Month: January 2024

  • Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırılıb

    Nazirlər Kabineti “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinin sanitar-epidemioloji, ambulator-poliklinik və stasionar yardım üzrə tibb xidmətləri ilə təmin olunması “Hərbi qulluqçuların statusu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçiriləcək.

    Maliyyə Nazirliyinə bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublilkası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

  • Beş uşaq himayədar ailələrə verilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ötən ildən tətbiqinə başlanan himayədar ailə qayğı modeli çərçivəsində beş uşaq himayədar ailələrə verib.

    Nazirlikdən verilən məlumata görə, valideyn qayğısından məhrum olmuş beş qız uşağı üçün ümumilikdə dörd ailə “Himayədar ailə” olub.

    Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.

    Qanunvericiliyə əsasən, himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.

    Qeyd edək ki, himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə himayəyə götürdükləri:

    – 0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat);

    – 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat);

    – 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.

    Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin ediləcəklər.

  • Erlinq Holand “Real Madrid”ə keçə bilər

    “Mançester Siti”nin hücumçusu Erlinq Holand “Real Madrid”ə keçə bilər.

    Məlumata görə, “Mançester Siti” 100 milyon avroya öz liderini Madridə göndərməyə hazırdır.

    Qeyd edək ki, bu, Kilian Mbappe öz gələcəyi ilə bağlı qərarı (yəni “Real Madrid”ə keçəcəyi barədə) vaxtında vermədiyi halda baş verə bilər.

    Mənbə: RİA novosti

  • “Nikosayağı” qəza törədərkən sərxoş olub

    “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    “Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    N.Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

    Əldə etdiyimiz məlumata görə, bloqer qəza törədən vaxt sərxoş vəziyyətdə olduğu üçün ona qarşı həmin maddə irəli sürülüb.

    Cinayət işini hakim Samir Əliyev araşdıracaq.

    Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirlinin darə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

  • Aygün Bəylərin həyat yoldaşı haralardadır?

    Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası, zəngulələri, eləcə də geyim tərzi ilə yaddaşlarda qalacaq.

    48 yaşında dünyasını dəyişən sənətkarın özündən sonraya ifaları ilə yanaşı, 14 yaşlı bir qız övladı da qalıb.

    Yəqin ki, Aygün Hümmətovanın qızı Cananın atasının kim olması ictimaiyyət üçün də maraqlıdır.

    Modern.az saytı sənətkarın keçmiş həyat yoldaşı ilə bağlı kiçik bir araşdırma aparıb.

    Aygün Hümmətova təxminən 15 il öncə Almaniyada yaşayan Rəsul Vilayət adlı bir soydaşımızla nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı doğulub.

    Əslən Azərbaycandan olan Rəsul Vilayət də musiqiçi idi, o həm gitara və skripkada çalır, həm də mahnılar ifa edirdi. Aygün Hümmətovanın Rəsul Vilayətlə duet ifaları da olmuşdu.

    Rəsulla Aygün uşaqlıq dostu olublar. Onların ilk tanışlıqları Azərbaycan Dövlət Uşaq Filarmoniyasından başlayıb. Hər ikisi 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunmuşdu. Filarmoniyaya qəbul olunanda onların 13-14 yaşları vardı.

    Ötən əsrin 90-cı illərinin sonlarında Rəsul Vilayət Azərbaycanı tərk edərək Almaniyaya köçsə də, onun Aygünlə dostluğu davam etmiş və əlaqələri kəsilməmişdi.

    Bu əlaqələr sonralar onların münasibətlərinə də təsir etmiş və cütlük birgə yaşamağa qərar vermişdi.

    2010-cu ildə Aygün Hümmətova Rəsul Vilayətlə birgə ifalarını duet şəklində lentə yazdırmışdı. Həmin mahnılar o zamanlar radio kanallarında tez-tez səsləndirilirdi.

    Təəssüf ki, onların evliliyi uzun sürməmiş və ayrılmışdılar.

    Aygün Hümmətovanın Rəsul Vilayətlə ayrılma səbəblərini yəqin ki, onların özlərindən başqa heç kəs dəqiq bilmirdi.

    Bəzi məlumatlara görə, 2009-cu ildə doğulan Cananın adını da atası qoyub.

    Qeyd edək ki, vaxtilə mətbuatda yer alan materiallarda qızı doğulduqdan sonra onun atasının Azərbaycana gəlmədiyi, qızının üzünü görmədiyi barədə məlumatlar yer almışdı. Qızı doğulduğu il müğənni həyat yoldaşı ilə görüşə bilməyib. Görüşə bilməməyinin səbəbi isə ölkə xaricində olan Rəsul Vilayətin Azərbaycana gəlməsində yaranan problemlər olub. Həyat yoldaşı sənədlərində problemlər yarandığı üçün Azərbaycana gələ bilməyib.

    Rəsul Vilayətin hazırda Almaniyanın Berlin şəhərində yaşadığı bildirilir.

    Xatırladaq ki, Aygün Hümmətova sənət aləmində ona böyük dəstək göstərmiş müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürərək Aygün Bəylər kimi çıxış edirdi. Sənətçinin müəllimi Bəylər Quliyev illər öncə naməlum səbəbdən intihar edərək həyatına son qoymuşdu.

    Aygün Bəylər bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.

