Month: January 2024

  • Respublika Perinatal Mərkəzində yanğın: Pasiyentlər təxliyə olunub – VİDEO

    Respublika Perinatal Mərkəzində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

    Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
    Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

  • Şirvanda 74 yaşlı kişi qətlə yetirilib, oğlu saxlanılıb

    Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Allahverdi Şərif oğlu Şərifovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Seymur Allahverdi oğlu Şərifov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xarkovda bir neçə partlayış oldu

    Ukraynanın Xarkov şəhərində partlayışlar baş verib.

    Bu barədə şəhərin meri İqor Terexov məlumat yayıb.

    “Şəhərdə artıq bir neçə partlayış olub”, – o bildirib.

    İ.Terexov partlayışlar barədə ətraflı məlumat verməyib.

  • 2023-cü ildə dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb

    2023-cü ildə dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb.

    “Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov deyib.

    O bildirib ki, dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 2022-ci ildə 5,2 milyon olub: “2023-cü ildə təqribən 6 milyon 800 min nəfər sərnişinin daşınması proqnozlaşdırılırdı. Lakin aparılan tədbirlər nəticəsində 2023-cü il ərzində 7 milyon 100 min nəfər sərnişin daşınıb”.

  • Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib

    “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.

    “Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, kollegiya üzvlərinin sayı 11-dən 9-a endirilib. Nazir müavinləri kollegiyanın tərkibindən çıxarılıb.

  • Azərbaycanın üçqat dünya çempionu Zaqrebdə reytinq turnirinə niyə qatılmır?

    Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Xorvatiyada keçiriləcək “Zaqreb Open”də iştirak etməməsinin səbəbi bəlli olub.

    Bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

    “Bu, idmançının məşqçilər korpusu ilə ortaq qərarıdır. Eldəniz komanda ilə Zaqrebə yollanır. Yarışdan sonra sözügedən şəhərdə yığmamızın təlim-məşq toplanışı gerçəkləşəcək. Eldəniz də orada olacaq”, – deyə qurumdan bildirilib.

    Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir.

  • Скончался легендарный футболист Франц Беккенбауэр

    Легендарный немецкий футболист Франц Беккенбауэр скончался в возрасте 78 лет.

    В футбольной карьере Беккенбауэр играл за немецкие “Баварию” и “Гамбург”, а также за американский “Нью-Йорк Космос”. В общей сложности Франц сыграл 620 матчей во всех турнирах на клубном уровне, в которых отметился 74 забитыми мячами и 75 голевыми передачами.

    Также Беккенбауэр принял участие в 103 играх за сборную Германии, за которую забил 14 мячей, а он также выиграл по разу чемпионат мира и первенство Европы.

    Кроме того, бывший футболист дважды награждался “Золотым мячом” в 1972 и 1976 годах, три раза выигрывал Лигу чемпионов, пять раз – Бундеслигу, четыре раза – Кубок Германии, а также по разу – Кубок европейских чемпионов и клубный кубок мира.

    Источник: “Чемпионат”

  • Futbol əfsanəsi Frans Bekkenbauer vəfat edib

    Əfsanəvi alman futbolçu Frans Bekkenbauer 78 yaşında vəfat edib.

    O, futbolçu karyerası ərzində Almaniyanın “Bavariya” və “Hamburq” klublarında, həmçinin ABŞ-nin “Nyu York Kosmos” komandasında çıxış edib.

    Ümumilikdə, Frans bütün turnirlərdə 620 oyun keçirib, 74 qol vurub və 75 məhsuldar ötürmə edib.

  • Bakıda bu ərazilərdə yeni məhəllələr olacaq

    Keçmiş dəmir yolu dəhlizləri, sənaye əraziləri və hərbi rejimli ərazilər yeni məhəllələrin inkişafı üçün istifadə ediləcək.

    Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Bildirilib ki, daha əvvəl hər hansı bir təyinatla inkişaf etmiş və hazırda istifadə olunmayan ərazilərin yeni məhəllələrin inkişafı üçün istifadəsi təklif olunur. Buraya keçmiş dəmir yolu dəhlizləri, sənaye əraziləri və hərbi rejimli ərazilər, eləcə coğrafi mövqeyinin əlverişli olmaması ilə əlaqədar artıq istifadə olunmayan digər ərazilər daxildir. Yalnız bir neçə halda, yeni şəhər məhəllələrinin inkişafı üçün yaşıllıq ərazilərdən istifadəyə yol verilir. Buna misal olaraq Ələt qəsəbəsinin cənubundakı yeni şəhər məhəlləsini və ya Mərdəkanın qərbində yeni Qala məhəlləsini göstərmək olar.

    Vurğulanıb ki, mövcud kənd təsərrüfatı torpaqlarında yeni inkişafa, ümumiyyətlə, yol verilməməlidir.

