Month: January 2024

  • Əməkdar artist xəstəxanaya yerləşdirilib

    Əməkdar artist, teatr və kino aktyoru, rejissor Sərvər Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

    Bu barədə APA-ya sənətçinin özü məlumat verib.

    Onun sözlərinə görə, açıq ürək əməliyyatı ediləcək.

    “Bir neçə gündür, özümü pis hiss edirəm. Bir neçə günə açıq ürək əməliyyatı olunacağam. Gözləyirik”, – Sərvər Əliyev əlavə edib.

  • Назван претендент на пост главы Евросовета

    Бывший итальянский премьер-министр Марио Драги рассматривается в качестве кандидата на пост главы Евросовета в связи со скорым уходом в отставку с этой должности Шарля Мишеля, который намеревается перейти работать в Европарламент.

    Об этом сообщают дипломаты и другие чиновники ЕС.

    Также отмечается, что, вероятно, появятся и другие возможные кандидаты на роль главы Европейского совета. При этом источник, близкий к Драги, заявил журналистам, что он “не претендует ни на одну из ведущих ролей блока”.

    Срочность поиска преемника Мишеля на этот пост отчасти вызвана тем, что правила ЕС позволят премьеру Венгрии Виктору Орбану – “видному евроскептику” – занять данную должность, если ни один кандидат так и не будет согласован к моменту избрания президента Евросовета.

    Издание напоминает, что Венгрия будет председательствовать в ЕС в течение шести месяцев с 1 июля.

    Источник: Financial Times

  • Avropa Şurası özünə tezbazar sədr seçir: Yeni varisin adı açıqlandı

    İtaliyanın keçmiş baş naziri Mario Dragi Avropa İttifaqı Şurasının prezidenti postuna namizəd kimi nəzərdən keçirilir.

    Bu barədə “Financial Times” Avropa İttifaqındakı mənbələrinə istinadla xəbər verib.

    Nəşrin həmsöhbətlərinin fikrincə, Draginin hazırkı sədr Şarl Mişelin varisi olmaq üçün bütün şansları var.

    “Dragi elə bir fiqurdur ki, onun arxasında real hərəkətverici qüvvə varsa, ona qarşı çıxmaq çox çətin olacaq. Bununla belə, Aİ-nin onu, həqiqətən, dəstəkləməyə hazır olub-olmadığı hələ aydın deyil”, – deyə mənbədən vurğulanıb.

    Qeyd edilir ki, Avropa İttifaqının qaydaları, Avropa Şurasının sədri seçilənədək heç bir namizədin razılaşdırılmadığı təqdirdə, tanınmış avroskeptik olan Macarıstanın baş naziri Viktor Orbanın bu vəzifəni tutmasına imkan verəcək. Mişelin varisinin tapılmasının aktuallığı da qismən bununla əlaqədardır.

    Nəşr xatırladır ki, Macarıstan iyulun 1-dən altı ay müddətinə Aİ-yə sədrlik edəcək.

    Xatırladaq ki, Ş.Mişel daha əvvəl Avropa Parlamentinin üzvü olmaq üçün yayda vəzifəsini tərk edəcəyini bildirmişdi.

  • Bakı əhalisi gözlədiyi qarı bu tarixdə görəcək

    “Əhali gözlədiyi qarı yaxın günlərdə Bakıda görəcək. Yaxın günlərdə Bakıya qar yağacaq”.

    Median.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

    Onun sözlərinə görə, artıq bununla bağlı əhaliyə xəbərdarlıq edilib:

    “Bu gün axşamdan etibarən Bakıda hava şəraiti kəskin dəyişəcək. Bü günlə müqayisədə havanın tempraturu aşağı düşəcəyi gözlənilir. Gündüz saatlarında arabir yağıntı olacaq. Axşama doğru bəzi yerlərdə sulu qar yağacağı ehtimal olunur. Yanvarın 12-də yağıntılarda qısa müddətli fasilə yaransa da, yanvarın 13-dən axşam saatlarından yanvarın 15-dək yenidən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir”.