    6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib. O, bu gün Suraxanı qəbiristanlığında anasının məzarı yanında torpağa tapşırılıb.

  • Очередное новшество в связи с велодорожками в Баку – ФОТО

    Вдоль велосипедных дорожек, проложенных по улице Истиглалият, установлены барьеры.

    Соответствующие кадры распространились в социальных сетях.

    Отмечено, что это сделано для обеспечения безопасности велосипедистов.

    Целью установки таких барьеров является помеха парковке автомобилей и организация более безопасного движения велосипедов и самокатов.

  • Bakıda velosiped yolları ilə bağlı daha bir YENİLİK – FOTO

    İstiqlaliyyət küçəsində salınan velosiped yollarına baryerlər quraşdırılıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Bildirilib ki, velosipedçilərin təhlükəsizliyini təmin etmək üçün baryerlər qoyulub.

    Bu cür baryerlərin quraşdırılmasına səbəb avtomobillərin parklanmasını əngəlləmək, velosiped və skuterlər üçün daha təhlükəsiz hərəkət təşkil etməkdir.

  • Bayram gecəsi araq içib səs-küy saldı, həbs edildi

    Naxçıvanda Yeni il gecəsi xırda xuliqanlıq əməlinə yol vermiş şəxs həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində baş verib. Şəhər sakini polisə müraciət edərək yaşadığı binanın 1-ci mərtəbəsində yaşayan 1976-cı il təvəllüdlü Əhməd Tahirovun (şərti) sərxoş vəziyyətdə səs-küy saldığını və təhqiramiz ifadələr işlətdiyini bildirib.

    Hadisə ilə bağlı Şahbuz RPŞ-də araşdırma aparılıb və Ə.Tahirov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan şəxs barəsindəki protokola baxılması üçün məhkəməyə göndərilib.

    Şahbuz Rayon Məhkəməsində keçirilən iclasda 48 yaşlı kişi peşman olduğunu deyib:

    “Dekabrın 31-də Yeni il bayramında tək yaşadığım evdə bir litr araq qəbul etmişdim. Həmin vaxtdan sonra nə etdiyimi xatırlamıram. Yanvarın 1-də məni polis bölməsinə apardılar, bir gün saxladıqdan sonra buraxdılar. Lakin yanvarın 3-də yenidən şöbəyə çağırdılar. Tutduğum əməldən peşmanam, bir daha spirtli içki qəbul etməyəcəyəm, belə hallara da yol verməyəcəyəm”.

    Zərərçəkən şəxs isə Ə.Tahirovun daha əvvəl də sərxoş halda xuliqanlıq əməlləri törətdiyini bildirib.

    Şahbuz Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə 10 sutka inzibati həbs cəzası verilib.

  • 2040-cı ilə qədər Bakıda istilik enerjisinin sərfiyyatı dörd dəfədən çox artacaq

    2040-cı ilə qədər Bakı şəhərində istilik enerjisinin sərfi 6 milyon 466 min 913 MVt-a çatdırılacaq.

    “Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Sənədə əsasən, bu 2020-ci ilin (planın hazırlama vaxtı) göstəricisindən 5 milyon 11 min 253 MVt və ya 4,4 dəfədən çoxdur.

    2027-ci ildə bu rəqəm 3 milyon 25 min 95 MVt olacağı proqnozlaşdırılır.

    Qeyd edək ki, gələcəkdə şəhərin istilik təchizatı sisteminə təsir edə biləcək bir çox amillər mövcuddur. Bu amillərdən biri əhali artımı, enerji səmərəliliyi standartlarıdır. Bu standartlar həm mövcud istilik təchizatı sisteminə, həm də yeni sistemlərə qoşulan yeni binalara tətbiq edilməlidir. Standartların tətbiqi istilik tələbatının əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq.

    Bundan başqa, yeni salınan yaşayış massivlərində istilik və elektrik təchizatının təmin edilməsi üçün birgə istehsal qurğularının tikintisi nəzərdə tutulub.

  • В 2024 году Землю накроет большое количество магнитных бурь

    Солнце в рамках действующего цикла в 2024 году достигнет пика своей активности, это вызовет на Земле частые магнитные бури, рассказал заведующий лабораторией солнечной астрономии Института космических исследований (ИКИ) и Института солнечно-земной физики (ИСЗФ) РАН Сергей Богачев. По его словам, бури будут происходить по несколько раз в месяц.

    “Мы ожидаем, что 2024 год будет уже годом максимума солнечной активности. Это означает крупные вспышки, крупные магнитные бури. В целом год будет штормовой. Какие-то геомагнитные возмущения будут идти просто еженедельно. В целом заметные бури, я думаю, будут ежемесячно происходить, думаю, две-три бури в месяц”, – сказал ученый.

    Он уточнил, что точно прогнозировать вспышки на Солнце и следующие за ними магнитные бури невозможно. Можно говорить лишь об общих тенденциях геомагнитной обстановки, ожидающей землян в наступившем году. При этом ряд специалистов считает, что в 2024 году на Солнце будут происходить более сильные вспышки, чем это было годом ранее, отметил Богачев.

    Максимум солнечной активности, по словам астронома, ученые ожидают в мае-июне, тогда же будет наблюдаться самое высокое число магнитных бурь. К концу года активность должна пойти на спад.

    Источник: РИА Новости