Month: January 2024

  • “Çelsi” Kallum Uilsonu transfer etməyi düşünür

    “Çelsi” cari qış transfer pəncərəsində “Nyukasl”ın hücumçusu Kallum Uilsonu transfer edə bilər.

    Bu barədə jurnalist Jak Talbot məlumat verib.

    Onun sözlərinə görə, London klubu nəticə verəcək keyfiyyətli forvard axtarışındadır. Uilsonla müqavilə bağlamaq üçün “Aristokrat”ların rəhbərləri 30 yaşdan kiçik oyunçuların transferi siyasətində istisnalar etməyə hazırdırlar.

    Qeyd edək ki, ingilis hücumçunun fevralın sonunda 32 yaşı tamam olacaq.

    “Nyukasl” futbolçunu təxminən 21 milyon avro dəyərində qiymətləndirir. “Çelsi” bu məbləği ədalətli hesab edir.

    Mənbə: Championat

  • Gəncədə bəzi ərazilərdə təbii qazın verilişi dayandırılıb

    Gəncə şəhərində bəzi ərazilərdə təbii qazın verilişi dayandırılıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, buna səbəb avtomobilin yoldan çıxaraq qaz xəttini sındırması olub.

    Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

  • Zaurun verilişinin yayımı dayandırıldı

    “ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramının efir yayımı yarımçıq dayandırılıb.

    Bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.

    Məlumata görə, bu gün “Bizimləsən” verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra “Bizimləsən” proqramının yayımı yarımçıq dayandırılıb.

    Məsələ ilə bağlı “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib.

    Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.

  • Valideynlik hüququndan məhrum edilmə ilə bağlı YENİLİK

    Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək.

    APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi təklif edilir.

    Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.

  • 621 bal toplayan tələbə BDU-nu məhkəməyə verdi

    Bakı Dövlət Universiteti (BDU) məhkəməyə verilib.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Məhəbbətli Əli Fərhad oğlu tərəfindən ali təhsil müəssisəsi barəsində Bakı İnzibati Məhkəməsinə müraciət olunub.

    Müraciətin mahiyyəti məlum olmasa da, məhkəmə işi hakim Həmid Ağalarovun sədrliyi ilə araşdırılacaq.

    Qeyd edək ki, Ə.Məhəbbətli 2017-ci ildə 621 balla BDU-nun Hüquq fakültəsinə qəbul olub.

  • Продлен срок ареста задержанных в Азербайджане сепаратистов – ОБНОВЛЕНО

    Рассмотрены представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, а также ходатайства Следственного управления Генпрокуратуры Азербайджана по продлению срока заключения под стражу бывших “президентов” незаконного сепаратистского режима в Карабахе Аркадия Гукасяна, Бако Саакяна, Араика Арутюняна, бывшего “министра иностранных дел” Давида Бабаяна, а также “председателя парламента” Давид Ишханяна, генералов Левы Мнацаканяна, Давида Манукяна, которые были арестованы правоохранительными органами Азербайджана.

    Как сообщает АПА, ходатайства были рассмотрены в Бинагадинском районном суде. Суд удовлетворил ходатайства и продлил срок ареста каждого обвиняемого еще на 4 месяца.

    Отметим, что по уголовному делу, расследование которого ведет совместная следственная группа, состоящая из сотрудников Следственного управления Генпрокуратуры и Службы госбезопасности (СГБ) Азербайджана, к ответственности были привлечены в общей сложности 15 членов сепаратистского режима. В разные годы Генеральной прокуратурой Азербайджана в отношении этих лиц были возбуждены уголовные дела, они были объявлены в международный розыск. После локальных антитеррористических мероприятий, проведенных в прошлом году, указанные лица были задержаны, доставлены в Баку и переданы следствию. Они обвиняются в преступлениях против мира и человечности, военных преступлениях, терроризме, финансировании терроризма, убийствах, создании незаконных вооруженных объединений и других преступных деяниях.

    Ранее Сабаильский районный суд продлил на 4 месяца срок ареста бывшего “госминистра” незаконного сепаратистского режима Рубена Варданяна. Следствие по уголовному делу в его отношении ведется в СГБ Азербайджана.

    * * * * *

    Продлена мера пресечения в виде ареста в отношении Рубена Варданяна, российского миллиардера, отказавшегося от гражданства Российской Федерации и принявшего гражданство Армении, занимавшего “должность” “государственного министра” так называемой “Нагорно-Карабахской республики”.

    Как сообщает Qafqazinfo, Сабаильский районный суд вынес решение по уголовному делу, возбужденному Службой государственной безопасности Азербайджана, согласно которому, срок содержания Р.Варданяна под стражей продлен на 4 месяца.

