Month: January 2024

  • Ötən gün vətəndaşlardan götürülən silahın sayı açıqlanıb

    Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.

    “Report”un DİN-ə istinadən verdiyi xəbərə əsasən, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.

    Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilib.

    Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.

  • Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb

    18 ölkənin, o cümlədən Azərbaycanın İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat yayıb.

    O qeyd edib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən 56 nəfər Türkiyənin 11 bölgəsində keçirilən “QƏFƏS-28” əməliyyatı çərçivəsində saxlanılıb.

    Onların çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verildiyi bildirilib.

  • Qalmaqallı serial 9 MİLYON CƏRİMƏLƏNDİ

    Türkiyədə yayımlanan “Kızıl goncalar” serialı 9 milyon lirə (təxminən 518 min 400 AZN) məbləğində cərimələnib.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Radio və Televiziya İdarəsi qərar qəbul edib. Cəriməyə səbəb, ekran işində cəmiyyətin milli mənəvi dəyərlərinə zidd kadrların və səhnələrin yer alması göstərilib.

    Bundan başqa “Kızıl goncalar”ın yanvarın 8-də yayımlanacaq 3-cü bölümü və növbəti həftədəki bölümünün yerinə sənədli film nümayiş olunacaq.

    Məlumat üçün bildirək ki, baş rollarında aktrisa Özgü Namalla müğənni Özcan Denizin rol aldığı serial Türkiyədə böyük qalmaqala səbəb olub. Buna səbəb ekran işində “Fani” adlı dini təriqətin əsl üzünün ictimaiyyətə göstərilməsidir.
    İlk olaraq dindarlar filmin aktyor və çəkiliş heyətinə etiraz ediblər. Daha sonra Türkiyə Radio və Televiziya İdarəsi serialda yayımlanan bu görüntülərin araşdırılacağını bildirib.

  • Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 65-ə çatıb – YENİLƏNİB

    Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 65-ə çatıb.

    Median.Az report-a istinadən xəbər verir ki, məlumatı Yaponiyanın regional hakimiyyəti yayıb.

    Bidirilib ki, 100-dən çox insan yaralanıb, 200-dən artıq yaşayış binası dağılıb.

    * * * * *

    Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ümumi sayı 62 nəfərə çatıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə bölgə rəhbərliyi bildirib.

    Məlumata görə, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.

    Zəlzələlərin fəsadları ilə əlaqədar ölkənin İsikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.

  • Bakıda bayram günü yeniyetmələr üç avtomobilə zərər vurub birini qaçırdılar

    Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

    Araşdırmalarla onların təmiri sexində olan “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Neftçalada gənc oğlan özünü asdı

    Neftçalada 28 yaşlı oğlan intihar edib

    Lent.az xəbər verir ki, hadisə Neftçala şəhərində qeydə alınıb.

    28 yaşlı N.B. yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayıblar.
    Faktla bağlı araşdırma aparılır.

  • В Ширване два человека отравились угарным газом

    В Ширване зафиксирован случай отравления.

    Как сообщает АПА, местные жители Илькин Алекберов (1982 г.р.) и Джамиля Демирова (1989 г.р.) были госпитализированы в Центральную районную больницу с диагнозом отравление угарным газом.
    Отмечается, что оба пациента подключены к аппарату искусственной вентиляции легких.

  • Şirvanda iki nəfər dəm qazından zəhərlənib

    Şirvanda iki nəfər dəm qazından zəhərlənib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakinləri, 1982-ci il təvəllüdlü İlkin Ələsgər oğlu Ələkbərov və 1989-cu il təvəllüdlü Cəmilə Zakir qızı Dəmirova dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdiriliblər.
    Onlar süni tənəffüs aparatına qoşulublar.

  • В порту Чанаггала приостановлено движение судов

    Сегодня с утра движение судов в порту Чанаггала приостановлено.

    Об этом сообщили в турецкой прессе.

    Отмечается, что сильный туман в данном районе привел к ухудшению видимости на море.
    Как только туман исчезнет, движение судов возобновится.

    Источник: TRT Haber

  • Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb

    Bu gün səhər saatlarından etibarən Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb.

    Bu barədə Türkiyə mətbuatı xəbər verib.

    Bildirilib ki, ərazidəki qatı duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.
    Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkəti bərpa olunacaq.

    Mənbə: TRT Haber