Month: January 2024

  • 2024-cü ildə dünyada maqnit qasırğaları ən pik həddə olacaq

    2024-cü il maqnit qasırğalarının ən pik həddə müşahidə olunacağı il olacaq.

    Bu açıqlama ilə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun baş elmi işçisi Sergey Boqaçov çıxış edib.

    “Bəzən geomaqnit qasırğası hər həftə müşahidə olunacaq”, – deyə S.Boqaçov vurğulayıb.

    Alim bildirib ki, Yer kürəsində maksimum günəş aktivliyi və maqnit qasırğaları may-iyun aylarına təsadüf edəcək.

    Mənbə: RİA Novosti

  • Arvadının boğazını kəsərək 19 bıçaq zərbəsi endirən şəxsə HÖKM OXUNDU

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməyə cəhddə təqsirləndirilən Rəşad Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin gəldiyi nəticəyə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Rəşad Rüstəmov ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib. Qərarın icrası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

    Qeyd edək ki, hadisə 26 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Sabirabad rayonu Qalaqayın kəndində qeydə alınıb. Belə ki, Rəşad Rüstəmov şizofreniya simptomları ilə müşayiət olunan kəskin polimorf psixoloji pozuntu formasında psixi xəstəlik keçirməsi ilə əlaqədar anlaqsız vəziyyətdə olduğundan, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı halda 1994-cü il təvəllüdlü həyat yoldaşı Fərqanə Yaşar qızı Rüstəmovanın ona cadu etdirməsini düşünərək qisas almaq niyyəti ilə qadını öldürmək qərarına gəlib. Daha sonra təqsirləndirilən şəxs hamam otağında bıçağı arvadının boğazına dirəyib, ona cadu etdirən şəxsin adını deməsini tələb edib. Rəşad zərərçəkmiş şəxsin cavab verməməsini görüb qadının boğaz nahiyəsinə bıçaq zərbəsi endirərək yerə yıxıb. Həmin vaxt Fərqanə yalvararaq ondan əl çəkməsini xahiş etsə də o buna əhəmiyyət verməyərək, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, xüsusi əzab və işgəncə verməklə qadının bədəninin müxtəlif nahiyələrinə 19 dəfə bıçaq zərbəsi endirib.

    Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

  • Universitetlər şəhərin mərkəzindən köçürülür

    Ölkənin ali təhsil mərkəzi olan Bakı şəhərində böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə akademik mərkəz yaradılacaq.

    Median.Az xəbər verir ki bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Layihənin gələcəkdə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcəyi və təhsilin keyfiyyətini yüksəldəcəyi qeyd olunub.
    Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək. Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsiyə yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür.

  • Bakının Baş planının icrasına neçə milyard manat sərf olunacaq?

    2020-2040-cı illərdə Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur.

    Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd edilib.

    Baş plana əsasən, bu vəsait beş istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastrukturun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur.

    Qeyd edilib ki, bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,6 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.

  • DSX Akademiyasının kursantının ölümündə günahlandırılan sürücü məhkəmə zalında həbs edildi

    Qəbələ Rayon Məhkəməsində piyadanı vurub öldürərək qaçmaqda təqsirləndirilən Ramiz Qəribovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ramiz Qəribovun barəsində verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

    Qeyd edək ki, 2023-cü il fevralın 13-də saat 19 radələrində Qəbələ rayonu, Uludaş kəndində yaşayan 1982-ci il təvəllüdlü Ramiz Eyyub oğlu Qəribov idarə etdiyi QAZ-3102 markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndindən Tikanlı kəndi istiqamətində hərəkətdə olarkən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vuraraq qaçıb.

    Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

    Qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub.

  • Ələt, Lökbatan, Sabunçu və Mərdəkanda külək və Günəş elektrik stansiyaları yaradılacaq

    2040-cı ilə qədər Ələt, Lökbatan, Sabunçu və Mərdəkan altmərkəzlərində ümumi ərazisi 2650 ha, qoyuluş gücü 1200 MVt olan bir külək və üç Günəş elektrik stansiyasının inşası təklif olunur.

    Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.

    Qeyd edilib ki, bu ərazilərdə perspektivdə (hesabat müddətindən sonrakı dövrdə) bərpa olunan enerji təsərrüfatlarının inkişafı üçün 3313 ha əlavə ərazi nəzərdə tutulub.

    Baş Plan layihəsində hal-hazırda çirklənmiş torpaq sahələri olan ərazidə müvəqqəti bərpa olunan enerji stansiyaları üçün əlavə 676 ha ərazi ilə bağlı mərhələli regenerasiya çərçivəsi nəzərdə tutulur. Regenerasiya çərçivəsinə həyata keçirilməsi planlaşdırılan “Böyükşor gölü üzərində üzən Günəş elektrik stansiyası (300 kVt)” layihəsi, həmçinin, Qırməki Təbii Geoloji Parkı (202 ha) daxil edilib. Bu parkda Günəş və külək enerjisi istehsalı və karbon-neytral sistemin layihələndirilməsi mümkün olacaq.

