Month: January 2024

  • Türkiyədən Naxçıvana gətirilən dəniz ilbizinin kilosu neçəyə başa gəlir?

    Ötən il Türkiyədən Naxçıvana kilosu 20,8 manat dəyərində dəniz ilbizi ixrac olunub.

    “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ildə Türkiyədən Naxçıvana 2 650 ABŞ dolları dəyərində 216 kiloqram həcmində dəniz ilbizi gətirilib.

    Qeyd edək ki, Türkiyə 2023-cü ildə 2 milyon 50 min 343 kiloqram həcmində dəniz ilbizi ixrac edib ki, bunun da dəyəri 22 milyon 637 min 304 ABŞ dolları təşkil edib. İxracda ilk üçlüyü Cənubi Koreya, Çin və İspaniya tutub.

    Cənubi Koreyaya 11 milyon 491 min 392 ABŞ dolları dəyərində 916 min 200 kiloqram, Çinə 3 milyon 884 min 944 ABŞ dolları dəyərində 330 min 100 kiloqram, İspaniyaya isə 3 milyon 7 min 291 ABŞ dolları dəyərində 398 min 27 kiloqram məhsul ixrac olunub.

  • “Xəzri” amerikalı basketbolçu ilə yollarını ayırıb

    “Xəzri” bir basketbolçu ilə yollarını ayırıb.

    Amerikalı Makol Mavyen komandanı tərk edib.

    27 yaşlı basketbolçu ilə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.

    Qeyd edək ki, “Xəzri” Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
    //report

  • За время войны в Украине погибли около 135 азербайджанцев

    Стало известно число погибших, раненых и пропавших без вести азербайджанцев с начала полномасштабной войны в Украине.

    Согласно результатам частного расследования, проведенного восточноевропейским бюро Report, выяснилось, что за это время погибли 38 военнослужащих Вооруженных сил Украины, являющихся азербайджанцами по национальности.

    С начала военных действий в Украине погибли по меньшей мере 135 азербайджанцев, около 100 получили ранения, около 70 пропали без вести. Большинство из них долгое время проживали в Украине и являлись гражданами этой страны.

    Отметим, что приведенные данные не являются официальной статистикой, поэтому реальное число погибших и пропавших без вести в Украине азербайджанцев может быть больше.

  • Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanlıların sayı məlum olub

    Ukraynada genişmiqyaslı müharibənin ilk günündən indiyə qədər həlak olan və itkin düşən azərbaycanlıların növbəti qeyri-rəsmi statistikası məlum olub.

    İndiyədək Ukrayna Silahlı Qüvvələrinin milliyyətcə azərbaycanlı olan 38 hərbçisi həlak olub. Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın azərbaycanlı həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə itkin düşüb. Onların əksəriyyəti uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşları olan azərbaycanlılardır.

    Qeyd edək ki, rəqəmlər “Report”un özəl araşdırmasına əsasən qeyri-rəsmi statistikadır, say daha da çox ola bilər.
    //report

  • İnformasiya resurslarının satınalmalar portalına inteqrasiyası hədləri təsdiqlənib

    Nazirlər Kabineti “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”ni təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Bu il yanvarın 1-nə qüvvəyə minmiş qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həmin hədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət satınalmalarının vahid internet portalına uyğun olaraq real vaxt rejimində satınalan təşkilata və dövlət satınalmalarının vahid internet portalı operatoruna ötürülməsi üçün zəruri tədbirlər görməlidir.

  • ABA: “Sektor kifayət qədər şəffaf və sabitdir”

    Bu gün Azərbaycanın bank sektoru kifayət qədər şəffaf və sabitdir.

    Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası”nın sədri Zakir Nuriyev bildirib.

    “Qarşıdakı dövrdə də maliyyə sektorumuzun digər sahələri kimi bank sektorunun uğurlu inkişafı davam edəcək”, – deyə o əlavə edib.
    //report

  • Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb

    Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

    Bildirilib ki, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Avaran qışlaq kənd sakin Emin Vəlixanov saxlanılıb.

    Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlaması müəyyən edilib. O, ümumilikdə zərərçəkmişlərə 4136 manatdan çox zərər vurub.

    Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində Emin Vəlixanovun barəsində cinayət işi başlanılıb.

  • Qaradağda avtomobillər toqquşub, yaralanan var

    Bakının Qaradağ rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Süleymanov Elmar Süleyman oğlu xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qurtuluş 93”ün vəzifəli şəxsi barədə yüngül qərar ləğv edildi: İşi çətinləşir

    Novxanı-Sumqayıt yolunda “Range Rover”lə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevlə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda prokuror etirazını əsaslandırıb.

    Protestdə deyilib ki, məhkum Kəlbəliyev haqqında apellyasiya məhkəməsinin qərarı qanunauyğun olmayıb. Həmçinin təyin olunmuş cəza cinayətin ağırlığına münasibətdə yüngüldür. Həmin qərara əsasən, dörd nəfərin ölümünə səbəb olan iş adamının cəzası 8 ildən 5 ilə endirilib. Digər güzəşt isə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verilməsi olub.

    Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, prokurorun etirazı əsaslı hesab edilməlidir. Qərara əsasən, E.Kəlbəliyev haqda yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

    Xatırladaq ki, 2021-ci ildə E.Kəlbəliyevin sərxoş halda idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daewoo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.

    Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Bundan sonra müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək işi geri qaytarıb. Bakı Apellyasiya Məhkəməsinin yeni qərarı ilə məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 5 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

  • Azərbaycanda klub prezidenti dələduzluqda ittiham olunur – TƏFƏRRÜAT

    “Ağsu Siti” futbol klubunun prezidenti Rəmzi Eminli barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

    “Qaynarinfo” xəbər verir ki, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.

    Rəmzi Eminli ötən ilin oktyabrında həbs edilib. İş materiallarına görə, “Ağsu Siti”nin prezidenti “Aran” futbol klubunun rəhbərinə qarşı dələduzluq edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə Kərim İmran oğlu Axundov zərərçəkmiş qismində tanınıb. Lakin onun “Aran” klubuna bağlılığı barədə məlumatlara rast gəlinmir.

    “Ağsu Siti”yə gəlincə, klub Region Liqasının fəal iştirakçısı olub. Lakin ötən mövsüm “Ağsu Siti” çempionatdan kənarlaşdırılıb. İddialara görə, Rəmzi Eminli ilə futbolçular arasında problem yaranıb. Pullarını ala bilməyən oyunçular üç matçda meydana çıxmayıblar. Bundan sonra AFFA klubu çempionatdan kənarlaşdırıb.

    Rəmzi Eminlinin ittiham olunduğu maddədə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya bir ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.