Month: January 2024

  • В Азербайджане пытались обручить еще одну школьницу?

    В Масаллинском районе зафиксирована попытка обручения девятиклассницы.

    Соответствующая информация появилась в соцсетях. Отмечается, что семьи девочки и юноши готовились к помолвке.

    В ответ на запрос oxu.az в лянкяранской региональной группе пресс-службы Министерства внутренних дел было сказано, что по данному вопросу было немедленно проведено соответствующее расследование.

    “Родители девочки были приглашены в Масаллинский РОП. Сотрудники полиции и член Комиссии по делам несовершеннолетних и защите их прав при Исполнительной власти района провели с ними разъяснительные беседы, им были разъяснены требования законодательства.

    Родители школьницы заявили, что никаких церемоний в связи с помолвкой не проводилось. По их словам, между семьями достигнута договоренность, что вступление в брак может состояться в будущем. Также в ходе проверки было установлено, что несовершеннолетняя своевременно посещает занятия”, – сообщили в структуре.

    В МВД отметили, что вышеуказанный вопрос, в том числе продолжение школьницей учебы, будет регулярно контролироваться.

    Напомним, что несколько дней назад была распространена информация о помолвке 12-летней девочки с 32-летним мужчиной в селе Мямишли Сабирабадского района.

  • Daha bir məktəbli qızı nişanlamaq istədilər

    Masallı rayonunda IX sinifdə oxuyan qızı nişanlamaq istəyiblər.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    Belə ki, qızın və oğlanın ailəsi nişan mərasimi keçirməyə hazırlaşıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq araşdırma aparılıb:

    “Həmin ailə müəyyən edilib və qızın valideynləri Masallı Rayon Polis Şöbəsinə dəvət edilib. Polis əməkdaşları və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı tərəfindən qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri ona izah edilib.

    Qızın valideynləri sözügedən məsələ ilə bağlı hər hansı mərasimin keçirilmədiyini, sadəcə gələcəkdə evliliyin baş tuta biləcəyi ilə bağlı qonşuluqda yaşayan ailə ilə aralarında razılıq olduğunu bildirib. Həmçinin, araşdırma zamanı azyaşlının dərsə davamiyyətinin də qaydasında olduğu müəyyən edilib”.

    DİN-dən qeyd edilib ki, sözügedən məsələ, o cümlədən yeniyetmənin təhsilinə davam etməsi mütəmadi şəkildə diqqətdə saxlanılacaq.

    Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə də məlumatlar yayılmışdı.

  • “Əqrəb mövsümü 2″də gözlənilməz ayrılıq – VİDEO

    Xəbər verdiyimiz kimi, ilk mövsümü ilə marağa səbəb olan məşhur “Əqrəb mövsümü” serialının ikinci hissəsinin ilk tizeri təqdim olunub.

    “Əqrəb mövsümü: İki dünya bir olsa da” adlı ekran işində ayrılıq yaşanıb.

    Belə ki, “Əqrəb mövsümü”ndə baş rollardan birini canlandıran Hikmət Rəhimovun layihədə yer almayıb.
    //axşam.az

  • Alimlərdən xəbərdarlıq: 9,1 ballıq zəlzələ gəlir

    Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələ ölkədə gözlənilən 9,1 bal gücündə zəlzələnin yaxınlaşması kimi şərh edilib.

    Median.Az Publika.az-a istinadla xəbər verir ki, yeni ilin ilk günündə baş verən 7,6 bal gücündə zəlzələ bir-birinin ardınca çoxlu güclü zəlzələlərlə müşayiət olunub. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı edilib. İndiyədək əldə edilən məlumata görə, zəlzələdə onlarla insan həyatını itirib.

    Bununla belə, ölü sayının artacağı ilə bağlı narahatlıqlar var. Zəlzələdən sonra verilən sunami xəbərdarlığı hələ də qaldırılmayıb, təhlükə davam edir.
    Alimlər iddia ediblər ki, bu zəlzələ daha güclü – 9,1 ballıq zəlzələnin xəbərçisidir. Onların fikrincə zəlzələdən sonra 20 metr hündürlükdə sunami dalğaları da olacaq.

  • Nağd 100 manat xərcləyən müştəri 2024-cü ildə nə qədər ƏDV geri ala biləcək?

