Month: January 2024

  • Новое строительство на побережье Каспия будет ограничено

    Для повышения устойчивости Абшеронского полуострова необходима защита береговой линии Каспийского моря.

    Как сообщает Report, это отражено в Генеральном плане развития Баку до 2040 года.

    Так, в рамках Генплана рекомендуется следующее:

    1. Ограничение новой городской застройки вдоль береговой линии. Строительство будет разрешено только в исключительных случаях и после детальной оценки воздействия на окружающую среду.

    2. Разрешенные новые градостроительные инициативы должны реализовываться без исключения в соответствии с установленными нормами планировки и требованиями санитарно-защитной зоны.

  • Xəzərin sahilində yeni tikintilərin aparılması məhdudlaşdırılacaq

    Abşeronun dayanıqlığının artırılması üçün Xəzər dənizinin təbii sahil xəttinin qorunması tələb olunur.

    “Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Bunun üçün Baş plan çərçivəsində aşağıdakılar tövsiyə olunur:

    – Sahil xətti boyu yeni şəhərsalma inkişafının məhdudlaşdırılması Sahil xətti boyu yeni şəhərsalma inkişaflarına yalnız müstəsna hallarda və ətraf mühitə təsirlərin ətraflı qiymətləndirilməsi aparıldıqdan sonra yol verilməlidir;

    – Yol verilən yeni şəhərsalma təşəbbüsləri istisnasız olaraq müəyyən edilmiş planlaşdırma normalarına və sanitar-mühafizə zonası tələblərinə uyğun həyata keçirilməlidir.

  • “Əlibaba və 40 quldur” filminin rejissoru vəfat edib

    Rusiyanın Əməkdar artisti, “Əlibaba və 40 quldur” filminin rejissoru Oleq Ryabokon 85 yaşında dünyasını dəyişib.

    Bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının Sankt-Peterburq təşkilatından məlumat verilib.

    Bildirilir ki, o evində dünyasını dəyişib.

    Qeyd edək ki, Ryabokon tamaşaçıya həmçinin “Odin za vsex!” filmi ilə də tanışdır. Bundan başqa onun filmoqrafiyasına “Ezop” televiziya tamaşası, “Fiziki”, “Prekrasnaya Yelena”, “Şaqi imperatora” və s. filmlər daxildir.

    Mənbə: TASS

  • Все меньше французов уверены в успешном проведении Олимпиады

    Процент французов, уверенных в успешной подготовке и надлежащем проведении Олимпиады 2024 года во Франции, снизился за последние три месяца. Об этом свидетельствуют результаты опроса, опубликованные исследовательским институтом Odoxa.

    “До начала Олимпийских игр остается 200 дней, однако опасения по поводу их организации растут, и большинство французов по-прежнему беспокоятся о завершении [в установленные сроки] строительных работ (59%, +4 п.п.), безопасности (65%, +3 п.п.) и [загруженности] транспорта (74%, +8 п.п.)”, – говорится в публикации на сайте института.

    Кроме того, снизилось число французов, убежденных в успешном проведении спортивных мероприятий (61%, -7 п.п.) и церемонии открытия (59%, -12 п.п.). Динамика приводится в сравнении с результатами опроса института Odoxa в октябре 2023 года.

    Результаты опроса также показали, что Олимпийские и Паралимпийские игры 2024 года станут для французов (35%) самым ожидаемым спортивным событием этого года, опережая чемпионат Европы по футболу 2024 (21%), Кубок шести наций (15%) и “Тур де Франс” (12%). Среди респондентов 55% считают, что французские спортсмены хорошо выступят на Олимпиаде, 64% уверены в успехе французских паралимпийцев.

    Опрос был проведен по репрезентативной выборке среди 992 французов старше 18 лет, в числе которых 599 спортивных фанатов.

    Летние Олимпийские игры в Париже пройдут с 26 июля по 11 августа 2024 года.

    Источник: rsport.ria.ru

  • Fransızların əksəriyyəti Olimpiadanın uğurlu olacağına inanmır

    Fransada ölkənin 2024-cü il Olimpiadasına uğurla hazırlaşacağına və lazımi qaydada keçiriləcəyinə əmin olan fransızların faizi son üç ayda aşağı düşüb.

