub”.

    Məsələ barədə materiallar Abşeron Rayon Polis Şöbəsində toplanaraq, rayon prokurorluğuna göndərilib.

    Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb.

    Yanvarın 9-da Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev yıxılan yeniyetməyə yardıma getməyən təcili tibbi yardım əməkdaşının işdən çıxarıldığını bildirmişdi.