    Gülşad Məmmədova bildirib ki, həmin gün sulu qar və qar yağacağı gözlənilir:

    “Bölgələrdər yağıntıların intensiv olacağı ehtimal olunur, Şimal-Qərb küləyi güclənəcək. Yəni, əhali gözlədiyi qarı yaxın günlərdə Bakıda müşhidə edə biləcək”.

  • Prezident seçkisində nə qədər yerli müşahidəçi qeydiyyatdan keçib?

    Bu günə qədər növbədənkənar prezident seçkisi ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

    O deyib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.

    Bildirək ki, Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

  • Xaricdəki seçki dairələrinin siyahısı təsdiqləndi

    Növbədənkənar prezident seçkisi ilə əlaqədar xarici ölkələrdəki seçki dairələrinin siyahısı təsdiqlənib.

    Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədr müavini Rövzət Qasımov bildirib.

    “Xarici İşlər Nazirliyi növbədənkənar prezident seçkisində xaricdə yaşayan seçicilərin siyahısını artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib”, – deyə o əlavə edib.

    Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

  • Şirvanda saxta dollar satan dəstə üzvləri saxlanılıblar – FOTO/VİDEO

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə şəhər ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Şöbə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Abdullayev Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 37 ədəd saxta 100 dollarlıq əsginaslar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində saxta əsginasları birgə qazanc əldə etmək məqsədilə tanışı Elyanur adlı şəxsdən əldə etdiyini bildirib.

    Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Elyanur Mirzəyev də saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

  • Bakıda özəl klinikada ölüm: Fəaliyyəti dayandırıldı

    Sabunçu rayonunda yerləşən “Medicare” klinikasında ölüm hadisəsi qeydə alınıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl həmin klinikada 53 yaşlı qadın pasiyent plastik əməliyyat zamanı vəfat edib.

    Bu hadisədən sonra Səhiyyə Nazirliyi “Medicare” klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti dayandırılıb.

    Qeyd edək ki, “Medicare” klinikasının direktoru Azər Məhərrəmovdur.

  • Rəcəb Tayyib Ərdoğanın doqquzuncu nəvəsi oldu

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Bayraktar ikinci övladını dünyaya gətirib.

    Məlumata görə, Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Sümeyye-Selçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib.

    Burada nəvəsi və qızının sağlamlıq durumu ilə bağlı məlumat alan Ərdoğan nəvəsinin qulağına onun adını oxuyub. Körpəyə Asim Özdemir adı verilib.

    Mənbə: Haberturk

  • Qonşu dövlətdə eyni anda üç virusun epidemiyası başladı

    Rusiyada tridemiya başlayıb. Bu termin üç virusun eyni vaxtda yayılmasına aiddir. Hazırkı vəziyyətdə söhbət koronavirus, kəskin respirator virus infeksiyaları (KRVİ) və qripdən gedir.

    Bu barədə “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) və Smorodintsev adına Qrip Elmi-Tədqiqat İnstitutunun məlumatlarında bildirilib.

    Mütəxəssislərin sözlərinə görə, eyni anda üç infeksiyaya yoluxmaq mümkündür, lakin bu, çox nadir hallarda olur, ardıcıl yoluxma ehtimalı daha yüksəkdir. Bu, mövcud bir xəstəlik nəticəsində immunitet sisteminin zəiflədiyi hallarda baş verir. Belə vəziyyətdə orqanizmə yeni bir virusla mübarizə aparmaq və xəstəliyin təkrarlanmasına müqavimət göstərmək daha çətin olur.

    Hazırda ölkədə bu viruslar arasında “A” qripi (H3N2/Honkonq qripi də deyilir) daha geniş yayılıb.

    Qeyd olunub ki, hazırda yoluxma səviyyəsi normadan 83 faiz çoxdur və artmağa davam edir.

    Qurumdan yoluxmanın fevral-mart aylarında azalacağı ehtimal edilib.

    Mənbə: İz.ru