Month: January 2024

  • Şirvanda qəza zamanı piyada ölüb

    Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

    Piyada xəstəxanaya çatdırılan zaman keçinib.
    Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

    Ölən şəxsin kimliyi və hadisə yerindən yayınan avtomobilin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

  • Зеленский: У Киева есть план “Б”

    У Киева есть план “Б”.

    Об этом в интервью Economist заявил президент Украины Владимир Зеленский.

    “Он заключается в получении лицензии на производство всех необходимых видов оружия. Украина может прибегнуть к нему в случае снижения объемов военной помощи Запада”, – добавил украинский лидер.

    Зеленский также отметил, что Запад утратил чувство срочности, а многие украинцы – чувство экзистенциальной угрозы.
    “Главная цель Вооруженных сил Украины в 2024 году – изоляция Крыма”, – сказал президент страны.

    Он добавил, что разведывательные службы нескольких европейских стран начали изучать возможность нападения на их территорию со стороны России.

  • Volodimir Zelenski: “Kiyevin “B planı” var”

    “Kiyevin “B planı” var. Bu plan bütün lazımi silah növlərinin istehsalı üçün lisenziyanın alınmasından ibarətdir”.

    Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

    Ukrayna lideri vurğulayıb ki, əgər Qərbin hərbi yardımının həcmi azalarsa, Ukrayna buna əl ata bilər.

    “Qərb reaksiyasını, bir çox ukraynalılar isə ekzistensial təhlükə hissini itiriblər”, – V.Zelenski bildirib.
    O əlavə edib ki, bir neçə Avropa ölkəsinin kəşfiyyat xidmətləri Rusiya tərəfindən onların ərazisinə hücum ehtimalını öyrənməyə başlayıb.

    Mənbə: The Economist

  • Azərbaycanda 40 yaşlı kişiyə ərə verilən 17 yaşlı qız toyda başqasına qoşulub qaçdı – İDDİA

    Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükə altındadır.

    Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

    İddia edilib ki, Göygöl rayonunda 2007-ci il təvəllüdlü qız 40 yaşlı kişiyə ərə verilib.

    Bir müddət sonra isə qız əri ilə getdiyi toyda başqa kişiyə qoşulub qaçıb.
    Həmin şəxs isə bir müddət sonra qızdan imtina edib.

    Atası xaricdə olan qızı 11-ci sinif şagirdi olan qardaşının öldürməsi təhlükəsi olduğu iddia edilir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır.

  • В Загатале мужчина убил жену из ружья, подаренного ему тестем

    Завершился судебный процесс над Мухаммедом Дидиевым (1985 г.р.), который в марте 2023 года в Загатале убил свою жену Фирангиз Юсифову, выстрелив в нее из ружья.

    Как передает Qafqazinfo, решением Шекинского суда по тяжким преступлениям мужчина был приговорен к 17 годам лишения свободы.

    Дав показания в суде, он заявил, что совершил данное преступление из-за нежелания разводиться со своей женой. Причиной возникновения конфликта между сторонами стало то, что у М.Дидиева были отношения с другой женщиной.
    Отмечается, что ружье, из которого была убита Ф.Юсифова, было подарено ее отцом М.Дидиеву 7-8 лет назад.

  • Zaqatalada kişi arvadını qayınatasının hədiyyə etdiyi silahla öldürüb

    Ötən ilin martında Zaqatalada arvadı Firəngiz Yusifovanı tüfənglə açdığı atəş nəticəsində qətlə yetirən Məhəmməd Didiyevin məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü M.Didiyev 17 il azadlıqdan məhrum edilib.

    Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə boşanmaq istəməməsinə görə cinayət əməlini törətdiyini bildirib. Tərəflərin münasibətinin bu səviyyəyə gəlməsinə isə M.Didiyevin başqa qadınla münasibətinin olması göstərilib.
    Qeyd edək ki, F.Yusifovanın qətlində istifadə edilən tüfəng 7-8 il əvvəl onun atası tərəfindən Məhəmmədə hədiyyə verilibmiş.

  • В Нахчыване произошла авария: есть пострадавшие

    В городе Нахчыван произошло дорожно-транспортное происшествие.

    Как сообщает АПА, авария зарегистрирована на проспекте Ататюрка.

    В результате столкновения автомобилей пострадали жители города – Лейла Алиева (1972 г.р.), Жаля Гурбанова (1983 г.р.) и Тамара Сулейманова (1947 г.р.).
    Они госпитализированы в Нахчыванскую центральную больницу.

    По данному факту проводится расследование.

  • Naxçıvanda QƏZA: Xəsarət alanlar var

    Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb.

    Avtomobillərin toqquşması nəticəsində Naxçıvan şəhər sakinləri – 1972-ci il təvəllüdlü Leyla Qərib qızı Əliyeva, 1983-cü il təvəllüdlü Jale Qərib qızı Qurbanova və 1947-ci il təvəllüdlü Tamara Süleyman qızı Süleymanova xəsarət alıblar.
    Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане подорожали сигареты

    С сегодняшнего дня сигареты в Азербайджане подорожали на 0,2-0,5 маната.

    Как передает Qaynarinfo, цены на сигареты Sobranie увеличились на 30-50 гяпиков, на остальные виды сигарет – 0,2 маната.
    Отметим, что с 1 января в силу вступила поправка в Налоговый кодекс. В соответствии с законом, акцизная ставка на сигариллы (тонкие сигареты) повышаются с 43 манатов до 45,5 маната за 1 000 штук, на сигареты, изготовленные из табака и его заменителей – с 38,5 до 45,5 маната за 1 000 штук.

  • Azərbaycanda bütün siqaretlər bahalaşdı

    Bu gündən Azərbaycanda siqaretlərin qiyməti artıb.

    “Qaynarinfo”nun məlumatına görə, bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb.

    “Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb.
    Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib.

    Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.