Month: January 2024

  • Bakıda metrostansiyaların sayı ARTIRILACAQ

    Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

    “Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Qeyd edilib ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək.

    “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

    2027-ci ilədək “28 May”-”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

    2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,6 km-dən 73.4 km-ə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

  • Фернанду Сантуш возглавил турецкий “Бешикташ”

    Турецкий “Бешикташ” объявил о назначении Фернанду Сантуша на пост главного тренера клуба.

    Согласно информации, 69-летний португалец подписал контракт с представителем Суперлиги Турции по футболу до лета 2025 года.

    В сентябре 2023-го Сантуш покинул пост главного тренера сборной Польши, которую возглавлял с января прошлого года. До этого он более восьми лет тренировал сборную Португалии, с которой выиграл чемпионат Европы 2016 года и Лигу наций-2018/2019.

    Напомним, что “Бешикташ” после 18 туров набрал 29 очков и занимает шестое место в турнирной таблице чемпионата Турции.

    Источник: sport-express.ru

  • “Beşiktaş”ın yeni baş məşqçisi məlum oldu

    “Beşiktaş” klubu Fernandu Santuşun baş məşqçi təyin olunduğunu açıqlayıb.

    Qeyd olunur ki, 69 yaşlı məşqçi ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.

    2023-cü ilin sentyabrında Santuş ötən ilin yanvarından bəri rəhbərlik etdiyi Polşa millisinin baş məşqçi postunu tərk edib. Bundan əvvəl o, 8 ildən çox Portuqaliya millisi ilə işləyib və bu komanda ilə 2016-cı il Avropa Çempionatının və 2018/2019 Millətlər Liqasının qalibi olub.

    Xatırladaq ki, “Beşiktaş” 18 turdan sonra 29 xal toplayaraq Türkiyə çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

    Mənbə: sport-express.ru

  • Саудовская Аравия снизила цены на свою нефть во всем мире

    Саудовская государственная компания Saudi Aramco снизила цены на февральские поставки нефти своей ключевой марки Arab Light во всех регионах на фоне снижения спроса.

    Так, для поставок в Азию цены были снижены на 1,5-2 доллара за баррель. Помимо этого, цены были снижены для северо-западной Европы, Средиземноморья и Северной Америки.

    В феврале и марте наблюдается снижение потребления нефти, так как в этот период нефтеперерабатывающие заводы закрываются для проведения плановых технических работ. Помимо этого, решение о снижении цен принято на фоне риска профицита предложения из-за увеличения поставок нефти из США.

    С октября 2022 года страны ОПЕК+, объединения крупнейших производителей нефти в мире, ужесточили квоты на добычу нефти: тогда участники картеля договорились снизить добычу на 2 млн баррелей в сутки ниже уровня августа 2022 года. В этом соглашении не участвуют Иран, Ливия и Венесуэла.

    Источник: rbc.ru

  • Səudiyyə Ərəbistanı bütün dünyada neftin qiymətini aşağı salıb

    Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Aramco” tələbin azalması fonunda dünya üzrə bütün regionlarda fevral ayında tədarük etdiyi “Arab Light” markalı neftin qiymətlərini aşağı salıb.

    Verilən məlumata görə, Asiya bazarlarına tədarük üçün qiymət 1 barel üçün 1,5-2 dollaradək ucuzlaşıb.

    “Saudi Aramco” həmçinin fevral ayında Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika ölkələri üçün neft tədarükü qiymətlərini aşağı salıb.

    Mənbə: Bloomberg

  • Azad edilmiş ərazilərdəki seçki məntəqələrində yaradılan şərait açıqlandı

    “Növbədənkənar prezident seçkisi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq yaradılıb”.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

    MSK sədri bildirib ki, həmin məntəqələr lazımi avadanlıqlarla təchiz edilib.

    Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

  • Первый вице-президент Мехрибан Алиева направила венок на церемонию прощания с Айгюн Бейляр

    Первый вице-президент Азербайджана Мехрибан Алиева направила венок на церемонию прощания с заслуженной артисткой Айгюн Гумметовой (Бейляр).

    Венок возложили перед гробом покойной в Доме культуры имени Саттара Бахлулзаде в поселке Амирджан Сураханского района Баку.

    Венок будет возложен к могиле заслуженной артистки.

    Отметим, что А.Бейляр родилась в 1975 году в Баку. Долгое время лечилась от онкологического заболевания. Деятель культуры скончалась 7 января в турецкой Анкаре в больнице, где проходила лечение. В настоящее время проходит церемония прощания с покойной. Айгюн Гумметова будет похоронена на сельском кладбище в поселке Сураханы.

  • Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib

    Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib.

    Əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evinə gətirilib.

    Əklil mərhumun məzarının üzərinə qoyulacaq.

    Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. Hazırda mərhumla vida mərasimi keçirilir. Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.

  • Bakı-Sumqayıt alternativ yolunun keçəcəyi ərazi məlum olub

    2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.

    Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında bildirilib.

    Qeyd edilib ki, Bakı-Sumqayıt şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolu ilə birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılıb.

  • Qəzzada son sutkada 122 nəfər ölüb

    Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək Qəzza zolağında ölənlərin sayı 22 722 nəfərə çatıb.

    “Report” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, daha 58 166 nəfər xəsarət alıb.

    Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 122 nəfər ölüb, 256 şəxs yaralanıb.