    Qeyd olunub ki, Bakının mənzil tələbatını ödəmək üçün Baş Plan hazırlanan dövrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) arasında aparılmış əməkdaşlıq görüşlərində mənzil tikintisi üçün əlverişli 125 hektar torpaq sahəsi müəyyən edilib. Aşağı və orta gəlirli gənc ailələrin mənzil tələbatını ödəmək üçün bu ərazilərdə müasir yaşayış mühitinin yaradılması təklif olunur. Davamlı və hərtərəfli imkanların olduğu şəhər məhəllələrinin yaradılması üçün Hövsanda və Bakının Yasamal rayonunda MİDA tərəfindən münasib qiymətə mənzillərin tikintisi məqsədilə 46 hektar ərazidə iki mənzil layihəsi həyata keçirilir. Bundan əlavə, Şəhər Göllərinin Bərpası Proqramı ilə paralel olaraq, həyata keçiriləcək Zığ gölünün (yaşayış və çoxfunksiyalı ərazi üçün uyğun təqribən 29 hektar torpaq sahəsi) və Böyükşor gölü (yaşayış ərazisi üçün uyğun təqribən 50 hektar torpaq sahəsi) ərazisində yaşayış üçün əlverişli iki yeni ərazi təklif edilir.

    Yeni inkişaf ərazilərində ümumilikdə 620 min insanın yaşayış yeri ilə təmin edilməsi mümkün olacaq və nəticədə şəhər əhalisinin 3,25 milyon nəfərə qədər artmasına imkan yaranacaq. Bu ümumi çərçivəyə və gələcək əhalinin ərazi üzrə məskunlaşmasına əsaslanaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində sosial təyinatlı müəssisələrə tələbat xidmət radiusları nəzərə almaqla qiymətləndirilib. Bu göstərici, əhali proqnozu ilə müəyyən edilmiş 3,169 milyon nəfərdən bir qədər yüksəkdir ki, bu da əlavə ehtiyat imkanlarına şərait yaradır.

  • Mülki müdafiə təyinatlı əmlakların siyahısı təsdiqlənib

    “Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı” təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı aşağıdakı kimidir:

    1. Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar) və onların daxili avadanlıqları.

    2. Metropolitenin xətləri, həmin xətlər üzərindəki və bu xətlərə bitişik stansiyalar, yol tunelləri, tunelətrafı qurğular və yeraltı əmlaklarla bilavasitə bağlı olan keçidlər.

    3. Metropolitenin elektrik depolarının ərazisində yerləşən saxlamatəmir korpusları, təmir sexləri, emalatxanalar və vaqonları yuma və qurutma kameraları.

    4. Metropolitenin idarəetmə məntəqələri (metro stansiyaları və tunellərin havalandırılması, elektrik enerjisi və su ilə təmin edilməsi, rabitə əlaqəsinin yaradılması, qatarların və eskalatorların hərəkətinin idarə olunması üzrə) və onların avadanlıq və qurğuları.

    5. Metropolitenin həyat təminatlı obyektləri (elektrik yarımstansiyaları, ventilyasiya kameraları və şaxtaları, su təchizatı və kanalizasiya sistemləri, işarəvermə və rabitə qovşaqları, hermetik kip qapılar, bütün təxliyə keçidləri) və onların avadanlıq və qurğuları.

    6. Metropolitenin sərnişin və təsərrüfat qatarları, motodrezin və digər rels nəqliyyatları, video-müşahidə və yanğından mühafizə sistemləri və avadanlıqları.

    7. Mülki müdafiə vasitələri saхlanılan ixtisaslaşmış anbarlar.

    8. Gеyim və nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi stansiyaları.

    9. Avtomobil filtr stansiyaları.

    10. Sanitar-təmizləmə məntəqələri.

    11. Kimyəvi kəşfiyyat maşınları.

    12. Avtoçiləyici stansiya maşınları.

    13. Deqazasiya duş qurğuları və tüstü maşınları.

    14. Səhra-kimya laboratoriya maşınları.

    15. Səyyar su nasosları və pompaları.

    16. Radioaktiv, kimyəvi və bioloji vasitələrdən mühafizə üçün nəzərdə tutulan respiratorlar.

    17. Kimyəvi və bioloji zəhərləyici vasitələrdən mühafizə kostyumları.

    18. Süzücü əleyhqazlar.

    19. Süzücü əleyhqazlar üçün çantalar və qablar.

    20. Süzücü əleyhqazlar üçün filtrlər.

    21. İzoləedici (təcridedici) əleyhqazlar.

    22. İzoləedici (təcridedici) əleyhqazlar üçün regenerativ patronlar.

    23. İzoləedici (təcridedici) əleyhqazlar üçün əlavə hava balonları.

    24. Uşaq mühafizə kameraları.

    25. Karabinlə xilasetmə kəmərləri.

    26. Meteokomplektlər (müxtəliftipli).

    27. Hava ilə doldurulan motorlu qayıqlar.

    28. Pnevmoçərçivəli modullar (çadırlar).

    29. Əleyhqazların texniki yoxlanması üçün çadırlar.

    30. Radiasiya kəşfiyyat və dozimetrik nəzarət cihazları.

    31. Kimyəvi kəşfiyyat cihazları.

    32. İndikator-siqnalizatorlar.

    33. Qazanalizator-siqnalizatorlar.

    34. Avtomatik qazosiqnalizatorlar.

    35. Rentgenometr-radiometrlər.

    36. Fərdi kimya əleyhinə paketlər.

    37. Sirkulyar çağırış dayaqları.

    38. Sirenlər.

    39. Xərəklər.

    Qərarda qeyd olunub ki, bu siyahı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.4.1-1- ci maddəsinin məqsədləri üçün hazırlanmışdır və əmlak vergisindən azad edilən mülki müdafiə təyinatlı əmlakları müəyyən edir.