Month: January 2024

  • Qazaxıstanda Rusiya telekanallarının yayımının dayandırılma səbəbi açıqlanıb

    Qazaxıstanda Rusiya telekanallarının yayımının dayandırılma səbəbi açıqlanıb.

    Bu barədə “Birinci kanal ümumdünya şəbəkəsi” Səhmdar Cəmiyyətinin rəsmi nümayəndəsi İrina Kalaşnikova danışıb.

    Onun sözlərinə görə, tərəflər 2024-cü ildə yayım müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılıq əldə edə bilməyiblər. İrina Kalaşnikova bildirib ki, Rusiya telekanalları borclarını ödəməyənədək yayımlanmayacaq: “Biz bu barədə ilboyu xəbərdarlıq etmişik”.

    Qeyd edək ki, Qazaxıstanda Rusiyaya məxsus “SNQ Birinci kanal”, “Poyexali”, “Zaman: Uzaq və yaxın”, “Kino evi”, “Telekafe”, Premium kino evi“, “Birincinin musiqisi”, “Qələbə”, “Karusel“, “Bober” və “O” adlı telekanalların yayımı dayandırılıb.//report

  • В Баку из квартиры украдено 14 000 манатов и драгоценности

    В Хатаинском районе Баку из квартиры украдено 14 000 манатов наличными и золотые украшения на сумму 6 000 манатов.

    Об этом сообщили в пресс-службе МВД.

    Подозреваемый в совершении кражи житель Агстафинского района Шаадат Гасанов был задержан сотрудниками 36-го отделения Хатаинского районного управления полиции.

    По данному факту ведется расследование.

  • Bakıda mənzildən 14 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

    Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 14 000 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xocavənddə avtomat və qumbaralar tapıldı

    Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən 7 avtomat, 2 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

  • FHN-dən gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 6-sı gündüzədək ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, bir sıra rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi və qar yağacağı proqnozlaşdırılır.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

    “Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər.

    Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir”, – müraciətdə bildirilib.

  • Sənədsiz evlərlə bağlı Azərbaycan əhalisinə yeni xəbər – VİDEO

    Rəsmi məlumatlara görə, Bakı və ətraf ərazilərdə 500 mindən çox sənədsiz ev var. Bir müddət əvvəl səndəsiz evlərə çıxarışların verilməsi üçün işlərə başlansa da, problem hələ də tam həll olunmayıb.

    Qonşu ölkə Gürcüstanda artıq sənədsiz fərdi yaşayış evləri ilə bağlı tikinti amnistiyası qüvvəyə minib. Qərar fiziki şəxsə məxsus torpaq sahəsində yerləşən, qanunsuz fərdi tikililərə şamil ediləcək. Tikinti amnistiyası bir milyondan çox insanı əhatə edəcək. Bəs, bu təcrübəni Azərbaycanda da tətbiq etmək mümkündürmü?

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, səndəsiz evlərin olduğu əksər ərazilərdə lazımi infrastruktur qurulduğu üçün sözügedən təcrübədən yararlanmaq olar. Çünki bu həm vətəndaşa, həm də dövlətə sərf edir.

    Ekspert bildirib ki, ötən il 50 minə yaxın sənədsiz qeyri-yaşayış obyektinə çıxarışların verilməsinə başlanıb. Onun sözlərinə görə, fərdi yaşayış evləri də bu prosesdən kənarda qalmamalıdır. Çünki sənədsiz evlərə çıxarış verilmədiyinə görə vətəndaşlar qeydiyyatsız yaşamaq məcburiyyətində qalırlar. Bu da onlara müəyyən problemlər yaradır.

    Ekspert əlavə edib ki, tikinti amnistiyası sayəsində qanunsuz tikililərlə bağlı çətinlikləri də aradan qaldırmaq olar.

  • Şahdağda bir günlük istirahət neçəyə başa gəlir? – “Əl yandıran” QİYMƏTLƏR (FOTO)

    Azərbaycanda turistlərin üz tutduğu qış istirahət əyləncə mərkəzlərindən biri də Şahdağ istirahət və əyləncə kompleksidir. Burada müxtəlif növ xizək və snowboard xidmətləri təklif olunur.


    Bəs, kimlər qış turizminin dadını çıxarmaq üçün bu mərkəzə gedir və qiymətlər neçəyədir? Valyuta.az bu dəfə turizm kompleksində idman və əyləncə növləri, restoran və hotel qiymətlərini təqdim edir.

