Month: January 2024

  • Генпрокурор: В 2023 году жертвами минного террора Армении стали 58 человек

    В 2023 году жертвами минного террора со стороны Армении стали 58 человек.

    Об этом заявил генеральный прокурор Азербайджана Кямран Алиев на расширенном заседании коллегии, посвященном обсуждению состояния дел, выполненных органами прокуратуры в 2023 году, и предстоящих задач.

    “Из-за взрыва мин и боеприпасов погибли 19 человек, еще 39 – получили травмы различной степени тяжести”, – добавил он.

    Генпрокурор отметил, что с ноября 2020 года по настоящее время жертвами мин стали 342 человека, из которых 65 погибли, а 277 – получили различные телесные повреждения.

  • Baş prokuror: “2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub”

    “2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub”.

    Bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bildirib.

    Onun sözlərinə görə, 58 şəxs 2023-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub:

    “19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

    Baş prokuror qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
    //oxu.az

  • Скончался студент, набравший наибольшее количество баллов в 2019 году

    Студент университета АДА скончался от отравления угарным газом.

    Соответствующая информация была распространена в соцсетях.

    Отмечается, что студент IV курса юридического факультета, президентский стипендиат Сархан Гасанов, набравший на вступительных экзаменах в 2019 году 696 баллов и ставший первым в стране по III группе, ушел из жизни сегодня ночью.

  • 2019-cu ilin ölkə birincisi olan tələbə dəm qazından boğularaq öldü

    ADA Universitetinin tələbəsi dəm qazından boğularaq ölüb.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilib ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, universitetin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Мартовские фьючерсы на марку WTI подешевели на 0,67% – до 76,84 доллара за баррель, а мартовские на Brent – на 0,47%, до 82,04 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin mart füçersləri 0,67% ucuzlaşaraq, bir barelinin qiyməti 76,84 ABŞ dolları olub.

    “Brent” markalı neftin mart füçersləri 0,47% ucuzlaşaraq, bir barelinin qiyməti 82,04 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,99 доллара (1,16%) и составила 86,33 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена барреля нефти определена на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşdı

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0,99 ABŞ dolları, yaxud 1,16% artaraq 86,33 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Zərdabda vətəndaşlara qarşı dələduzluq edən şəxs TUTULDU

    Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Zərdab rayonun dörd sakini polis şöbəsinə müraciət edərək Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildirib.

    Daxil olmuş müraciətlər əsasında Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Fariz Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

    Dindirilmə zamanı o, törətdiyi dələduzluq faktlarını etiraf edib.

    Araşdırmalar zamanı məlum olub ki, F.Əliyev ötən ilin iyun ayında rayon sakininin etibarından istifadə edərək ona birlikdə ət məhsullarının satışını həyata keçirəcəyini və qazanc əldə edəcəkləri vədini verib və sonuncunun 11 000 manat pulunu ələ keçirib. Noyabr ayı ərzində isə rayonun Körpükənd və Qoruqbağı kənd sakini olan üç təsərrüfatçının etibarından istifadə edən saxlanılan şəxs onlara məxsus ümumilikdə altı baş iribuynuzlu heyvanı ələ keçirib və dəyərindən ucuz qiymətə satıb.

    Zərərçəkmişlərə ümumilikdə 22 000 manatdan artıq maddi ziyan vuran F.Əliyev əldə etdiyi pulları xərcləyib.

    Faktlarla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər F.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Zərdab RPŞ-yə məlumat vermələri xahiş olunur.

  • В Гяндже задержан карманник

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками Главного управления полиции города Гянджа, по подозрению в совершении в январе этого года карманных краж на внутригородских автобусах был задержан Матлаб Исмайыллы.

    Об этом сообщили в региональной группе пресс-службы МВД.

    В ходе расследования было установлено, что злоумышленник похитил из кармана пассажира одного из автобусов 600 манатов.

    Правоохранители не исключают причастность М.Исмайыллы к другим аналогичным преступлениям.

    Следственные действия по данному факту продолжаются.