Month: January 2024

  • Xudafərin-Qubadlı-Laçın yoluna düşən qəbirlər və ziyarətgah köçürülüb

    Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra köçürülmələr olub.

    “Report” xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib.

    Qeyd olunub ki, yolun layihələndirilməsi zamanı bir neçə məzarlıq tikintinin altına düşüb. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparılıb, 61 məzar, XVII əsrə aid olan Yaxşının qəbri və Seyyid Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb.

  • В Китае произошло 4 землетрясения, они ощущались в Кыргызстане

    Сегодня с полуночи на территории Китая произошло четыре землетрясения, все они ощущались в Кыргызстане, сообщает Институт сейсмологии НАН КР.

    Сообщается, что землетрясение магнитудой около 6 в Китае в Кыргызстане ощущалось в селах Бедель – 4,5 балла, Ак-Шыйрак и Кумтор – около 4 баллов. Далее в КНР произошли три землетрясения магнитудами 4,5 и 4, которые ощущалось в тех же кыргызских селах – по 3 и 2,5 балла соответственно.

    Напомним, в Кыргызстане 23 января было зафиксировано 10 землетрясений (первое почувствовали в Бишкеке), 24 января – еще пять, а 25-го – восемь. В большинстве случаев очаг находился на территории Китая.

    Источник: Sputnik Кыргызстан

  • Çində bir gündə baş verən dörd zəlzələ Qırğızıstanda da hiss olunub

    Bu gün gecəyarısından etibarən Çində dörd zəlzələ baş verib, onların hamısı Qırğızıstanda hiss olunub.

    Bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu xəbər verib.

    Məlumata görə, Çində təxminən altı bal gücündə olan zəlzələ Qırğızıstanın Bedel kəndlərində – 4,5 bal, Ak-Şıyrak və Kumtorda təxminən dörd bal gücündə hiss olunub. Çində 4,5 bal, 4,2 bal və 4,0 bal gücündə üç zəlzələ baş verib ki, bu da Qırğızıstan kəndlərində müvafiq olaraq üç və 2,5 bal gücündə hiss olunub.

    Xatırladaq ki, Qırğızıstanda yanvarın 23-də on (birincisi Bişkekdə hiss olunub), yanvarın 24-də beş, yanvarın 25-də isə səkkiz zəlzələ qeydə alınıb. Əksər hallarda episentr Çində olub.

    Mənbə: Sputnik Qırğızıstan

  • В Баку у ранее судимого изъяли 3 гранаты

    В ходе проведенных сотрудниками Хатаинского районного управления полиции оперативных мероприятий был задержан житель Баку, ранее судимый Амин Черкезов.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Было отмечено, что у него были обнаружены и изъяты три гранаты Ф-1.

    По данному факту проводится расследование.

  • Bakıda keçmiş məhkumdan üç qumbara götürülüb

    Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

    Məlumata görə, ondan üç ədəd “F-1” qumbarası aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azadlıqdan məhrum edilən hakim hökmdən narazıdır

    Rüşvət müqabilində qanunsuz qərardad çıxarmaqda təqsirli bilinərək məhkum edilmiş sabiq məhkəmə hakimi İlyas Mahmudov hökmdən narazı qalıb.

    “Qafqazinfo” xəbər verir ki, keçmiş hakim bəraət tələbi ilə apellyasiya şikayəti verib.

    Müttəhimin özünün istintaq təcridxanasında yazdığı şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudov 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov verilmiş ittihamla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

  • В Азербайджане пользователей WhatsApp+ предупреждают об угрозе мощной хакерской атаки

    В Азербайджане произошла массовая хакерская атака на профили WhatsApp. Утверждается, что учетные записи, принадлежащие пользователям WhatsApp+, были взломаны.

    Информация об этом была распространена в соцсетях.

    Некоторые граждане заявляют, что сегодня с утра они не могут расплатиться банковскими картами в магазинах.

    Техноблогер Фарид Пердешунас на своей странице в Facebook также поделился публикацией о том, что на профили WhatsApp+ совершена массовая атака. Он отметил, что злоумышленники получили доступ к банковским счетам граждан, использующих поддельное приложение WhatsApp+, и сняли с них деньги.

    “Жертвы краж обвиняют в этом банки, в действительности же доступ к банковским приложениям открывается в результате скрытой утечки данных через WhatsApp+.

    Как известно, Азербайджан занимает первое место в мире по количеству скачиваний приложения WhatsApp+, которое является на самом деле поддельным. Его пользователям предлагаются отсутствующие в оригинальном WhatsApp возможности”, – написал Ф.Пердешунас.

    В связи с возникшей проблемой Qafqazinfo связался со Службой электронной безопасности Азербайджана. Структура призывает граждан быть внимательными при загрузке приложений.

    “В результате проведенных исследований было установлено, что основная причина финансовых потерь, с которыми сталкиваются граждане, и заражения их устройств вредоносным программным обеспечением – это WhatsApp+ и подобные ему приложения, которые не были представлены официальными разработчиками и были загружены из ненадежных источников.

    Помимо этого, наблюдения показывают, что киберпреступники крадут личные данные граждан с помощью таких приложений и используют их устройства для проведения дальнейших кибератак. Мы рекомендуем гражданам внимательно подходить к подобным случаям, загружать приложения только из официальных источников, проверять разрешения, предоставляемые при загрузке приложений”, – говорится в заявлении.

  • “WhatsApp+” işlədənlərə güclü haker hücumu təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

    Azərbaycanda “WhatsApp” profillərinə kütləvi şəkildə haker hücumu olub. Xüsusən, “WhatsApp+” istifadəçilərinə məxsus profillərin ələ keçirildiyi deyilir.

    Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

    Bəzi vətəndaşlar bu gün səhər saatlarından etibarən mağazalarda bank kartları ilə ödəniş edə bilmədiklərini deyirlər.

    Texnobloqer Fərid Pərdəşünas da “Facebook” hesabında analoji problemin yaşanması, “WhatsApp+” profillərinə kütləvi hücumun olması ilə bağlı paylaşım edib. O, sözügedən tətbiqin istifadəçilərinin ələ keçirilən profillər üzərindən bank hesablarına girildiyi və hesablardakı məbləğlərin çıxarıldığını iddia edib: “Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir”.

    Onun sözlərinə görə, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir.

    Yaranmış problemlə əlaqədar Qafqazinfo Elektron Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb. Qurum vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırır:

    “Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “WhatsApp+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan və etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.

    Həmçinin müşahidələr göstərir ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək üçün istifadə edir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallara diqqətlə yanaşmağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən verilən icazələri nəzərdən keçirməyi tövsiyə edir”.

  • Кямран Алиев: Два человека исключены из органов прокуратуры

    В 2023 году в отношении 30 сотрудников прокуратуры и 8 государственных служащих были применены меры дисциплинарного взыскания, 7 из них были освобождены от занимаемых должностей.

    Об этом заявил генеральный прокурор Кямран Алиев на расширенном заседании коллегии, посвященном обсуждению состояния дел, выполненных органами прокуратуры в 2023 году, и предстоящих задач.

    “Два человека исключены из органов прокуратуры. В 2023 году было принято на работу 57 человек, а поощрены – 355”, – добавил генпрокурор.
    //oxu.az

  • Baş prokuror: “İki nəfər prokurorluq orqanlarından xaric edilib”

    “2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib”.

    Bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bildirib.

    Onun sözlərinə görə, onlardan yeddi nəfər vəzifədən azad olunub:

    “İki nəfər prokurorluq orqanlarından xaric edilib”.

    K.Əliyev əlavə edib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.
    //oxu.az