Month: January 2024

  • Гран-при: на татами выходят девять азербайджанских дзюдоистов

    Сегодня азербайджанские дзюдоисты выступят на Гран-при, который пройдет в португальском Одивелаше.

    Как сообщает Report, в первый день соревнований на татами выйдут девять спортсменов – Балабей Агаев, Туран Байрамов (оба 60 кг), Яшар Наджафов, Кямран Сулейманов (оба 66 кг), Гюльтадж Мамедалиева, Айдан Велиева (обе 52 кг), Фидан Ализаде и Ачелия Топрак (обе 57 кг).

    Женщины

    48 кг

    Кенуль Алиева – Ка Ли Вонг (Китай)

    52 кг

    Айдан Велиева – Наоми Ван Кревел (Нидерланды)

    Гюльтадж Мамедалиева – Леа Метро (Франция)

    57 кг

    Фидан Ализаде – Вероника Перес Пачеко (Испания)

    Ачелия Топрак – Майса Пардаева (Туркменистан)

    Мужчины

    60 кг

    Балабей Агаев – победитель пары Максимилиан Хейдер (Германия)/Артем Лесюк (Украина)

    Туран Байрамов – победитель пары Жоау Амару Мартинш (Португалия)/Анджело Пантано (Италия)

    66 кг

    Яшар Наджафов – победитель пары Сердар Рахимов (Туркменистан)/Янислав Герчев (Болгария)

    Кямран Сулейманов – Александр Букур (Португалия)

    Отметим, что соревнования завершатся 28 января. Азербайджан на Гран-при представляют 13 дзюдоистов.

  • Azərbaycanın doqquz cüdoçusu Qran-pridə mübarizəyə başlayır

    Bu gün Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaqlar.

    “Report” xəbər verir ki, ilk yarış günündə 9 idmançı tatamiyə çıxacaq.

    Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), qadınlardan Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) qüvvəsini sınayacaq.

    Qadınlar

    48 kq

    Könül Əliyeva – Ka Li Vonq (Çin)

    52 kq

    Aydan Vəliyeva – Naomi Van Krevel (Niderland)

    Gültac Məmmədəliyeva – Lea Metrot (Fransa)

    57 kq.

    Fidan Əlizadə – Veronika Peres Paçeko (İspaniya)

    Açeliya Toprak – Maysa Pardayeva (Türkmənistan)

    Kişilər

    60 kq

    Balabəy Ağayev – Maksimilian Heyder (Almaniya) / Artyom Lesyuk (Ukrayna) cütünün qalibi

    Turan Bayramov – Joau Amaro Martins (Portuqaliya) / Ancelo Pantano (İtaliya) cütünün qalibi

    66 kq

    Yaşar Nəcəfov – Serdar Rahimov (Türkmənistan) / Yanislav Qerçev (Bolqarıstan) cütünün qalibi

    Kamran Süleymanov – Aleksandr Bukur (Portuqaliya)

    Qeyd edək ki, yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan Qran-pridə 13 cüdoçu ilə təmsil olunur.

  • İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram”.

  • Bakıda həyətdə asılmış kişi meyiti tapılıb

    Bakıda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda qeydə alınıb.

    35 yaşlı Ramin İbrahim oğlu Məmmədov yaşadığı evin həyətində özünü asıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Очередная враждебность Армении в отношении Азербайджана в ПАСЕ

    Враждебные шаги Армении против Азербайджана в Парламентской ассамблее Совета Европы (ПАСЕ) в очередной раз продемонстрировали, что эта страна не заинтересована в мире и диалоге.

    Как сообщает Report, армянская делегация во главе с вице-спикером парламента Армении и одной из ключевых фигур в процессе нормализации армяно-турецких отношений Рубеном Рубиняном больше всего старалась не допустить ратификации полномочий азербайджанской делегации в ПАСЕ.

    Подобные шаги Р.Рубиняна говорят о том, что все его призывы к установлению мира и диалога в регионе не имеют под собой никаких оснований.

    Отметим, что Азербайджан в 2001 году стал полноправным членом Совета Европы и ПАСЕ. Некоторые европейские парламентарии вчера выступили с необоснованными обвинениями против нашей делегации, поставив под вопрос полномочия азербайджанской делегации в Парламентской ассамблее Совета Европы. Принимая это во внимание, азербайджанская делегация распространила в ПАСЕ широкое и подробное заявление. На фоне существующей в ПАСЕ атмосферы невыносимого расизма, азербайджанофобии и исламофобии азербайджанская делегация приняла решение приостановить сотрудничество с ПАСЕ и участие в организации на неопределенный срок.

    Делегация покинула место проведения мероприятия после оглашения заявления.

  • AŞPA-da Ermənistandan Azərbaycana qarşı növbəti düşmənçilik

    Ermənistanın Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı növbəti düşmənçilik addımları bu ölkənin sülh və dialoqda maraqlı olmadığını bir daha nümayiş etdirib.

    “Report” xəbər verir ki, yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsinə ən çox çalışan nümayəndə heyəti elə Ermənistan parlamentinin vitse-spikeri və Ermənistan-Türkiyə normallaşma prosesində əsas şəxslərdən olan Ruben Rubinyanın rəhbərlik etdiyi heyət olub.