  • Операция в Бейлаганском районе: есть задержанный

    Сотрудники полиции в ходе проведенных мероприятий в Бейлаганском районе задержали подозреваемого в незаконном обороте наркотических средств Намета Ахмедли, во время других мероприятий были обнаружены и изъяты боеприпасы.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы МВД.

    Было отмечено, что при личном осмотре у задержанного и по адресу его проживания было обнаружено и изъято более двух килограммов марихуаны и около 17 г метамфетамина.

    В своих показаниях он признался, что занимался онлайн-продажей запрещенных веществ. В отношении его решением суда избрана мера пресечения в виде ареста.

    Расследование по данному факту продолжается.

    В ходе других мероприятий на территории с бытовыми отходами были обнаружены и изъяты один автомат АК-74, магазин к нему и 22 патрона, а также две винтовки марки ТОЗ. Помимо этого, у жителя района было обнаружено и изъято охотничье оружие без соответствующих документов.

    Мероприятия в данном направлении продолжаются.

  • Beyləqan polisi əməliyyat keçirdi: Saxlanılan var

    Beyləqan rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb, digər tədbirlərlə isə silah-sursat aşkar edilərək götürülüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Namət Əhmədli saxlanılıb. Onun üzərində və yaşadığı ünvanda müvafiq axtarış aparılarkən iki kiloqramdan artıq marixuana və 17 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. O, dindirilərkən narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

    Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı silah-sursat aşkar edilərək götürülüb. Belə ki, ilk olaraq rayon ərazisindəki məişət tullantılarının atıldığı ərazidən bir ədəd “Kalaşnikov AK-74” markalı avtomat, ona məxsus daraq və 22 ədəd patron, iki ədəd “TOZ” markalı tüfəng aşkarlanaraq götürülüb. Bundan əlavə, rayon sakinindən müvafiq sənədləri olmayan ov silahı da aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Станция метро “28 Мая” будет реконструирована: разделят “зеленую” и “красную” ветки

    К 2040 году планируется разделить “зеленую” и “красную” ветки на пересадочной станции “28 Мая” – “Джафар Джаббарлы”.

    Это нашло отражение в Генеральном плане развития Баку до 2040 года.

    В нем отмечается, что к 2040 году общая протяженность линий метро, включая реконструкцию станции “28 Мая”, должна быть увеличена с нынешних 36,6 км до 73,4 км, а количество станций – с 25 до 46.

    В документе также изложены основные цели, связанные с ЗАО “Бакинский метрополитен”. В их числе: устранение плотности пассажиров, быстрое развитие сети, расширение охвата.

    В разделе “Будущее развитие 2027” генплана отмечается, что планируется расширение покрытия метро, строительство участка “Ходжасан – Автовокзал”, станций “B-03” и “B-04” на “фиолетовой” линии, электродепо “Дарнагюль” на “зеленой” (кольцевой) линии, станций “Y-03”, “Y-02”, “Y-14” и “Y-15”, принятие начальных мер к завершению кольцевой сети метро, расширение всех тоннелей с использованием бурового оборудования, а также в направлении строительства первой полукольцевой сети.

  • Metronun “28 May” stansiyası yenidən qurulacaq: Yaşıl və qırmızı xətlər bir-birindən ayrılacaq

    2040-cı ilədək “28 May” – “Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması planlaşdırılır.

    Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb.

    Baş planda qeyd olunub ki, 2040-cı ilədək “28 May” stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.

    Baş planda “Bakı metropoliteni” QSC ilə bağlı əsas hədəflər də açıqlanıb.

    Qeyd olunub ki, sistemdəki sərnişin sıxlığın aradan qaldırılması, tranzit təyinatlı inkişafın nəzərə alınması və təşviqi, şəbəkənin sürətlə inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərdəndir.

    Baş planın “Gələcək İnkişaf 2027” bəndində isə qeyd olunur ki, metronun əhatə dairəsinin genişləndirilməsi, bənövşəyi xətt üzrə “Xocəsən-Avtovağzal” hissəsinin, “B-03” və “B-04” stansiyalarının tikintisi, yaşıl (dairəvi) xətt üzrə “Dərnəgül” elektrik deposunun, “Y-03”, “Y-02” “Y-14” və “Y-15” stansiyalarının tikintisi, dairəvi metro şəbəkəsinin tamamlanması istiqamətində ilk addımların atılması, qazma avadanlıqlarının paralel istifadəsi ilə bütün tunellərin mümkün dərəcədə səmərəli (müstəqil, eyni zamanda) qaydada genişləndirilməsi, birinci yarım həlqəvi şəbəkənin qurulması istiqamətində zəruri addımların atılması nəzərdə tutulur.