Month: January 2024

  • Azərbaycanda 15 mindən çox adam qrip əleyhinə pulsuz peyvənd olunub

    2023-24-cü il payız-qış mövsümü ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb.

    Bu barədə TƏBİB məlumat yayıb.

    Qeyd olunur ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda, uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.

    “Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

    Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir”, – məlumatda bildirilir.

  • Naxçıvan məktəblərində müəllimlər vahid uniformaya keçirlər? – AÇIQLAMA

    Son günlər müxtəlif sosial şəbəkələrdə və media saytlarında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin vahid uniformaya keçməsi tələbi ilə bağlı məlumatlar yayılıb.

    Məsələnin ictimaiyyəti narahat etdiyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən məsələyə rəsmi münasibət bildirilib.

    Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan pedaqoji heyətin vahid uniformaya keçməsi barədə hər hansı qərar və ya tapşırıq verilməsi ilə bağlı yayılan məlumat dezinformasiyadır və həqiqəti əks etdirmir.

    “Bildiririk ki, müəllimlərin etik davranış prinsipləri və tələbləri, geyim qaydaları, cəmiyyətdə özünüifadə formaları, loyallıq, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətləri və s. kimi tələb və gözləntilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları” ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən qərar və tapşırıqlar qanunvericilikdə öz əsasını tapan normativlərə uyğun verilir. Əlavə olaraq bildiririk ki, hər hansı fakta söykənməyən, rəsmi təsdiqini tapmayan dəqiqləşməmiş məlumatların media qurumlarında paylaşılması 150 ilə yaxın müddətdə formalaşmış milli media dəyərlərimizə və peşəkar jurnalistika anlayışına ziddir.

    Həqiqəti əks etdirməyən məlumatların ucuz populyarlıq naminə yayılması cəmiyyəti çaşdırmağa xidmət edir. Bildiririk ki, gələcəkdə bu kimi hallar təkrarlanarsa, hüquqi müstəvidə tərəfimizdən adekvat addımlar atılacaq. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq. Eyni zamanda media nümayəndələrinə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə bağlı məlumat paylaşarkən media üzrə məsul əməkdaşımız vasitəsilə məlumatı dəqiqləşdirməyi tövsiyə edirik”, – məlumatda deyilir.

  • Начинается суд над иностранцами, планировавшими покушение на иностранного госчиновника

    Уголовное дело в отношении иностранных граждан Яздана Шенаса Халеса Хоссейна Рамезанали и Джавиданхелана Эхсана Хоссейна, предварительное расследование которого завершено в Службе государственной безопасности (СГБ) Азербайджанской Республики, поступило в Бакинский суд по тяжким преступлениям.

    Как сообщает Qafqazinfo, уголовное дело передано на рассмотрение судье Новрузу Керимову.

    Время подготовительного заседания суда назначено на 17 января.

    Яздан Шенас Халес Хоссейн Рамезанали и Джавиданхелан Эхсан Хоссейн были задержаны 31 мая 2023 года в результате оперативных мероприятий, проведенных СГБ Азербайджанской Республики. Они обвиняются в подготовке к совершению покушения (террористического акта) на должностное лицо иностранного государства во время его следующего визита в Азербайджанскую Республику. В их отношении было возбуждено уголовное дело по статьям 28 (подготовка к преступлению), 277 (покушение на жизнь государственного или общественного деятеля) Уголовного кодекса Азербайджанской Республики (УК АР).

    Отметим, что статья 277 УК АР предусматривает наказание в виде лишения свободы на срок от четырнадцати до двадцати лет, либо пожизненного заключения.

  • Xarici dövlət rəsmisinə Bakıya səfərində sui-qəsd planlaşdıran əcnəbilərin məhkəməsi başladı

    Xarici ölkə vətəndaşları Yazdan Şenas Xales Hosein Ramezanali və Cavidanhelan Ehsan Hoseinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı başa çatmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

    “Qafqazinfo” xəbər verir ki, cinayət işi üzrə məhkəmə baxışı hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı 17 yanvar 2024-cü ilə təyin edilib.

    Yazdan Şenas Xales Hosein Ramezanali və Cavidanhelan Ehsan Hosein Azərbaycana uydurma motivlə gələrək digər xarici dövlət rəsmisi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının Azərbaycan Respublikasına növbəti səfəri zamanı Bakı şəhərində ona qarşı sui-qəsd (terror aktı) törətməyə hazırlıq hərəkətlərində ittiham olunurlar.

    Həmin şəxslər 2023-cü ilin may ayının 31-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb, cinayət əməlləri ifşa olunub, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə məsuliyyətə cəlb edilərək həbs olunublar.

    Qeyd edək ki, Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

  • Abşeronda 36 yaşlı qadın intihar edib

    Abşeronda qadın özünü öldürüb.

    APA xəbər verir ki, hadisə Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

    1988-ci il təvəllüdlü Həbibə Vəliyeva tövlədə özünü dəmir borudan asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,39 доллара (0,47%) и составила 82,57 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,39 dollar və ya 0,47% azalaraq 82,57 ABŞ dollarına enib.

    Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.

    2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

  • В Агджабединском районе при продаже пистолета задержан житель Баку – ФОТО

    Сотрудники Агджабединского районного отдела полиции (РОП) задержали жителя Баку Раджаба Гусейнова, подозреваемого в незаконном приобретении и сбыте оружия.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы МВД.

    При личном досмотре у него были обнаружены и изъяты пистолет Макарова и магазин к нему.

    По данному факту возбуждено уголовное дело, в отношении Р.Гусейнова избрана мера пресечения в виде ареста.

    Расследование по делу продолжается.

  • Bakı sakini Ağcabədidə tapança satarkən saxlanıldı – FOTO

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı bir ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • В Ширване задержан наркоторговец

    Сотрудники отдела полиции города Ширван продолжают оперативные мероприятия по пресечению незаконного оборота наркотических средств.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы МВД.

    Было отмечено, что по подозрению в совершении преступного деяния задержан местный житель Рафаэль Алиев, ранее четырежды судимый за кражи и наркотики.

    В ходе личного осмотра у него были обнаружены и изъяты героин, метамфетамин, опиум и марихуана, расфасованные в целлофановые и бумажные пакетики для продажи.

    По данному факту возбуждено уголовное дело, продолжается расследование.