    Belə ki, “Şahdağ” Turizm Mərkəzinə gedənlər ilk növbədə qarda xizək sürməyi seçirlər.

    Xizək turu üçün avadanlıqların icarə qiymətləri:

    SPORT SYSTEM (ZIRVE HOTEL)



    SPORT SYSTEM (SHAHDAG HOTEL & SPA)




    Mərkəzdə 24 restoran, kafe fəaliyyət göstərir. Restoranların birində ən ucuz yeməklər supdur ki, qiyməti 6 manatdır.

    Qazsız su 5, ayran 3, spirtli içkilərin qiyməti 4-200 manat arasında dəyişir.

    Bir gecəlik hotel qiymətlərinin ən ucuzu 175 manatdır. Otaqlar genişliyinə, mənzərəsinə görə, fərqli qiymətlərə təklif olunur.

    MÖVSÜM ÜÇÜN XİZƏK BİLETLƏRİNİN QİYMƏTLƏRİ


    PARAPLANDA UÇUŞLAR

    Qiymət:

    1760 m-dan eniş (14+ yaş) – 150AZN (havada qalma müddəti: 20 dəq.)
    2050 m-dən eniş (14+ yaş) – 200AZN (havada qalma müddəti: 30 dəq.)
    2351 m-dan eniş (14+ yaş) – 250AZN (havada qalma müddəti: 40 dəq.)

    ZİP-LİNE / KANATLA SÜRÜŞMƏ



    Qiymət:

    2 eniş –  25 AZN

    1 eniş – 15 AZN

    QAR ÜZƏRİNDƏ PEYNTBOL

    Qiymət: 

    200 top (14+) – 30AZN

    100 top (14+) – 20AZN

    Peyntbol hədəfi vurma 50 top – 12AZN

    UŞAQLAR ÜÇÜN KVADROSİKLLAR



    Qiymət:
    10 dəqiqə – 15 AZN

    //banker.az

  • Azərbaycanda ötən il elmlər doktoru dərəcəsi alanların sayı AÇIQLANDI – FOTO

    2023-cü ildə Azərbaycanda 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.

    Bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

    Elmi dərəcələrin 5-i riyaziyyat, 5-i fizika, 7-si texnika elmləri, 7-si iqtisad elmləri, 9-u tarix üzrə, 11-i tibb elmləri, 32-si filologiya elmləri və başqa sahələr üzrə verilib.

  • Azərbaycanda bu məhsullar kəskin ucuzlaşa bilər -VİDEO

    Balıq bazarında ciddi ucuzlaşma gözlənilir.

    Balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar.

    Balıq satışı ilə məşğul olanlar deyirlər ki, bazara xarici məhsulların kütləvi şəkildə daxil olması qiymətləri 50 faizə qədər endirə bilər.

    Sahibkarlar bildiriblər ki, bu hal bir neçə il öncə də baş verib. Nəticədə isə burada maya dəyəri 10 manat olan balıq 4 manata təklif edilib. Bu isə bazarda canlanmaya səbəb olub.

    İlkin Novruzov qeyd edib ki, xaricdən gətirilən balıq məhsullarının ucuz olmasına səbəb orada istehsal müəssisələrinin çox, saxlanc yerlərinin də Azərbaycandakılardan dəfələrlə böyük olmasıdır.

    Hazırda isə bazarda balıqların qiymətləri 6-18 manat arasında dəyişir.

    Qeyd edək ki, Həştərxandan təkcə dondurulmuş balıq yox, həm də konservləşdirilmiş məhsullar idxal olunur.

  • Koronavirusun yeni simptomları aşkarlandı

    Böyük Britaniyada alimlər koronavirus infeksiyasının JN variantının iki yeni simptomunu aşkar ediblər.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.

    Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, ABŞ, İslandiya, Fransa, Portuqaliya və İspaniyada, İngiltərədə olduğu kimi, JN.1 variantına yoluxma hallarında artım müşahidə olunub.

    Milli Statistika İdarəsi bildirib ki, əvvəllər yoluxmuş şəxslərdən məlum olan simptomlara bu tip xəstəlik üçün atipik daha iki əlamət əlavə edilib. Belə ki, şöbədən verilən məlumata görə, xəstələrdə burun axması, halsızlıq, öskürək və baş ağrıları ilə yanaşı, yuxusuzluq və narahatlıq da müşahidə olunur.