Month: January 2024

  • Azərbaycanda Sukanal İdarəsinin həyətini su basdı

    Lənkəran rayonunda Sukanal İdarəsinin həyətini su basıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsinin həyətinə su dolub.

    İddia edilib ki, binaya girmək mümkün olmayıb.

    Məsələ barədə “Azərsu” ASC-dən oxu.az-a bildirilib ki, ərazidə qar suları yığılıb:

    “Rayona güclü qar yağması səbəbi ilə bu cür hal baş verib. Hazırda həmin su açıq kanallarla kənarlaşdırılır”.

  • Bakıda məktəbdə kütləvi dava: “Şagird bıçaq gəzdirir” – VİDEO

    Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Dava 5 və 15-16 nəfərlik iki qrup arasında meydana gəlib.

    Bununla bağlı Metbuat.az-a valideyn şikayət edib. O bildirib ki, davanı “təşkil edən” 9-cu sinif şagirdi Məhərrəm adlı şəxs dəfələrlə onun 8-ci sinifdə oxuyan oğluna sataşıb:

    “Dava 2 gün əvvəl olub. Bir neçə dəfə sataşıb oğluma. Sonuncu dəfə digər şagirdləri də yığaraq üstünə gəlib. Başından zərbələr endiriblər. Həmin uşaq bıçaq gəzdirir, məktəbin problemli şagirdlərindən biridir”.

    Valideyn bildirib ki, həmin şagird bıçaq gəzdirdiyinə görə məktəb rəhbərliyi və müvafiq qurumlar tərəfindən hələ tədbir görülmədiyi üçün uşağı dərsə göndərməyə qorxur.

    Qeyd edək ki, həmin şagird davaya getdikləri görüntüləri çəkərək “TikTok” hesabında paylaşıb.

    Məsələ ilə bağlı 188 saylı məktəbin direktoru ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə məktəbdən kənarda baş verib və lazımı tədbirlər görülüb:

    “188 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub. Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunublar, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib”.

  • В Баку педагог грубо обошлась с первоклассниками и оскорбила их – ВИДЕО

    В средней школе №317 в Сураханском районе Баку зафиксирован неприятный инцидент.

    Преподавательница грубо обращалась с первоклассниками и оскорбляла их на повышенных тонах.

    Поведение педагога вызвало недовольство родителей.

    Свои действия учительница сняла на камеру мобильного телефона. Кадры были распространены в соцсетях.
    //oxu.az

  • Bakıda müəllim birinci sinif şagirdlərilə kobud davrandı, nalayiq ifadələr işlətdi – VİDEO

    Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində müəllim şagirdlərlə kobud rəftar edib.

    Hadisə Suraxanı rayonunda yerləşən 317 nömrəli tam orta məktəbdə qeydə alınıb.

    Belə ki, birinci sinif şagirdlərinə dərs deyən müəllim onlarla kobud davranıb, nalayiq ifadələr işlədib.

    Müəllimin davranışı valideynlərin narazılığına səbəb olub.

    Həmin görüntüləri təqdim edirik:
    //oxu.az

  • Rusiyanın məşhur rok qrupunun üzvləri Tailandda saxlanılıblar

    Rusiyanın məşhur “Bi-2” qrupunun üzvləri Tailandda saxlanılıblar.

    Bu barədə Phuket əyalətinin turizm polisi departamentindən məlumat verilib.

    Saxlanılma səbəbi kimi rok ifaçıların iş icazəsi olmadan Pattaya və Phuket əyalətində konsert vermələri göstərilib.

    “Onlar cərimə ödəməli olacaqlar, məbləği məhkəmə müəyyən edəcək. Ola bilsin ki, məhkəmə iclası sabah keçirilsin”, – deyə turizm polisinin nümayəndəsi bildirib.

    O da vurğulanıb ki, cəriməni ödədikdən sonra qanunu pozanlar Tailand qanunlarına görə ölkəni tərk etməlidirlər.

    Mənbə: TASS

  • Tanınmış alim Paşa Kərimov vəfat etdi

    Azərbaycanın tanınmış alimi, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov 65 yaşında vəfat edib.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

    O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini vəzifəsində çalışırdı.

    Qeyd edək ki, Paşa Əli oğlu Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.

    1982-ci ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləmişdir. 1999-2003-cü illərdə institutun elmi katibi, 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1 noyabr 2011-ci il tarixindən 11 fevral 2014-cü il tarixinədək Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra etmişdir. 2014-cü ildən vəfatına kimi institutun direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin 2015-ci ildən institutun Multidissiplinar əlyazmalar və əski çap kitabları şöbəsinin müdiri idi.

    1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda namizədlik, 2012-ci ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

    Alim klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olurdu. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasir və Mirzə Baxış Vadimin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir.

    2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

    2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülmüşdür. Prezident İlham Əliyevin 3 noyabr 2015 ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 mart 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində “Elm və texnologiya” nominasiyası üzrə xüsusi mükafata layiq görülmüşdür.

    Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış Dissertasiya şurasının sədri, UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini idi.

  • Сегодня день рождения Гаджи Зейналабдина Тагиева

    Сегодня день рождения известного азербайджанского мецената, просветителя и общественного деятеля Гаджи Зейналабдина Тагиева.

    Будущий благотворитель родился 25 января 1823 года в Баку.

