Yeni ildən sosial-iqtisadi həyatımıza ciddi təsir göstərəcək qanunlar qüvvəyə minir.
Ekspertlərə görə 2024-cü ildən aztəminatlı ailələrin gəlirlərinin artırılması da gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Rusiya prezidenti Vladimir Putin orduda hərbi xidmət keçmək üçün müraciət edən əcnəbilərə və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.
Fərmanda Şimal Hərbi Dairəsinin tərkibində hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbi vətəndaşlar Rusiya vətəndaşlığı üçün müraciət edə bilələcəyi qeyd olunub.//report
Azərbaycanda bahalaşma qızıl bazarına da sirayət edib. Ekspertlər bahalaşmanı dünya bazarındakı qiymətlərlə əlaqələndirirlər.
Bu mövzuda “Yeni Sabah”a danışan iqtisadçı Elşən Bağırzadə bildirir ki, ümumən dünya qızıl bazarında qiymət artımı ABŞ Federal Ehtiyatlar Sistemi (FED), başqa sözlə, ABŞ Mərkəzi Bankının 2024-cü ildə ehtimal olunan faiz endirimi ilə bağlıdır:
“Gözləntilərdə qeyri-müəyyənlik var. FED faiz yüksəlişində zirvəyə çatdığını elan etsə də, 2024-cü ildə endirimə gedəcəyini açıq şəkildə bəyan etməmişdir. Səhm bazarlarında dəyişikliklər investorları daha güvənli investisiya alətlərinə yönəlməyə sövq edir. Daha güvənli investisiya alətlərindən biri də qızıldır. Buna görə də, qızılın qiymətinin artması müşahidə edilir. Qeyri-müəyyənliklər aradan qalxana qədər qızılın qiymətində müəyyən artımların davam etməsi mümkündür”.
İqtisadçı Natiq Cəfərli isə qeyd edir ki, bir neçə ay əvvəl 1 unsiya qızılın qiyməti 1900 dollar təşkil edirdisə, indi bu rəqəm 2050-2070 dollar arasıdır:
“Azərbaycanda zərgərlik məmulatları əsasən xaricdən gətirilir. Bu, ölkədəki qızıl bazarına təsir göstərir. Buna dövlətin müdaxiləsi yoxdur. Qızıl satanların ən vacib öhdəliyi vergilərini vaxtında ödəməsidir. Ona görə də bu sahədə süni qiymət artımı mümkün deyil. Qiymətlər sövdələşmə yolu ilə müəyyənləşir.
Qızıl sektorunda süni qiymət artımından yox, rəqabətin az olmasından söhbət gedə bilər ki, o da istənilən səviyyədə deyil”.
Dünya qızıl bazarında hər hansı artım müşahidə olunarsa, ölkəmizdə də yenidən qızıl bahalaşa bilər”.

Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.
1962-ci il təvəllüdlü Seymur Dadaş oğlu Adıgözəlov öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Yaponiyanın qərbindəki İşikava prefekturasında baş verən güclü zəlzələdən sonra Hokuriku atom elektrik stansiyasında suyun səviyyəsi normadan yuxarı qalxıb.
Məlumata görə, stansiyanı xarici enerji ilə təmin edən transformatorun borularının zədələnməsi səbəbindən neft sızması qeydə alınıb.
Zərərlərin aradan qaldırılması istiqamətində işlər davam edir.
Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib.
Ümumilikdə, iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində 82 nəfər ölüb, 339 nəfər xəsarət alıb. 80 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Mənbə: Anadolu
“Dünən gecə qonşumun uşağı eyvandan yıxıldı. Səsə qaçdıq ki, uşaq qalıb yerdə, ana şok vəziyyətində özünü çırpır”.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, paylaşımda qeyd edilib ki, hadisə zamanı ilk iş kimi təcili yardıma zəng edilsə də, təcili tibbi yardım briqadası hadisə yerinə gəlməyib:
“İlk iş kimi təcili tibbi yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi! Düz 1,5 saat uşaq betonun üstündə, qanının içində qaldı. Yeddi dəfə zəng etdim, dedilər ki, gələcək, gəlmədi. Qolu və ayağı sınan uşağı həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən üç saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, “gələk, ehtiyac var?” Dedim “gəl, yata bilmirəm, gəl çay içək”.
Hadisənin şoku bir yana, təcili tibbi yardımın gəlməməsinin, o an hiss etdiyim əlacsızlığın şokundan çıxa bilmirəm. Düz bir sutkadır başım ağrıyır. Necə yəni, gəlmədi? Dedim axı, uşaq 2-ci mərtəbədən yıxılıb, ayaqları sınıb, qan axır, özündə deyil. Təcili yardım belə bir çağırışa necə gəlməyə bilər?”.
Məsələ ilə bağlı TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır:
“Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.
Məlumatda o da qeyd edilib ki, Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb:
“Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunublar. Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq. Əlavə olaraq bildiririk ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”.

“Facebook”da tətbiq olunan yeniliklə istifadəçilər mobil tətbiq üzərindən öncəki günlərdə hansı linklərə daxil olduqlarını görə bilirlər.
“Facebook” sosial şəbəkəsi üzərindən müxtəlif linklərə keçid edən istifadəçilər 30 gün ərzində bu linklərin tarixçələrini əldə edə bilirlər. Bununla da onlar bir neçə gün öncə hansı linklərə daxil olduqlarını izləyə və yenidən həmin linklərə keçid edə bilirlər.
“Facebook”un sahibi olan “Meta” şirkəti bu məlumatların toplanmasının səbəbini izah edərək bildirib ki, bəzən istifadəçilər müəyyən zəruri məlumatları hansı linkdən əldə etdiklərini unudurlar. Belə olan halda bu yenilik, yəni link tarixçəsinin olması istifadəçilərin rahatlığını təmin edəcək.
Qeyd edək ki, artıq mobil tətbiq üzərindən bu yenilikdən yararlamnmaq mümkündür.//APA

Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, ailə üzvləri – 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.
İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.

В селе Енгиян Загатальского района волк напал на частное фермерское хозяйство.
Как сообщает АПА, инцидент произошел в ночь с 3 на 4 января на ферме, принадлежащей местной жительнице Ираде Гурбановой.
В результате нападения хищника погибли пять голов мелкого рогатого скота, еще несколько – ранены.
О произошедшем проинформированы соответствующие учреждения.




Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib.
APA xəbər verir ki, yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində, kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib.
Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan beşini parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib.
Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.


