Month: January 2024

  • Yaponiyada zəlzələdə ölənlərin sayı 200 nəfərə çatdı

    Yanvarın 1-də Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.

    Yerli mətbuat bu barədə İşikava prefekturasının regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

    Qeyd olunur ki, hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

  • В Баку от кори скончался первоклассник

    Ученик 1D класса русского сектора средней школы №5 Насиминского района Баку Омар Гейдаров (2015 г.р.) скончался от кори, передает Qafqazinfo.

    Как сообщили в общеобразовательном учреждении, школьник в связи с болезнью 29-30 декабря не присутствовал на занятиях. В последующие дни его состояние ухудшилось, и он скоропостижно скончался.

    Отметим, что за последние два месяца от данной вирусной инфекции в Азербайджане умерло более 10 малолетних детей и подростков.

  • Azərbaycanda daha bir şagird qızılcadan öldü

    Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

    Ö.Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

    Məktəbdən bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

    Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

  • Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb – VİDEO

    Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Avaranqışlaq kənd sakini Emin Vəlixanov saxlanılıb.

    Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlaması müəyyən edilib.

    O, ümumilikdə zərərçəkmişlərə 4 136 manatdan çox zərər vurub.

    Faktlarla bağlı Qusar RPŞ-də Emin Vəlixanovun barəsində cinayət işi başlanılıb.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 3,12 доллара (3,74%) и составила 80,33 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 3,12 ABŞ dolları, yaxud 3,74 % azalaraq 80,33 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.

    2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

  • В Бейлаганском районе задержан водитель-наркоман

    В Бейлаганском районе привлечен к ответственности водитель, управлявший автомобилем под воздействием наркотиков.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы Министерства внутренних дел (МВД).

    Было отмечено, что в результате проведенных сотрудниками Бейлаганского РОП мероприятий за нарушение правил дорожного движения за рулем автомобиля Mercedes-Benz был задержан местный житель Рахиль Исмайылов.

    В ходе соответствующих расследований было установлено, что водитель управлял автомобилем под воздействием наркотиков. На него был составлен протокол в административном порядке и направлен для рассмотрения в соответствующий районный суд.

    Решением суда водитель был арестован в административном порядке сроком на месяц, а также лишен водительских прав на два года.

  • Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

    Beyləqanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində, idarəsində olan “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasını pozduğuna görə, rayon sakini Rahil İsmayılov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

    O məhkəmənin qərarına əsasən bir ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

  • В Сальянском районе задержан браконьер

    В Сальянском районе задержан браконьер.

    Как сообщили в ширванской региональной группе пресс-службы МВД, в рамках мероприятий, проводимых сотрудниками райотдела полиции (РОП) в целях предотвращения незаконной охоты и нарушений правил ношения гражданского оружия, на территории села Хыдырлы был задержан житель Баку Р.Байрамов, занимавшийся охотой без соответствующего разрешения.

    У задержанного были обнаружены и изъяты в качестве вещественных доказательств охотничье оружие, патроны к нему, а также незаконно добытая дичь.

    По данному факту в Сальянском РОП ведется расследование.

  • Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb

    Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Xıdırlı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Bakı şəhər sakini R.Bayramov saxlanılıb.

    Həmin şəxsdən bir ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşu aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.