Month: January 2024

  • Студент БГУ скончался от отравления угарным газом

    Студент третьего курса Бакинского государственного университета (БГУ), обучавшийся по специальности “Компьютерные науки” группы SABAH, Сянан Гасымов скончался от отравления угарным газом.

    Об этом сообщили в БГУ.

    Руководство высшего учебного заведения выразило соболезнования близким по случаю кончины студента.

  • BDU-nun tələbəsi həyatını itirdi

    Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Sənan Mahir oğlu Qasımov dəm qazından boğularaq vəfat edib.

    Bu barədə ali məktəbdən bildirilib.

    BDU rəhbərliyi tələbənin faciəli vəfatına görə başsağlığı verib.

  • Число жертв землетрясений в Японии уже превысило 120

    Число жертв серии землетрясений, которые продолжаются в Японии уже шестой день, возросло до 126.

    Об этом свидетельствуют данные, опубликованные японскими региональными властями.

    Кроме того, по последним данным, не менее 516 человек получили травмы различной степени тяжести. Экстренные службы пока не могут установить местонахождение 222 жителей. В зоне стихийного бедствия продолжается поисково-спасательная операция, в которой задействованы Силы самообороны Японии.

  • Yaponiyada silsilə zəlzələlər nəticəsində ölənlərin sayı artdı

    Yaponiyada altıncı gündür davam edən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 126-ya çatıb.

    Bu barədə Yaponiyanın regional hakimiyyət orqanları məlumat yayıb.

    Xilasedicilər zəlzələlər nəticəsində uçan evin dağıntıları altında 120 saatdan çox qalan qadını sağ tapıblar.

    Qeyd edək ki, xilas edilən qadının 90-dan çox yaşı var. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Mənbə: TASS

  • İsveçrə Teleradiosunda “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli reportaj yayımlanıb

    İsveçrə Teleradiosunun (SRF) əsas xəbər buraxılışında Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları və yaxın gələcəkdə regionda əmin-amanlığın tam bərqərar olmasına dair geniş reportaj yayımlanıb.

    AZƏRTAC xəbər verir ki, “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli reportajda 30 il davam edən münaqişə və müharibələrdən sonra Cənubi Qafqazın 2024-cü ildə sülh və əmin-amanlığa ümidlə baxdığı ifadə olunub. Teleaparıcı Azərbaycana səfər etmiş çəkiliş heyətinin reportajından öncə bildirib ki, ötən ilin sentyabrında Azərbaycan Qarabağda suverenliyini tam bərqərar etdikdən sonra Azərbaycan və Ermənistan arasında sərhəd və yaşayış məntəqələri ilə bağlı aparılan danışıqlarda aşkar şəkildə yaxınlaşma müşahidə olunur. Diqqətə çatdırılıb ki, Qarabağda yaşayan ermənilər ərazini tərk etdikdən sonra hazırda aparılan sülh danışıqları yeni yaranmış güc nisbətini təsbit etməlidir.

    Reportajın ilk kadrları isə böyük tikinti meydançasını xatırladan Füzuli şəhərindən başlayır. Aparıcı Filipp Zahn bildirir ki, 30 il xarabalıqlar içində qalan Füzulidə bu gün həyat yenidən qaynamaqdadır. Birinci Qarabağ müharibəsi zamanı buranı işğal edən və bütün azərbaycanlıları dədə-baba torpaqlarından qovan Ermənistan üç il bundan əvvəl baş vermiş və böyük itkilərlə nəticələnən müharibədə bu ərazilərdən geri çəkilməli oldu.

    Reportajda quruculuq işlərini çətinləşdirən amillər, xüsusilə də ərazilərin minalardan çirklənməsi probleminə də toxunulub. Bildirilib ki, mina problemi bərpa və quruculuq işlərini çətinləşdirir. Lakin indiyədək Füzulinin 30 faizi minalardan təmizlənib və bu istiqamətdə fəaliyyət yüksək templə davam etdirilir. Azərbaycan hökuməti qısa müddət ərzində bu şəhərdə minədək mənzil inşa edib və hər ay öz yurdlarına geri dönən azərbaycanlı ailələrə mənzillərin açarları təqdim olunur. Bununla da Azərbaycanın verdiyi mesaj tam aydındır: Ermənistan nə Füzulidə, nə də Qarabağın başqa ərazilərində ərazi iddiaları ilə çıxış edə bilər. Eyni zamanda, erməniəsilli əhali Azərbaycan vətəndaşlığını qəbul etmək şərti altında yenidən həmin ərazilərə qayıdıb yaşaya bilər.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev SRF-ə müsahibəsində bildirib ki, Azərbaycanın istəyi bütün Cənubi Qafqazın mənzərəsini dəyişməkdir: “Bu regionun adı gələcəkdə müharibə və münaqişələrlə deyil, şanslar, işgüzar əlaqələr, inkişaf və rifahla bağlı hallanmalıdır”.