    Bunu “Odoxa” tədqiqat institutunun bazar günü dərc etdiyi sorğunun nəticələri göstərir.

    “Olimpiya Oyunlarının başlamasına 200 gün qalıb, lakin onların təşkili ilə bağlı narahatlıqlar artır və fransızların əksəriyyəti hələ də tikinti işlərinin (vaxtında – red.) başa çatmasından (59%), təhlükəsizliyə (65%,) və nəqliyyata (sıxlıq – red.) (74%) görə narahatdırlar”, – deyə “Odoxa” saytında dərc olunmuş məqalədə qeyd olunub.

    Bundan əlavə, idman tədbirlərinin (61%) və açılış mərasiminin (59%) uğurlu olacağına əmin olan fransızların sayı azalıb.

    Sorğu həmçinin göstərdi ki, 2024-cü il Olimpiya və Paralimpiya Oyunları fransızlar üçün bu ilin ən gözlənilən idman hadisəsi (35%) olacaq. Respondentlər arasında fransızların 55%-i idmançılarının Olimpiadada yaxşı çıxış edəcəyinə inanır, 64% isə paralimpiyaçılarının uğur qazanacağına əmindir.

    Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

    Mənbə: rsport.ria.ru

  • В столице появятся трамваи и метробусы – ФОТО

    В столице Азербайджана будут созданы трамвайные и метробусные виды общественного транспорта. Как передает АПА, это нашло отражение в Генеральном плане развития города Баку до 2040 года.

    Было отмечено, что существующая система метро продолжит играть ведущую роль в системе общественного транспорта с высокой пропускной способностью. Однако высокие затраты на строительство метро и позднее выполнение строительных работ обуславливают внедрение дополнительных систем общественного транспорта не только в пригородных районах, но и в черте города.

    Наиболее перспективной альтернативой с точки зрения затрат и сроков реализации является реконструкция железнодорожной сети и ее расширение в пределах города. В настоящее время на территории города имеется большое количество неиспользуемых железнодорожных укрепленных полос и грузовых линий. Упомянутую инфраструктуру можно повторно активировать и использовать более эффективно. При внедрении системы трамвайно-электрических поездов могут быть применены возможности существующей и реконструируемой железнодорожной инфраструктуры, а также возможность расширения инфраструктуры скоростного трамвайного транспорта.

    Эффективное функционирование системы общественного транспорта, в том числе для удовлетворения растущего спроса, снижение удельного веса отдельных транспортных средств возможно только за счет интеграции систем метро, метробусов, скоростных железных дорог, трамвайно-электрических поездов.

    Тем не менее прогнозируется, что и в будущем отдельные легковые автомобили будут продолжать занимать значительную долю в транспортной системе. Это также потребует реконструкции системы улично-дорожной сети города. Меры по улучшению на следующих этапах будут включать не только расширение дорог, но и эффективное использование существующих систем.

    Одним из основных элементов общей транспортной системы является построение взаимодействия между подсистемами, называемыми транспортными обменными центрами или узлами общественного транспорта.

  • Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq – FOTO

    Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

    APA-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin, metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir.

    Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir. Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

    İctimai nəqliyyat sisteminin səmərəli fəaliyyətinin (rentabelli, yüksək tutumlu, sürətli, rahat, etibarlı, dəqiq, əhatə dairəsi geniş və s.) təmin edilməsi, o cümlədən artan tələbatın ödənilməsi, fərdi nəqliyyat vasitələrinin xüsusi çəkisinin azaldılması yalnız metro, metrobus, sürətli dəmir yolları və tramvay-elektrik qatarı sistemlərinin inteqrasiyası yolu ilə mümkün ola bilər.

    Buna baxmayaraq, gələcəkdə də fərdi minik avtomobillər nəqliyyat sistemində mühüm paya sahib olmağa davam edəcəyi proqnozlaşdırılır. Bu, eyni zamanda şəhərin küçə-yol şəbəkəsi sisteminin yenidən qurulmasını zəruri edəcək. Növbəti mərhələlərdə təkmilləşdirmə tədbirləri yalnız yolların genişləndirilməsi deyil, mövcud sistemlərdən səmərəli istifadəni də nəzərdə tutacaq.

