Month: January 2024

  • Xızı sakinlərindən silah və narkotik aşkarlandı

    Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

    Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb. Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

    Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.

  • В Азербайджане в школах начались зимние каникулы

    С сегодняшнего дня в общеобразовательных учреждениях страны начались зимние каникулы на 2023/24 учебный год.

    Зимние каникулы охватывают период с 27 по 31 января (5 дней).

    Первый учебный день второго полугодия придется на 1 февраля.

  • Məktəblərdə qış tətili başlayıb

    Bu gündən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayıb.

    Qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir.

    İkinci yarımilin ilk dərs günü fevralın 1-də olacaq.

  • ООН назвала число беженцев из Украины

    Около 10 млн украинцев были вынуждены покинуть дома из-за боевых действий. Примерно 6,3 млн уехали за границу, еще 3,7 млн человек переселились в другой регион Украины, сообщил верховный комиссар ООН по делам беженцев Филиппо Гранди.

    “Не было никакого массового движения к возвращению на привычное место жительства. Мы обеспокоены тем, что вернуться в разгар сложной ситуации военного времени будет непросто”, – сказал Гранди.

    Он призвал помочь им восстановить свою жизнь, найти работу и отремонтировать дома. Управление организации по делам беженцев помогло восстановить свыше 27 500 домов.

    По данным ООН, 47% украинских беженцев – женщины, еще 33% – дети.

    Около 80% украинских беженцев рассчитывают со временем вернуться в страну, но только 14% считают, что получится это сделать в ближайшем будущем, следует из статистики ООН. В качестве первостепенных проблем они называют безопасность, жилье, получение средств к существованию.

    Больше всего украинских беженцев приняла Польша – почти 60% из общего числа вынужденно покинувших Украину.

    Источник: NHK

  • BMT: “Ukraynalı qaçqınların sayı 10 milyona çatıb”

    Ukraynada müharibə səbəbindən 10 milyona yaxın ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb. Onlardan təxminən 6,3 milyonu xaricə gedib, daha 3,7 milyonu Ukraynanın başqa bölgəsinə köçüb.

    Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

    Bildirilib ki, ukraynalı qaçqınların 47 faizi qadınlar, 33 faizi isə uşaqlardır.

    O da vurğulanıb ki, təşkilatın Qaçqınlarla iş üzrə agentliyi 27,5 mindən çox evin bərpasına kömək edib.

    Mənbə: RBK

  • “Çirkli pulları yumaq asandır” – “Tiktokerlər araşdırılsın” – Azər Zahid – VİDEO

    “Tiktokerlər araşdırılsın”. Bu fikri APA TV-yə verdiyi açıqlamada TikTok-da açdığı layihələrlə qazanc əldə etmiş keçmiş teleaparıcı Azər Zahid deyib.

    O bu platformada çirkli pulların yuyulmasından da danışıb.

    Median.Az TikTok platformasında çirkli pulların necə yuyulması barədə süjeti təqdim edir.

  • Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan 20 yaşlı oğlan həbs edildi

    “Youtube” platformasında cinayəti və cinayətkarlığı təbliğ edən videolar paylaşan gənc həbs edilib.

    Publika.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə videoların bir qisminin Goranboy şəhər sakini, 20 yaşlı Uğur Qurbanov (ad soyad şərtidir) tərəfindən yerləşdirilməsi müəyyənləşib. Polis əməkdaşları onun yaşadığı ünvana gedərək şöbəyə dəvət ediblər. Bu zaman sərt formada etiraz edən gənc xuliqanlıq hərəkətlərinə yol verib. Daha sonra saxlanılaraq şöbəyə aparılan Uğur barəsində İXM-nin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polisin və ya hərbçinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə protokol tərtib edilib.

    İfadə verən gənc bildirib ki, videolarını paylaşdığı şəxs onun qohumudur: “Maqa” ləqəbli qohumumun ad gününün keçirilməsi ilə bağlı sosial şəbəkədə cinayətkar aləmə dair videolar paylaşdım. Hadisə vaxt əsəbi olmuşam, əməlimdən peşmanam”.

    Goranboy Rayon Məhkəməsinin çıxardığı qərarla U.Qurbanova 10 sutka həbs cəzası verilib.

  • Почему банки не хотят обменивать “старые” доллары? – КОММЕНТАРИЙ (ВИДЕО)

    Распространилась информация, что доллары старого образца изымаются из обращения.

    Отмечается, что граждане Азербайджана сталкиваются с трудностями, когда хотят обменять такие банкноты на манаты.

    Возникает вопрос: имеют ли банки право обменивать доллары старого образца по более низкому курсу?

    Подробнее – в видео:

  • DİQQƏT: Köhnə buraxılışlı olan dollar əlinizdə yana bilər – AÇIQLAMA (VİDEO)

    Köhnə buraxılışlı olan dollarlar dövriyyədən çıxarılır.

    Vətəndaşlar həmin pul vəsaitini manata dəyişmək istədikdə çətinliklərlə üzləşiblər.

    Bəs maraqlıdır, bankların həmin köhnə buraxılışlı dolları daha ucuz kursa dəyişməsi nə dərəcədə doğrudur?

    Ətraflı Baku TV-nin süjetində:

  • Qardaşı tərəfindən güllələndiyini dedi, yalan çıxdı – HƏBS OLUNDU

    Daxili İşlər Nazirliyinin (DİN) 102 qaynar xətt nömrəsinə zəng edərək qardaşı tərəfindən güllələndiyini deyən şəxs həbs edilib.

    “Qaynarinfo”nun məlumatına görə, Samux rayonu, Aşağı Ağasıbəyli kənd sakini Cavad Həsrətov (ad-soyad şərti) içki içərək, DİN-nin “102” qaynar xətt nömrəsinə zəng edib və qardaşı tərəfindən vurulduğunu bildirib.

    Sözügedən ünvana polislər cəlb ediliblər və belə bir halın olmadığı müəyyənləşib. Həmçinin Cavadın sərxoş olduğu müəyyən olunub.

    Polis əməkdaşları tərəfindən izahatı alınması üçün polis şöbəsinə dəvət edilib. Lakin Cavad polis şöbəsinin qarşısında, ictimai yerdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol verib, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

    Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətində inzibati həbs edilib.