    Aparıcı qeyd edir ki, Bakıda, Azərbaycan Prezidentinin Administrasiyasında yüksək səviyyədə özünəinam hökm sürür, çünki Xəzər dənizi sahilində yerləşən bu metropol bütün regionun iqtisadi mühərrikidir. Rusiyaya qarşı tətbiq edilən embarqolardan sonra isə zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycan Avropa üçün vazkeçilməz tərəfdaşa çevrilib.

    Reportajda Prezident İlham Əliyevin ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltdığı kadrlara da yer verilib. Bildirilib ki, Azərbaycanın dövlət bayrağını Qarabağda ucaldan Prezident İlham Əliyevin güclü müttəfiqləri var və onların arasında Azərbaycanı illərdən bəri hərbi və geosiyasi müstəvilərdə dəstəkləyən Türkiyə xüsusi yer tutur.

  • Polis bölmələrində qeydiyyatdan çıxarılan vətəndaşlar səsvermədə necə iştirak edəcəklər?

    Paytaxtda polis bölmələrində müvəqqəti qeydiyyatda olan vətəndaşlar son günlər qeydiyyatda olduqları ünvandan çıxarıldıqlarına dair paylaşımlar edirlər. Onlar, xüsusilə də, fevralın 7-də keçiriləcək prezident seçkisində səsvermə hüquqları ilə bağlı məsələnin hansı formada həll olunacağını öyrənmək istəyirlər.

    Qanunla qeydiyyatda olmayan şəxslərin şəxsiyyət vəsiqələri səsvermə üçün aktiv hesab olunmur.

    Bəs bu vətəndaşlar seçki günü necə səs verəcəklər? Onların adına olan bildiriş vərəqələri hara və necə göndəriləcək?

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əhalinin təhlükəsizliyinin təminatına dair keçirilən onlayn formatda əməliyyat müşavirəsi zamanı bu məsələyə də baxılıb:

    “Əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri də müzakirə edilib.

    Belə ki, seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verilib. Mövzu ilə əlaqədar nazirliyə ünvanlanan müraciətlər qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.

    Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğu təmin edilir”.

  • Azərbaycanda estrada müğənnisi vəfat etdi – VİDEO

    “Təbriz” estrada qrupunun rəhbəri, müğənni Vüqar Yusubov vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

    Qeyd edək ki, V.Yusubovun oxuduğu “Təbriz” mahnısı ona populyarlıq qazandırmışdı.

  • Ötən il neçə nəfərə dosent elmi adı verilib?

    Keçən il 190 nəfərə dosent elmi adı verilib.

    Bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

    Filologiya elmləri üzrə dosent elmi adı alanların sayı isə çoxluq təşkil edib. Belə ki, 36 nəfər filologiya elmləri üzrə dosent elmi adı alıb.

  • EMIN анонсировал приезд Николь Шерзингер в Баку и рассказал о намерении сменить название фестиваля “ЖАРА”

    “ЖАРА” вернется в Баку, скорее всего, летом этого года. Мы хотим добавить ей международного статуса, да и фестиваль будет носить иное название. Он будет называться Dream Fest. Пока его не анонсируем, но если все случится, то на нем выступит большое количество российских и артистов из самых разных стран.

    Об этом в интервью изданию “Москва-Баку” заявил народный артист Азербайджана Эмин Агаларов (EMIN).

    Музыкант также рассказал о том, что в его новый англоязычный альбом войдет песня, которую он исполняет с американской поп-певицей Николь Шерзингер.

    “Она очень крутая певица, у нас получился красивый дуэт”, – поделился он.

    Отвечая на вопрос о том, собирается ли исполнительница прилететь в Баку, Э.Агаларов ответил утвердительно: “Конечно! Почему нет!”.

  • Emin Ağalarov duet oxuduğu məşhur müğənninin Bakıya gələcəyini açıqlayıb

    “Böyük ehtimalla “JARA” bu yay Bakıya qayıdacaq. Biz buna beynəlxalq status əlavə etmək istəyirik və festivalın adı başqa olacaq. O, “Dream Fest” adlanacaq. Hələlik bunu anons etmirik, amma hər şey qaydasında olarsa, orada çoxlu sayda Rusiya və müxtəlif ölkələrdən sənətçilər çıxış edəcəklər”.

    Bu sözləri Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN) deyib.

    Sənətçi onu da bildirib ki, ingilisdilli yeni albomunda müğənni Nikol Şerzingerlə ifa etdiyi mahnı da yer alacaq.

    “O, çox gözəl müğənnidir, duetimiz də əla alınıb”, – deyə müğənni bildirib.

    Müğənninin Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı suala isə E.Ağalarov müsbət cavab verib:

    “Əlbəttə! Niyə də yox?”

    Mənbə: “Moskva-Baku”