Month: January 2024

  • Aygün Bəylərin vəfat xəbərinə nazirlikdən REAKSİYA

    Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

    Bu barədə Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

    “Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub”, – o deyib.

  • Yaponiyada qeyri-adi zəlzələ baş verib

    Yaponiyanın mərkəzi bölgəsində ziddiyyətli xüsusiyyətlərə malik qeyri-adi zəlzələ baş verib.

    Ölkənin Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin maqnitudası 4,4 olub – bu, orta ölçülü afterşoklar üçün tipik göstəricidir.

    Lakin seysmik intensivliyin səviyyəsi Yaponiya şkalası üzrə altı olub ki, bu da adətən altı baldan yuxarı güclü zəlzələyə uyğun gəlir. Eyni zamanda hadisə yerində olan şahidlər orada güclü təkanların hiss olunmadığını vurğulayıblar. İstisna olunmur ki, məlumatların uyğunsuzluğu seysmoloqların avadanlıqlarında hansısa nasazlıqla bağlı ola bilər.

    Qeyd edək ki, bu həftə Yaponiya Meteorologiya Agentliyi bir dəfə səhvən yeni güclü zəlzələ barədə elan edib – elə həmin günün axşam saatlarında ölkənin mərkəzi hissəsini ilk güclü təkanlar silkələdiyi zaman seysmoloqlar maqnitudası yeddidən yuxarı olan afterşok barədə xəbərdarlıq ediblər. Bir neçə dəqiqə sonra Meteorologiya İdarəsi verilmiş məlumatları dəyişdirib və mesajın səhvən verildiyini vurğulayaraq üzr istəyib.

    Xatıreladaq ki, oxşar hadisələr əvvəllər də baş verib – bu çox vaxt seysmik aktivliyə nəzarət sistemlərinin işindəki nasazlıqlarla izah olunub.

    Mənbə: TASS

  • Aygün Bəylər vəfat etdi

    Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib.

    Məlumatı Mədəniyyət Nazirliyi təsdiqləyib.

    Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

  • Cənubi Koreya KXDR-in təhdidlərinə cavab verib

    KXDR Cənubi Koreya əhalisini təhdid etməyə davam edərsə, Koreya Respublikası Silahlı Qüvvələri hərbi əməliyyatlara əl atacaq.

    “Report” Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi KXDR-in yanvarın 6-da artilleriya atəşinə münasibətində bildirib.

    “Şimali Koreyanın artilleriya atəşini davam etdirməsi gərginliyin artmasına səbəb olur və Koreya yarımadasında sülhü təhdid edir. Əgər Şimali Koreya düşmənçilik fəaliyyətinin qadağan olunduğu ərazilərdə əhalimizi artilleriya atəşi ilə hədələməkdə davam edərsə, silahlı qüvvələrimiz də lazımi hərbi tədbirləri görəcək”, – komitənin açıqlamasında deyilir.

    Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60-a yaxın artilleriya mərmisi atıb. Bundan əvvəl, yanvarın 5-də komitə KXDR sahil artilleriyasının Sarı dənizdə yerləşən Yonphyondo və Pennyondo adalarına doğru 200-dən çox mərmi atdığını məlumat vermişdi.

  • Fidan və Blinken Bakı-İrəvan danışıqlarını müzakirə etdi

    Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.

    Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar.

    Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginliyin yaranmasını istəmir.

    Həmçinin, türkiyəli nazir Blinkenə F-16-ların satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.

    Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb.

  • İraq neft məhsullarının idxalını dayandırmağı planlaşdırır

    İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.

    Bu barədə İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Asem Cihad bildirib.

    “2024-cü ildə İraq daha çox yerli istehsala əsaslanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra neft məhsullarının idxalı tamamilə dayanana qədər onların səviyyəsində azalma olacaq”, – deyə nümayəndə bildirib.

    Qeyd edək ki, İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları, o cümlədən təkmilləşdirilmiş benzin idxal edir.

    Xatırladaq ki, İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ötən il aprelin 1-də hökumətinin idxaldan imtina etmək üçün neft emalı zavodlarının istehsal gücünün artırılması istiqamətində işlərə böyük əhəmiyyət verdiyini demişdi.

    Mənbə: gazeta.ru

  • Naxçıvanda televiziya işçisi və iki qızı dəm qazından zəhərləniblər

    Naxçıvanda üç nəfər dəm qazından zəhərlənib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

    Belə ki, şəhər sakinləri – 1977-ci il təvəllüdlü Ruhiyyə Hacı qızı Rəsulova və onun övladları – 2000-ci il təvəllüdlü Jalə Vüqar qızı Mirzəyeva, 2011-ci təvəllüdlü Fidan Vüqar qızı Mirzəyeva evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Qeyd edək ki, Ruhiyyə Rəsulova jurnalist kimi fəaliyyət göstərir və Naxçıvan Televiziyasının əməkdaşıdır.
    Faktla bağlı araşdırma aparılır.

  • Almaniyanın məşhur şəhərində epidemiya elan edildi

    Almaniyanın Münhen şəhərində qripə yoluxma hallarının artması səbəbindən Robert Koç İnstitutu bütün şəhərdə qrip epidemiyası elan edib.

    Münhendə qripə yoluxanların sayı son üç həftə ərzində sürətlə artmağa davam edir. Belə ki, ilk təqvim həftəsində qripə yoluxma hallarının sayı 155 olub.

    Robert Koç İnstitutu yeni epidemiyanın əlamətlərini də açıqlayıb. Məlumata görə, yeni xəstəlik qrip, yüksək hərarət, titrəmə, tərləmə, yorğunluq, baş ağrısı, oynaq ağrıları, öskürək, boğaz ağrısı, iştahsızlıq kimi əlamətlərlə özünü göstərir.

    Xəstələrin üçdə birində yüngül, digərlərində isə ağır simptomlar müşahidə olunur.

    Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri təxminən 16 600 qripə yoluxma faktı aşkarlanıb.

    Mənbə: Haber Global

  • Bakının bir sıra yollarında tıxac yaranıb

    Bakının bir sıra yollarında tıxac yaranıb.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Hazırda:

    1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    4. “20 Yanvar” dairəsində;

    5. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

    6. Tbilisi prospekti, hər iki istiqamətdə;

    7. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;

    8. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

    9 . Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;

    10. Mikayıl Müşfiq küçəsi, 20 saylı məktəb istiqamətində;

    11. Şəmsi Bədəlbəyli küçəsi, “Qış” parkının qarşısından Mərkəzi Bank istiqamətində;

    12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    13. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Şirvanda silah-sursat tapılıb

    Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 28 ədəd patron aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı araşdırmalar aparılır.