    Отметим, Рубен Варданян был задержан 27 сентября на пограничном пропускном пункте “Лачын”. На основании собранных доказательств выявлены обоснованные подозрения в совершении гражданином Республики Армения Рубеном Карленовичем Варданяном (1968 г.р.) преступлений, предусмотренных статьями 214-1 (финансирование терроризма), 279.3 (создание не предусмотренных законодательством АР вооруженных формирований или групп, а также участие в их создании и деятельности) и 318.1 (пересечение охраняемой государственной границы АР без установленных документов или вне контрольно-пропускного пункта государственной границы) Уголовного кодекса Азербайджана.

  • Azərbaycanda saxlanılan separatçıların həbs müddəti uzadıldı – YENİLƏNİB

    Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

    Qeyd olunub ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd Xidmətləri, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub.

    Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

    * * * * *

    Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən, Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.

    APA-nın əldə etdiyi xəbərə görə, təqdimatlara Binəqədi rayon Məhkəməsində baxılıb.

    Məhkəmə təqdimatları təmin edib və onların hər biri barəsində həbs qətimkan tədbirinin müddətini daha 4 ay uzadıb.

    Qeyd edək ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.

    Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

    İstintaqı DTX-da davam etdirilən Ruben Vardanyanın barəsində isə həbs qətimkan tədbirinin müddəti bir neçə gün qabaq Səbail rayon Məhkəməsi tərəfindən 4 ay uzadılıb.

    * * * * *

    Rusiyalı milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu haqda Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.

    Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti 4 ay uzadılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Yeniyetmə atasının maşını ilə Gəncə şəhərini qazsız qoydu

    Gəncə şəhərində bəzi ərazilərdə təbii qazın verilişi dayandırılıb. Qazın kəsilməsinə səbəb olan hadisənin təfərrüatları açıqlanıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, yeniyetmə atasına məxsus yük maşınını icazəsiz idarə edən zaman onu qaz xəttinə çırpıb.

    Nəticədə boru sınıb, qaz təsərrüfatına zərər dəyib.

    Hazırda Qaz idarəsinin əməkdaşları tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

    Bildirilir ki, işlər başa çatan kimi qazın verilişi tam bərpa olunacaq.

  • Rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanacaq

    Rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanacaq.

    APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2024-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.

    Sessiya müddətində rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı “Yeni nəsil rəqəmsal hüquqlar” mövzusunda dinləmələr keçiriləcək, bu sahədə qanun layihəsinin işlənib hazırlanacaq.

    Eyni zamanda ”Süni İntellekt əsri, kibercinayətkarlığın genişlənən məkanı və insan hüquqlarının müdafiəsində yeni çağırışlar, cavablar” mövzusunda konfransın keçirilməsi planlaşdırılıb.

  • Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşa AĞIR CƏZA

    Şəmkirdə 2 qadına qarşı dələduzluq və quldurluq əməlində təqsirləndirilən Kəlbəcər rayon sakinləri Sənani Misirov və ögey bacısı Gülnar Həşimzadəyə hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 33 yaşlı Sənani və 30 yaşlı ögey bacısı Cinayət Məcəlləsinin 178 və 181-ci (dələduzluq və quldurluq) maddələri ilə təqsirli biliniblər.

    Məlum olub ki, Sənani 2018-ci ildə həbsdən çıxıb və həmin vaxt ögey bacısı boşanıb. Bundan sonra onlar Bakıda birgə kirayədə yaşamağa başlayıblar. 2021-ci ildə isə Sənani və Gülnar Bakıdan Şəmkirə gedərək orada özlərini ər-arvad kimi təqdim edərək kirayə ev tutublar. Daha sonra onlar qızıl alveri ilə məşğul olan və Gəncədə fəaliyyət göstərən 2 qadınla əlaqə saxlayaraq onlarla münasibət qurublar.

    Özlərini həmin qadınlara da ər-arvad kimi təqdim edən şəxslər onlardan birinin inamını qazanaraq toyda istifadə edib qaytarmaq adı ilə 17 min manatlıq qızıl-zinət əşyaları alıblar. Daha sonra hər iki şəxs digər qızıl alverçisini yaşadıqları evə dəvət edib və ona hədə-qorxu gələrək özü ilə satış üçün gətirdiyi 15 min manata yaxın dəyəri olan qızılları zorla əlindən alıblar.

    Daha sonra hər iki şəxs Bakıya qayıdaraq ələ keçirdikləri qızılları satıblar.

    Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda Sənani Misirova 9 il 6 ay, Gülnar Həşimzadəyə isə 9 il həbs cəzası verilib.