    Ümumi nəqliyyat sisteminin əsas elementlərindən biri nəqliyyat mübadilə mərkəzləri və ya ictimai nəqliyyat qovşaqları adlanan alt sistemlər arasındakı qarşılıqlı əlaqənin qurulmasıdır. İctimai nəqliyyat qovşaqları/nəqliyyat mübadilə mərkəzləri ictimai nəqliyyat imkanlarını (avtobuslar), yüksək sərnişindaşıma qabiliyyətinə malik sürətli ictimai nəqliyyat sistemlərini (metro, dəmir yolu, mertobus, tramvay sistemi, tramvay-elektrik qatarı sistemi) və/və ya fərdi avtomobil nəqliyyatından “yaşıl” nəqliyyata keçid imkanlarını bir mərkəzdə birləşdirməyə imkan verən ünsürlərdir. Bundan əlavə, əsas ictimai nəqliyyat qovşaqları müxtəlif nəqliyyat vasitələrindən istifadəni təklif etməklə İctimai Nəqliyyat Yönümlü Şəhərsalma (İNYŞ) inkişafı üçün şərait yaradacaq.

  • Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək

    Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək.

    “Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur:

    • Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması. İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması;

    • Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası;

    • Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması;

    • Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması;

    • Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası;

    • Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması.

  • Bakıda yeni Nəbatat Parkı yaradılacaq

    Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur.

    APA-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Qeyd edilib ki, Xocahəsən gölünün bərpa layihəsi Xocahəsən – Lökbatan hibrid yaşıl dəhlizinin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsində aparılan neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi və kanalizasiya sisteminin yenidən qurulması daxildir. Ərazinin nəqliyyat əlaqəsi mövcud dəmir yolu üzərində yerləşən sərnişin dəmir yolu stansiyası vasitəsilə təmin ediləcək. Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. Qu gölü ərazisi köçəri quş populyasıyalarının məskəni siyahısına daxildir. Bu təbii sərvəti fəal şəkildə idarə etməklə, ərazidə turistik əhəmiyyətə malik ornitoloji mərkəz yaradıla bilər. Bu baxımdan, ərazidə tətbiq olunan tipoloji mühafizə parametrləri və ərazinin sanitar-mühafizə zonası əraziyə xas xüsusiyyətlərin nəzərə alınması ilə yenidən nəzərdən keçirilməlidir: ekoloji funksiyaların yerinə yetirilməsinin təmin edilməsi, o cümlədən təbii sahilyanı ərazilər və su-bataqlıq sahələri yaratmaqla biomüxtəlifliyin çoxaldılması və suyun keyfiyyətinin artırılması; müxtəlif, yüksək standartlara cavab verən və maraqlı sahil ərazilərinin yaradılması. Buna yaşıllıqlardan və kiçik memarlıq formalarından ibarət kompozisiyalarla təchiz edilən sahilyanı ərazilərin yaradılması, ərazinin özünəməxsusluğunu ortaya qoyan nadir layihələndirmə həlllərinin nəzərdə tutulması və müxtəlif passiv və aktiv istirahət məkanlarının yaradılması ilə nail olmaq olar. Böyük şəhər parkı tipinə aid edilən Xocahəsən gölü ətrafındakı parkda mövsümi və ya müvəqqəti tədbirlər, avarçəkmə klubu kimi daimi fəaliyyətlər üçün imkanlar yaradıla bilər.

  • В Баку планируется существенно увеличить число станций метро

    Количество станций метро в Баку планируется увеличить с 25 до 46.

    Это отражено в Генеральном плане развития Баку до 2040 года.

    Согласно генплану, метрополитен продолжит играть ведущую роль в системе общественного транспорта столицы, обеспечивая основное сообщение между наиболее густонаселенными районами агломерации и центральными районами.

    Станция “28 Мая” будет оставаться центральным узлом, обладающим большой значимостью для сети метрополитена.

    К 2027 году на переходной станции “28 Мая – Джафар Джаббарлы” планируется разделить зеленую и красную линии, а также создать новую инфраструктуру.

    Отмечается, что к 2040 году предусматривается увеличить общую протяженность линий бакинского метро с нынешних 36,7 км до 76,2 км, а количество станций – с 25 до 46.