Month: January 2024

  • TƏBİB-dən qızılcadan dünyasını dəyişən şagirdlə bağlı AÇIQLAMA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda uşağın qızılcadan vəfat etməsi ilə bağlı açıqlama yayıb.

    “Yanvarın 7-də saat 12:25-də 2015-ci il təvəllüdlü Ömər Heydərov ailə üzvləri tərəfindən tibb müəssisəsinə gətirilərkən onun həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə qurumun məlumatında bildirilir.

  • Azərbaycanda məşhur mağazalar şəbəkəsi bağlandı

    “Sabina Perfumery&Cosmetics” şirkəti ləğv olunub.

    Bu barədə Dövlət Vergi Xidməti elan dərc edib.

    Kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

    Qeyd edək ki, “Sabina P and C” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elmar Ramiz oğlu Quliyevdir.

  • Məhkumlara azadlıq vədi verən şəxsə elektron qolbaq taxıldı

    Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Qəhrəmanovun (ad, soyad şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Binəqədi Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. Samir Qəhrəmanovun həbsdə saxlanıldığı 1 il 20 gün müddət, azadlıqdan məhrumetmə cəzasının müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesabı ilə hesablanmaqla 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb. Beləliklə o, qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    İttihama görə, Samir Qəhrəmanov zərərçəkmiş A.A.-nın (şərti) etibarından sui-istifadə edərək, onun Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs edilmiş tanışlarını həbsdən azad etdirəcəyini yalan vəd verib. Təqsirləndirilən şəxs bu yolla həmin şəxsdən ümumilikdə 35 000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra vədinə əməl etməyən Samir Qəhrəmanov cinayət məsuliyyətinə cəlb olunub.

  • Eyvandan yıxılan yeniyetməyə köməyə gəlməyən təcili yardım əməkdaşı ilə bağlı qərar verildi

    Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşı işdən çıxarılıb.

    Bu barədə Bakupost.az-a Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev bildirib.

    Onun sözlərinə görə, yayılan məlumatlardan sonra dərhal araşdırma aparılıb:

    “Biz məsələni hərtərəfli araşdırdıq. Həmin tibb işçisinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyi təsdiqləndi. Ona görə də o, işdən uzaqlaşdırıldı”.

    Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb.

    TƏBİB isə Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.

    Eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.

  • Leyla Abdullayeva: “Fransa vətəndaşı Martin Rayan Azərbaycanda casusluq ittihamı ilə həbs edilib”

    “Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib”.

    APA xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa mətbuatına açıqlamasında deyib.

    Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb.

    Martin Rayanın atası Riçard isə Fransa mətbuatına bildirib ki, ailə artıq onunla danışıb:

    “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.

    Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını “persona non grata” elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.

  • Oğuzda şirkət əməkdaşını vuran avtomobil kanala aşdı

    Oğuz rayonunda piyadanı vuran avtomobil kanala aşıb.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Padar kəndində baş verib.

    “Mercedes” markalı avtomobil Padar kənd sakini Təvəkkül Qazıyevi vurub, sonra isə yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Məlumata görə, xəsarət alan şəxs “Aztelekom” şirkətinin Oğuz şöbəsinin əməkdaşıdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbi ƏLƏ KEÇDİ

    Yanvar ayının 8-də saat 15:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

    Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

    Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

  • Baş Konsulluq İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

    Baş Konsulluq İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

    Bu barədə konsulluqdan bildirilib.

    Qeyd olunub ki, vətəndaşlar İstanbul şəhərindəki Baş Konsulluqda pasport əməliyyatları üçün öncədən vaxt təyin etmək məqsədilə yanvarın 23-dən etibarən Elektron Növbə Portalından istifadə edə bilərlər. Elektron növbə Azərbaycan Xarici İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında göstərilən xidmətlərlə əlaqədar əvvəlcədən növbə təyin edilməsi üçün elektron vasitədir. Bu xidmətdən Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.

    Müraciətçilər appointment.mfa.gov.az internet səhifəsinə daxil olaraq həyata keçirilir. Elektron Növbə Portalında istifadə üçün hər hansı xidmət haqqı nəzərdə tutulmayıb. Elektron növbə ilə bağlı onlayn müraciətinizi tamamladıqdan sonra əlaqə vasitəsi olaraq sistemə qeyd etdiyiniz elektron poçt ünvanına təsdiq barədə bildiriş daxil olacaq.

  • Bakıda cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

    Bildirilib ki, həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədov tərəfindən gətirilmiş sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Şabranda 57 yaşlı kişi intihar edib

    Şabran rayonunun Rəhimli kəndində intihar hadisəsi olub.

    “Report”un Şimal bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü Vüqar Kərimov özünə qəsd edib.

    Faktla bağlı araşdırma aparılır.