Month: January 2024

  • Cəlilabadda hazırda qızılca xəstəliyindən müalicə olunanların sayı AÇIQLANDI

    Cəlilabad rayonunda bu günə qədər 252 nəfər qızılca virusuna yoluxub.

    “Report”un Muğan bürosunun əldə etdiyi məlumata görə, onlardan 182 nəfəri 18 yaşdan kiçik, 70 nəfəri isə 18 yaşdan böyüklərdir.

    Hazırda 55 aktiv xəstə müalicə olunur. Xəstələrdən 51 nəfəri ambulator şəraitdə, dörd nəfəri isə stasionar şəraitdə müalicə alır.

    Ötən gün rayon üzrə dörd yoluxma hadisəsi qeydə alınıb.

  • Vladimir Putin azərbaycanlı həkimi təltif edib – FOTO

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif edib.

    Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun (ETİ) şöbə müdiri Ruslan Bayramov “Təşəkkürnamə” ilə təltif olunub.

    Bu barədə Sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

    Ruslan Bayramov həkim ailəsində dünyaya göz açıb. Onun babası Əmir Bayramov Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo-Kartli diyarının Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Əlli ilə yaxın Moskvadakı N.V.Sklifosovski adına Təcili Tibbi Yardım ETİ-də cərrah kimi çalışıb. Sonralar onu oğlu Şamil Bayramov əvəz edib. O da həmin institutda 30 il xəstələrə xidmət göstərib.

  • Meteohəssas insanların DİQQƏTİNƏ

    Sabah hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Hərbçilərin düşdüyü qəza ilə bağlı cinayət işi açıldı

    “Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminaliatika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir”.

    Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

    “Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, – sorğuya cavabda qeyd olunub.

  • Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək

    Bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak olub.

    Səfərbərlik və Hərbi Çağırışa Xidmətinin İstimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər Şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir.

    Qeyd olunub ki, bu gün həlak olan hərbi qulluqçular – Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.

  • Sürücülərin NƏZƏRİNƏ – Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Hava şəraiti ilə əlaqədar yanvarın 5-də bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilir ki, yanvarın 5-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.

  • Стали известны имена военнослужащих, погибших в результате аварии в Лачынском районе – ОБНОВЛЕНО

    4 января в Лачынском районе, в горной местности со сложным рельефом, в результате аварии военного транспортного средства погибли военнослужащие азербайджанской армии Гасан Умид оглу Исмайылов и Сахават Фарасат оглу Ахундов.

    Об этом в ответ на запрос oхu.az сообщили в Министерстве обороны Азербайджана.

    “Руководство Министерства обороны выражает глубокие соболезнования родным и близким погибших в результате несчастного случая”, – сообщили в ведомстве.

    По данному факту ведется расследование.

    * * * * *

    В селе Минкенд Лачынского района произошло дорожно-транспортное происшествие с участием военного автомобиля “Урал”.

    Как сообщает Oxu.Az, инцидент произошел 4 января около 09:30.

    В результате происшествия двое военнослужащих погибли, девять – пострадали.

    Пострадавшие госпитализированы в Бардинскую центральную районную больницу.

  • Laçındakı qəzada ölən hərbçilərimizin adları bilindi – YENİLƏNİB

    Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində ölən hərbçilərimizin adları açıqlanıb.

    Bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar.

    “Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir”, – qurumdan qeyd olunub.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

    Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.

    Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

    Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.

    Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.

  • В Азербайджане от кори скончалась студентка

    Жительница Джалилабадского района умерла от кори.

    Как сообщает Report, сегодня в Центральной районной больнице скончалась жительница села Сабирабад Севиль Ибаева.

    Согласно информации, с 26 декабря она лечилась от кори в инфекционном отделении медучреждения.

    Отметим, что С.Ибаева училась на последнем курсе Азербайджанского государственного педагогического университета.

  • Azərbaycanda tələbə qızılcadan öldü

    Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

    “Report”un Muğan bürosunun məlumatına görə, rayonun Sabirabad kənd sakini, Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

    Məlumata görə, o, dekabrın 26-dan xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

    Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.