Month: January 2024

  • Захарова: Планы НАТО провести учения вблизи границ России повышают риск военных инцидентов

    Планы Североатлантического альянса провести вблизи российских границ учения Steadfast Defender 2024 носят провокационный характер, повышают риски военных инцидентов и могут привести к трагическим последствиям для Европы. Об этом заявила на брифинге официальный представитель Министерства иностранных дел Российской Федерации Мария Захарова.

    “Маневры (учений Steadfast Defender 2024 – ред.) носят откровенно провокационный характер. В течение нескольких месяцев вблизи российских рубежей на территории от Норвегии до Румынии будет активно действовать 90-тысячная группировка сил из 31 страны – члена НАТО, а также Швеции. Этот шаг осознанно направлен на обострение ситуации и повышает риски военных инцидентов и в итоге может привести к трагическим последствиям для Европы”, – сказала она.

    Дипломат при этом подчеркнула, что у российской стороны “планов нападения на страны НАТО не существует”.

    Источник: ТАСС

  • Zaxarova Rusiyanın NATO ölkələrinə hücum planı barədə açıqlama verdi

    “Şimali Atlantika Alyansının Rusiya sərhədləri yaxınlığında “Steadfast Defender-2024” təlimlərini keçirmək planları təxribat xarakteri daşıyır və hərbi insident riskini artırır”.

    Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

    “Manevrlər (“Steadfast Defender-2024”) açıq-aşkar təxribat xarakteri daşıyır. Bir neçə ay ərzində Norveçdən Rumıniyaya qədər olan ərazidə Rusiya sərhədləri yaxınlığında NATO-ya üzv 31 ölkədən, eləcə də İsveçdən 90 minlik qüvvələr qrupu fəal şəkildə fəaliyyət göstərəcək. Bu addım bilərəkdən vəziyyətin gərginləşməsinə yönəldilib və hərbi insident riskini artırır, son nəticədə də Avropa üçün faciəvi nəticələrə gətirib çıxara bilər”, – deyə Mariya Zaxarova qeyd edib.

    Diplomat, həmçinin vurğulayıb ki, Rusiya tərəfinin NATO ölkələrinə hücum etmək planı yoxdur.

    Mənbə: TASS

  • Lənkəranda yarışan avtomobillər qəzadan son anda xilas oldular – VİDEO

    Lənkəranda yarışan avtomobillər qəzadan son anda xilas oldular.

    Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

    Belə ki, sürücülərdən biri yolun əks istiqamətinə çıxaraq qəza şəraiti yaradıb.

    Görüntülərdə sürücülərin bu vəziyyətdə əyləndikləri açıq-aşkar hiss olunur.

    Həmin görüntüləri təqdim edirik:

  • Мевлют Чавушоглу: Решение ПАСЕ против Азербайджана необъективно

    Решение Парламентской Ассамблеи Совета Европы (ПАСЕ) против Азербайджана является необъективным и неконструктивным.

    Об этом бывший министр иностранных дел Турции, глава делегации парламента Турции в НАТО Мевлют Чавушоглу написал в своем аккаунте в соцсети X.

    “Мне очень жаль, что ПАСЕ не подтвердила полномочия членов азербайджанской делегации. Это действительно серьезный удар по репутации ПАСЕ. Чавушоглу выразил надежду на то, что ПАСЕ отменит свое решение, которое “не способствует сотрудничеству и диалогу, миру и стабильности в регионе”. ПАСЕ должно немедленно исправить эту ошибку”, – написал он.

  • Mövlud Çavuşoğlu: “AŞPA-nın Azərbaycana qarşı qərarı qeyri-obyektivdir, səhv düzəldilməlidir”

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərarı qeyri-obyektiv və qeyri-konstruktivdir.

    Bu barədə Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu özünün “X” hesabında yazıb.

    Onun sözlərinə görə, bu, açıq-aydın görünür:

    “Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir”.

    “Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, – deyə keçmiş nazir yazıb.

  • Dəm qazından boğularaq ölən qardaşların əmisi: “Bu gün ABŞ-ə getməli idi”

    Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşlar Tovuz rayonunun Ağbulaq kəndində bu gün dəfn olunub.

    Kəndin icra nümayəndəsi Əli İbrahimov “Report”a açıqlamasında bildirib ki, hadisə iki qardaşın kirayədə qaldığı mənzildə yanvarın 25-i gecə saatlarında baş verib.