    İqtisadçı ekspert Eldəniz Əmirov yazır…

    100 manat nağd pul xərcləyən müştəri “ƏDV Geri al” mexanizmi ilə əldə edilən gəliri vergidən azad edildiyi üçün nə qədər qazanır?

    Konkret misal üzrə baxaq:

    Müştəri marketdə ƏDV-yə cəlb edilmiş məhsullar üçün cibindən 100 manatı çıxarıb nağd pul xərcləyir.

    Bu pulun 15 manat 25 qəpiyi ƏDV-dir.

    15 man.25 qəpiyin 5%-i “Ədv geri al” mexanizmi ilə müştəriyə geri qayıtdığı üçün müştəriyə 76 qəpik pul geri qayıdır.

    Geri qayıtmış 76 qəpik müştərinin gəliri olduğu üçün ondan təxminən 10 qəpik vergi tutulur. Yeni vergi güzəşti ilə artıq bu növ vergi tutulmayacaq.

    Deməli, “ƏDV geri al” mexanizminə dair yeni güzəşt 100 manat nəğd xərcləyənə 10 qəpik (nəğdsiz 36 qəp.) qazandırır. Bu qədər sadə izah.
    //valyuta.az

  • “Real” Mbappenin transferi üçün yeni plan qurdu

    “Real Madrid” rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappenin Los Blankos düşərgəsinə transferini həyata keçirmək üçün yeni plan hazırlayıb.

    Median.Az xarici KİV-ə istinadla bildirir ki, hazırlanmış strategiyanın təfərrüatları açıqlanmasa da, Madrid komandasının tezliklə planın bəndlərini həyata keçirməyə başlayacağı qeyd olunur.

    Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 22 matçda iştirak edib, burada 21 qol vurub və 2 məhsuldar ötürmə verib. Oktyabrın sonunda Mbappe “Qızıl top” üçün səsvermədə müvafiq olaraq ingilis “Mançester Siti”dən Erlinq Haalada və “İnter Mayami”dən Lionel Messiyə uduzaraq üçüncü olub.

    Sevgidə uğursuzluqların GÖZLƏNİLMƏZ

  • Qəza törədən sürücü meşədə donub öldü

    Yanvarın 1-də axşam saatlarında Leninqrad vilayətinin Vıborq rayonunda faciəli hadisə baş verib.

    Median.Az Rusiya KİV-ə istinadla bildirir ki, Skandinaviya magistralında sərxoş vəziyyətdə olan miqrant avtomobilini hasara vurub. O, kömək axtarmaq və ya hadisə yerində qalmaq əvəzinə meşəyə qaçıb, burada hipotermiyadan (donaraq) ölüb.

    Axtarışlardan bir neçə saat sonra o, cansız vəziyyətdə tapılıb. Həkimlər müəyyən ediblər ki, ölümün səbəbi hipotermiya olub və onun sərxoşluğu da səbəblər sırasındadır.
    //lent.az

  • Əməkdar artist verilişə velosipedlə gəldi – FOTO

    Müğənni Manana Çaparidze “Xəzər” televiziyasının verilişlərindən birinə velosipedlə gəlib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, onun sosial şəbəkələrdə velosipedlə çəkilmiş şəkillərinə yüzlərlə şərh gəlib.

    İzləyicilər Manananın bu hərəkətini bəyəndiklərini, sadəliyin ona baş ucalığı gətirdiyini yazıblar.

    Bəziləri isə Manananı digər müğənnilərlə müqayisə edərək bildiriblər: “Başqaları bahalı maşından lovğalanaraq düşürlər, yanlarında ən az 2 mühafizəçi olur”.

  • Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

    Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləri nəticəsində yanvarın 1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kamil Məmmədov və Qismət Nəcəfli müəyyən olunaraq saxlanılıblar.

    Araşdırma aparılır.

  • Günəşdə ən yüksək dərəcəli partlayış baş verib

    Yanvarın 1-də Günəşdə güclü partlayış baş verib.

    APA-nın məlumatına görə, bu barədə Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

    Alimlər partlayışın 32 dəqiqə davam etdiyini bildiirb.

    “Alov Yerə doğru istiqamətlənmiş komponentlə tac kütləsinin atılması şəkilində müşayiət olunub”, – məlumatda deyilir.