Month: January 2024

  • Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib

    Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən verilən məlumata görə, bayram günlərində muxtar respublikada səkkiz zəhərlənmə halı qeydə alınıb.

    Onlardan dördü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.

    Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən ikisinə stasionar, altısına isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.

    Hazırda hamısının vəziyyəti normaldır.

  • Суд вынес решение в отношении подозреваемого в краже 11 дезодорантов

    В супермаркете, расположенном по адресу: Сабаильский район, улица Самеда Вургуна, 3, совершена кража.

    Как сообщает Qafqazinfo, в результате проведенных мероприятий был задержан подозреваемый в совершении преступного деяния житель города Баку Джавид (имя условное – ред., 1990 г.р.).

    Он вошел в магазин и украл 11 дезодорантов, спрятав их под одеждой.

    Обвиняемый выразил в суде искреннее сожаление о содеянном и добавил, что возместит причиненный ущерб в установленный срок. Он попросил избрать в отношении его более мягкое наказание.

    Приговором суда молодой мужчина был признан виновным по статье 227 Кодекса об административных проступках Азербайджанской Республики, ему назначено административное наказание в виде 180 часов общественных работ.

  • 11 ədəd dezodorant oğurlayan şəxsə hökm oxundu

    Səbail rayonu, Səməd Vurğun küçəsi, 3 ünvanında yerləşən supermarketdən 11 ədəd dezodorant oğurlanıb.

    “Qaynarinfo”nun məlumatına görə, hadisəni törədən 1990-cı ildə Bakı şəhərində anadan olmuş Cavid (şərti) adlı şəxs tutulub.

    O, müştəri qismində marketə daxil olaraq, 11 ədəd dezodorantı geyiminin altında gizlədərək oğurluq edib. Təqsirləndirilən şəxs məhkəmədə etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı müəyyən müddətə ödəyəcəyini bildirib və barəsində yüngül cəza seçilməsini xahiş edib.

    Məhkəmənin hökmü ilə Cavid İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati tənbeh olaraq 180 saat ictimai işlərə cəlb olunma təyin olunub.

  • Почему с водителей взимается лишняя сумма на платной дороге?

    Водители, пользующиеся введенным в эксплуатацию некоторое время назад платным участком дороги Баку – Губа, недовольны.

    Соответствующие заявления были распространены в соцсетях.

    Водители заявили, что независимо от пройденного расстояния, с них взимается дополнительная плата.

    “В действительности, номер автомобиля должен быть отмечен во время въезда, и мы на выходе должны заплатить необходимую сумму. Однако на новой дороге это не учитывается, стандартная сумма взимается изначально. Если вы передумаете и завершите поездку раньше намеченного, никто не вернет остаток денег”, – пожаловался один из них.

    В связи с данным вопросом мы решили связаться с Государственным агентством автомобильных дорог Азербайджана.

    Руководитель пресс-службы учреждения Анар Наджафли в ответ на запрос oxu.az отметил, что оплата пока осуществляется лишь в указанном порядке.

    “Когда дорога была введена в эксплуатацию, было сообщено, что оплата временно будет производиться именно в таком порядке. В ближайшее время в оборот будут выпущены карты со специальными чипами и будет создано мобильное приложение.

    Система будет распознавать автомобили, и сумма будет вычтена из баланса в соответствии с пройденным расстоянием. То есть все будет автоматизировано. Не будет необходимости останавливаться и совершать оплату”, – подытожил он.

  • Niyə ödənişli yolda sürücülərdən artıq pul alınır?

    Bir müddət əvvəl istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücülər narazıdırlar.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Sürücülər bildiriblər ki, getdikləri yolun məsafəsindən asılı olmayaraq, onlardan artıq ödəniş tələb edilir:

    “Əslində giriş zamanı avtomobilin nömrəsi qeyd edilməli, çıxışda yazılan məbləği ödəməliyik. Yeni yolda isə bu nəzərə alınmayıb, standart məbləğ əvvəldən alınır. Əgər fikrinizi dəyişib, gedəcəyiniz yolu bitirsəniz, qalıq pulu verən olmayacaq”.

    Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

    Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hələlik ödəniş bu qaydadadır:

    “Yol istifadəyə verilən zaman müvəqqəti olaraq ödənişin bu qaydada olacağı barədə məlumat verilib. Yaxın müddət ərzində artıq xüsusi çipli kartlar dövriyyəyə buraxılacaq və mobil tətbiq yaradılacaq. Xüsusi çipli kartlar vasitəsilə artıq məntəqələrdə dayanmağa ehtiyac olmayacaq. Nəticədə sistem həmin avtomobili tanıyacaq və çıxışda qət etdiyi məsafəyə uyğun olaraq balansdan məbləğ çıxılacaq. Yəni hər şey avtomatik rejimdə olacaq. Dayanmağa, ödəniş etməyə ehtiyac yaranmayacaq”.

  • DYP təmizlik işçilərinə işıqqaytaran jiletlər verib

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) təmizlik işçilərinə işıqqaytaran jiletlər verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.

    “Yollarımızın, küçələrimizin, yaşadığımız şəhərlərin təmizliyini təmizlik işçilərinə borcluyuq. Bayram günlərində BDYPİ yollarda çalışanlara təhlükəsizlik məqsədilə işıqqaytarıcı elementləri olan jiletlər və müxtəlif hədiyyələr təqdim edib. Yollarda çalışan istənilən şəxs BDYPİ-yə müraciət etməklə bu jiletlərdən əldə edə bilər. Günün qaranlıq vaxtı bu jiletlərin istifadəsi təhlükəsizlik baxımından mütləqdir”, – deyə o qeyd edib.

  • В Нахчыване задержан водитель, находившийся под воздействием наркотиков

    В ходе проведенных нахчыванской полицией мероприятий был задержан водитель, управлявший транспортным средством под воздействием наркотиков.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел Нахчыванской Автономной Республики.

    Было отмечено, что сотрудники полиции потребовали у водителя автомобиля Ravon Гасана Мамедова, который двигался по территории Кенгерлинского района, остановиться за нарушение правил дорожного движения. После задержания было проведено соответствующее медицинское освидетельствование, так как возникли подозрения на прием водителем наркотических средств. Результаты осмотра подтвердили, что молодой мужчина находился под воздействием наркотиков.

    В отношении данного лица в соответствии с законодательством составлен протокол, который был направлен в Нахчыванский городской суд для дачи правовой оценки.

  • Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs saxlanılıb

    Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən Kəngərli rayonu ərazisində hərəkətdə olan “Ravon” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü Həsən Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və müayinənin nəticəsinə əsasən, narkotik vasitə istifadə etdiyi məlum olub.

    Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

  • Кто возглавит миссию наблюдателей от СНГ на президентских выборах в Азербайджане?

    Миссию наблюдателей от СНГ на внеочередных выборах президента Азербайджанской Республики 7 февраля возглавит генеральный секретарь СНГ Сергей Лебедев.

    Как передает АПА, информацию об этом распространил Исполнительный комитет СНГ.

    Сообщается, что его кандидатура согласована решением Совета постоянных полномочных представителей государств-участников Содружества при уставных и других органах Содружества.

    Отмечено, что миссия наблюдателей от СНГ будет осуществлять мониторинг электоральной кампании по приглашению правительства Азербайджанской Республики.

    “Исполнительный комитет СНГ разослал приглашения в страны Содружества с просьбой направить кандидатуры своих представителей в состав миссии. Как и в период предыдущих кампаний, работа миссии будет строиться на принципах политической нейтральности, невмешательства в избирательный процесс и во внутренние дела государства строго в соответствии с национальным законодательством”, – говорится в сообщении.

  • Azərbaycanda növbədənkənar prezident seçkisində MDB missiyasına kimin rəhbərlik edəcəyi məlum olub

    Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində MDB-dən olan müşahidəçilər missiyasına Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedyev rəhbərlik edəcək.

    APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Lebedyevin namizədliyi MDB-yə üzv dövlətlərin birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə razılaşdırılıb.

    Qeyd olunub ki, MDB müşahidəçilər missiyası Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə seçki kampaniyasını izləyəcək.

    “MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə missiyasının tərkibinə namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib. Əvvəlki kampaniyalarda olduğu kimi, missiyanın işi siyasi neytrallıq, seçki prosesinə və dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, ciddi şəkildə milli qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək”, – deyə məlumatda bildirilib.