    Daim sülh və dialoqdan danışan Rubinyan bu çirkin və məkrli kampaniya və addımları ilə sübut edib ki, onun bölgədə sülh və dialoq yaradılmasına çağırışlarının heç bir əsası yoxdur.

    Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər ötən gün Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

    Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

  • Etibarnamə ilə avtomobil alanlara xəbərdarlıq – VİDEO

    Etibarnamə ilə avtomobil aldı, başına iş gəldi. Avtomobili sürə bilməmiş nəqliyyat vasitəsinin üzərinə həbs qoyuldu.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Ağcabədi sakini Allahverən Hacıyev 2 il öncə paytaxtdakı avtomobil bazarından etibarnamə ilə maşın alıb. 10 aydan sonra ona polis bölməsindən zəng edilib və maşının üzərinə həbs qoyulduğu bildirilib.

    Allahverən Hacıyev baş verənlərdən sonra maşının əvvəlki sahibini axtarmağa başlayıb. Həmin şəxs də iddia edib ki, onun avtomobilin ilk sahibinə heç bir borcu olmayıb. Sadəcə olaraq avtomobilin sahibi olan həmin xanım vəziyyətdən sui-istifadə edir.

    Məsələ ilə bağlı hüquqşünas Babək Həmidov bildirib ki, ilk öncə hər bir vətəndaş qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlamalıdır.

    Hüquqşünas həmçinin əlavə edib ki, bu vəziyyətdə şikayətçi avtomobili aldığına dair sübutları varsa bu zaman məhkəmədə öz haqqını tələb edə bilər.

  • Глава комитета Госдумы РФ заявил, что обмены военнопленными с Украиной продолжатся

    Председатель комитета Госдумы по обороне Андрей Картаполов заявил, что обмены военнопленными с Украиной будут продолжаться, несмотря на катастрофу Ил-76 под Белгородом.

    “Мы не можем бросить наших ребят, нам надо их вытаскивать, у нас нет другого выхода. Будем разговаривать с учетом всех реалий, всех событий и понимания то, с кем мы имеем дело”, – сказал Картаполов журналистам в четверг.

    24 января Министерство обороны РФ заявило, что самолет Ил-76, разбившийся в Белгородской области, был сбит украинскими военными.

    “Поражение самолета осуществлено Вооруженными силами Украины из района населенного пункта Липцы Харьковской области с применением зенитного ракетного комплекса”, – сообщили в ведомстве РФ в среду.

    “Радиолокационными средствами ВКС России наблюдался пуск двух украинских ракет”, – отметили в Минобороны РФ.

    Там заявили, что самолет военно-транспортной авиации России, выполнял рейс по маршруту аэродром Чкаловский – Белгород для перевозки украинских военнослужащих для обмена.

    “На борту самолета находилось шесть членов экипажа, 65 украинских военнослужащих для обмена и три сопровождавших их российских военнослужащих”, – отметили в Минобороны РФ.

    Согласно сообщению, экипаж и все пассажиры самолета погибли.

    Источник: “Интерфакс” (Россия)

  • Rusiya Ukrayna ilə əsir mübadiləsini davam etdirəcək

    Hərbi əsirləri daşıyan “İl-76” təyyarəsinin qəzaya uğramasına baxmayaraq, Ukrayna ilə hərbi əsirlərin mübadiləsi davam edəcək.

    Bu açıqlama ilə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov çıxış edib.

    “Bütün reallıqlara və baş vermiş hadisələrə rəğmən danışıqları davam etdirəcəyik”, – deyə Andrey Kartapolov qeyd edib.

    Mənbə: İnterfax

  • Keçmiş şirkət direktoru Ramiz Mehdiyevin xanımını yenidən məhkəməyə verdi

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyevaya məxsus “Fireland Vineyards” MMC-nin keçmiş direktoru Elmir Səidov yenidən məhkəməyə müraciət edib.

    “Qaynarinfo” xəbər verir ki, o, bu dəfə də Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barəsində iddia qaldırıb.

    Elmir Səidovun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq. Rəna Qafarova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir.

    Elmir Səidovla Qalina Mehdiyeva arasında bundan əvvəl də məhkəmə çəkişməsi olub. Mübahisənin kökündə vergi məsələləri dayanıb.

    Çəkişmə 2021-ci ildən başlayıb. Həmin ilin yanvarında Elmir Səidov Bakı Kommersiya Məhkəməsində Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barədə iddia qaldırıb. İddiaya hakim Aytən Əliyevin sədrliyi ilə baxılıb.

    Bu məsələ Ali Məhkəməyə qədər uzanıb. Nəticə barədə bilgi yoxdur.

    “Fireland Vineyards” MMC 26 yanvar 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Elmir Səidov şirkətin direktoru vəzifəsində çalışıb. Qalina Mehdiyeva isə şirkətin benefisiarıdır.

    Qeyd edək ki, Ramiz Mehdiyevin xanımı ilə Elmir Səidov arasında məhkəmə çəkişməsi başlayanda mediada məlumat yayılmışdı ki, o, milyonlarla manat mənimsəyib.