    İcra nümayəndəsi vurğulayıb ki, Sərxan bu gün ABŞ-ə getməli imiş.

    Mərhumların əmisi Aslan Həsənov isə bildirib ki, onlar ailədə 6 nəfər olub: “İki bacı, iki qardaş və ana-ata. Bacılardan biri eşitmə məhdudiyyətli olub. Digər bacı isə elə Ağbulaq kəndinə gəlin köçüb. Anası evdar qadın, atası isə təsərrüfatla məşğul olurmuş. Sərxanın qardaşı keçən ilin noyabr ayında ailə həyatı qurub. Yanvarın 24-də Əli həyat yoldaşı Aynuru Bakıda yaşayan qayınatasıgilə aparıb. Sonradan yaxınları onların zənglərinə cavab verməyən qardaşlardan nigaran qalıblar. Evə ilk gələn Əlinin həyat yoldaşı və onun qardaşı olub. Onlar evə daxil olan zaman Əli və Sərxanın dünyasını dəyişdiklərini görüblər”.

    A.Həsənov Əlinin Bakıda traktor sürücüsü işlədiyini qeyd edib.

    TƏBİB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-i saat 19:36 radələrində Ziya Bünyadov 77 q ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: “Ünvanda iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.

  • Azərbaycanlı qadınları xaricə aparan şəxslə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Pəri Abbasovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Qeyd edək ki, P.Abbasova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İdarədə aparılan araşdırma zamanı məlum olub ki, P.Abbasova müxtəlif vaxtlarda qadınları aldadaraq, həmçinin hədə-qorxu gələrək, cinsi istismar məqsədilə ölkədən kənara çıxarıb. Zərərçəkənləri apardığı ölkədə onların pasportlarını əllərindən alaraq, qanunsuz hərəkətlər törədib.
    Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə cinayət işi başlanılıb.

    Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə P.Abbasova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    ///Pravda.az

  • Şabranda Vətən müharibəsi qazisini qətlə yetirən şəxsə HÖKM OXUNDU

    Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadəyə hökm oxunub.

    “Report”un xəbərinə görə, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, T.Cəfərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2022-ci il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb.

    Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqlayaraq qətlə yetirib.

    Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

  • Опоздала ли бригада “скорой” на вызов раненого в Агстафе? – ЗАЯВЛЕНИЕ – ОБНОВЛЕНО (ВИДЕО)

    Бригада скорой медицинской помощи не опоздала на место вызова.

    Об этом сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “Звонок в связи с данным инцидентом, произошедшим возле больницы, поступил в 19:48 минувшего дня. В 19:54 пациент был госпитализирован в отделение скорой и неотложной медпомощи больницы.

    У пострадавшего диагностировали резаную рану грудной клетки и левой почки. Он был немедленно прооперирован. В настоящее время состояние пациента оценивается как стабильное, лечение продолжается”, – говорится в сообщении.

    * * * * *

    В Агстафинском районе произошла поножовщина. 37-летний Нуран Бабаев получил ножевое ранение от своего знакомого перед чайханой.

    Пострадавший Нуран Бабаев позвонил в отделение неотложной помощи Центральной районной больницы (ЦРБ) имени М.Т.Мамедова и попросил прислать скорую помощь. В медучреждении ему заявили: “У нас нет машины, если можешь приехать сам, то приезжай”. Пострадавший пытался самостоятельно добраться до ЦРБ. Однако по пути потерял сознание, очнулся уже в больнице.

    Граждане давно жалуются на работу скорой медицинской помощи, а безответственное отношение сотрудников отделения “неотложки” ЦРБ на вызов раненого пациента свидетельствует о серьезности данной проблемы.

    Диспетчер отделения неотложной помощи вышеупомянутой больницы Сабина Ахмедова сделала заявление Bizim.Media в связи с данным инцидентом.

    “В тот момент все бригады скорой медпомощи находились на вызовах. У гражданина спросили: “Рядом с вами есть человек, который может вас привезти?”, никто не говорил ему, что машины нет. Пациент заявил, что не может приехать, так как ранен. В свою очередь, сотрудник медучреждения добавил, что что-то придумает. Не прошло и пяти минут, как больница прислала машину, на которой привезли пациента и медсестру”, – добавила она.

    По словам С.Ахмедовой, на весь район действуют всего две бригады скорой помощи.

    “В наших рядах находятся фельдшеры, которых мы отправляем на вызовы в подобных случаях. На тот момент фельдшер тоже был на вызове, как и те две бригады. Поэтому больница организовала другую машину, направила врача, который забрал пациента с дороги”, – подытожила сотрудница ЦРБ.

    Для справки добавим, что по состоянию на 1 января 2013 года население Агстафинского района составляет 82 702 человека. В городе проживает 20 435 человек, в селах – 62 267.

    Две бригады скорой медпомощи на весь район – это самая настоящая трагедия. Но в чем причина? На этот вопрос должны ответить ответственные органы.

    Редакция Bizim.Media также направила запрос в Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBİB) в связи с данной проблемой, однако никакого ответа получить не смогла.

  • Ağstafada bıçaqlanan şəxsin çağırışına təcili tibbi yardım briqadası gecikib?- AÇIQLAMA – YENİLƏNİB (VİDEO)

    Sözügedən hadisə ilə bağlı çağırış yerinə təcili tibbi yardım briqadası gecikməyib.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, xəstəxananın yaxınlığında baş vermiş hadisə ilə bağlı ötən gün saat 19:48-də çağırış daxil olub və 19:54-də xəstə tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çatdırılıb:

    “Yaralıya döş qəfəsinin və sol böyrək nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub, dərhal əməliyyata götürülüb. Hazırda xəstənin vəziyyəti stabildir, müalicəsi davam etdirilir”.

    * * * * *

    Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. 37 yaşlı Nuran Saleh oğlu Babayev tanışı tərəfindən bıçaqlanıb. Hadisə Ağstafa ərazisindəki çayxanalardan birinin qarşısında baş verib. Bıçaqlanan Nuran Babayev M.T.Məmmədov adına Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə zəng vurub və təcili yardım maşını göndərmələrini istəyib. Xəstəxanadan yaralı şəxsə isə: “Maşınımız yoxdur, özün gələ bilirsənsə, gəl”, – deyilib.

    Yaralı şəxs sürünə-sürünə özünü xəstəxanaya yetirməyə çalışıb. Huşunu itirdiyindən yola davam edə bilməyib. Gözünü açanda isə özünü xəstəxanada görüb.

    Son vaxtlar ölkədə təcili tibbi yardımın işi ilə bağlı müxtəlif məzmunlu şikayətlərin çoxalması məsələni yenidən aktuallaşdırıb. Sözügedən məsələdə isə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin yaralı xəstənin çağırışına məsuliyyətsiz yanaşması problemin ciddiliyindən xəbər verir.

    Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin dispetçeri Səbinə Əhmədova Bizim.media-ya açıqlamasında məsələyə belə aydınlıq gətirib:

    “Bizim briqadalarımız çağırışda olduğuna görə “maşınımız yoxdur” yox, sadəcə, “yanınızda adam varmı, onunla gələ bilərsinizmi?” deyilib. Xəstə isə yaralı olduğu üçün gələ bilmədiyini, biz isə “gözləyin, görək nə edirik” demişik. Heç beş dəqiqə olmayıb, bizdən maşın, Terapiya Şöbəsindən isə tibb bacısı göndərilib və xəstəni gətirmişik. O qədər məsafəni xəstə sürünüb gələ bilməz. Çünki ora çox kiçik məsafədir və 100 metri yanlış cümlə ilə ifadə edir. Sadəcə, küçədən yola çıxıb”.

    Səbinə Əhmədovanın sözlərinə görə, rayon üzrə iki təcili yardım briqadası fəaliyyət göstərir:

    “Əlavə feldşerlərimiz də olur və belə hadisələr baş verəndə onları göndəririk. Həmin hadisə vaxtı feldşerimiz də olmayıb. İki briqadamız isə çağırışda olub. Buna görə başqa maşın və həkim təşkil edib xəstəni yoldan götürmüşük”.

    Məlumat üçün bildirək ki, 01.01.2013-cü il tarixinə olan məlumata görə, Ağstafa rayonunun əhalisi 82 min 702 nəfər təşkil edir. Rayon əhalisinin 20 min 435-i şəhərdə, 62 min 267-si kənddə yaşayır.

    Rayonda iki təcili yardım briqadasının olması 80 mindən yuxarı əhali sayına nisbətdə çox azdır və sadəcə, faciəvi durumdur. Bəs səbəb nədir?

    Məsələyə isə cavabdeh qurumlar aydınlıq gətirməlidirlər.

    Problemlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsək də, bu mövzuda heç bir cavab ala bilməmişik.