    Его мать Умму ханым умерла, когда Зейналабдину было 10 лет. В тот же год отец устраивает его подмастерьем к одному из бакинских каменщиков. В 12 лет он уже обтесывает камни, а в 15 – начинает работать каменщиком.

    Через некоторое время Зейналабдин становится известен как мастер в области строительства. Собрав определенные средства, уже в 20 лет он организовывает строительные и кладочные работы. Обладая немалым состоянием, Тагиев лично контролировал возведение всех домов, в частности каменотесные работы.

    Позже он, с успехом применив свои способности в торговле и легкой промышленности, становится владельцем магазинов и мануфактуры. Он также был одним из крупнейших предпринимателей, экспортирующих бакинскую нефть через Каспийское море и Кавказскую железную дорогу.

    В 1870 году у Тагиева уже был керосиновый завод с двумя котельными. В тот период Баку переживает настоящий нефтяной бум. Российские и иностранные инвесторы скупают земли в близлежащих к Баку деревнях, строят нефтяные вышки. Тагиев, также заинтересовавшись нефтяным делом, в 1873 году вместе с компаньонами арендует землю в Бибиэйбате. Нанимают чернорабочих, мастеров, приобретают оборудование и, соорудив вышку, принимаются бурить скважины.

    Расходы с каждым днем росли, однако нефти все еще не было. Выкупив у компаньонов их долю, он становится единоличным владельцем участка земли. Наконец из скважины забил фонтан “черного золота”. На месторождении устанавливается новейшее оборудование, а мастерам выплачивают высокую заработную плату.

    Тагиев открывает нефтяную компанию “Гаджи Зейналабдин”. В результате его доходы начинают стремительно расти. После этого он покупает нефтеперерабатывающие заводы.

    В 1901 году Гаджи Зейналабдин Тагиев открыл первую женскую школу в Баку, вложив в ее строительство 300 000 рублей. По некоторым данным, идея строительства учебного заведения для девочек принадлежит второй супруге Тагиева Соне ханым.

    Это была единственная женская школа на всем Кавказе. Строительство здания началось в 1898-м и завершилось в 1900 году. Здание женской школы выполнено в национально-романтическом стиле азербайджанской архитектуры. Стена главного фасада выложена чередующимися рядами белого и золотистого камней.

    Следует отметить, что благотворительные общества создавались либо при личном участии и на средства Тагиева, либо при его содействии.

    Он также выделил деньги из собственных средств на строительство водопровода Баку – Шоллар.

    Ситуация коренным образом изменилась с оккупацией Азербайджана Советской Россией 28 апреля 1920 года. У людей конфисковывают имущество, преследуются национальные кадры и интеллигенция. По просьбе местного населения и по указанию одного из руководителей нового правительства Наримана Нариманова, Тагиеву предоставляется возможность выбора места проживания. Из прежних владений он выбирает только загородный дом в Мардакяне.

    Гаджи Зейналабдин Тагиев скончался 1 сентября 1924 года в возрасте 101 года (по некоторым данным, в возрасте 86 лет, год рождения – 1838-й).

    18 января 2022 года в Баку состоялось открытие памятника Гаджи Зейналабдину Тагиеву. В церемонии по этому случаю принял участие Президент Азербайджана Ильхам Алиев.

  • Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

    Bu gün maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi tanıdığı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

    Ağır həyat yolu keçən Hacı Zeynalabdin Tağıyev 1823-cü il yanvarın 25-də Bakıda anadan olub. Xeyriyyəçinin anası Ümmü xanım hələ Hacı Zeynalabdin Tağıyev uşaq olarkən dünyasını dəyişib. Anasını itirəndə 10 yaşı olan Zeynalabdini atası peşə öyrənsin deyə bir bənnanın yanına usta köməkçisi olaraq göndərib. 15 yaşı tamam olanda Zeynalabdin bənnalıq etməyə başlayıb.

    O, bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəst-xəti hiss edilib.

    Bir müddət sonra Zeynalabdin özünü ticarət sahəsində və yüngül sənayedə də sınamaq qərarına gəlib. Hər iki sahədə də qabiliyyəti, fərasəti ilə uğur qazanıb, dükanlara və manufakturaya sahib olub. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan birinə çevrilib.

    1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu olub. Kerosin zavodu ilə yanaşı, o sonradan “Hacı Zeynalabdin” şirkətini yaradıb. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilib. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb və burada neft buruqları ucaldılıb. Bu, Hacını da maraqlandırıb və o, podratçılığı buraxaraq neft işinə başlayıb.

    Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verib və ən yeni avadanlıq quraşdırıb.

    Nəticədə onun gəlirləri sürətlə artmağa başlayıb. Bundan sonra o, neft zavodları alıb. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min rubl vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirib. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.

    Bu, bütün Qafqazda yeganə qızlar məktəbi olub. Binanı 1898-ci ildə tikməyə başlayıblar. 1900-cü ildə hazır olub. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

    Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

    Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.

    Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişib. İnsanların mülkiyyəti əlindən alınıb, milli kadrlar və ziyalılar təqib edilməyə başlanıb. Hər şey Rusiyanın maraqlarına yönəlib. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O özünün artıq əlindən alınmış keçmiş mülklərindən ancaq Mərdəkandakı bağ evini seçib.

    Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə, 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib.

    2023-cü il yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan heykəlinin açılışı olub. Açılışda Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev də iştirak edib.

  • Naxçıvanda məktəbin tavanı uçdu, müəllim yaralandı – VİDEO

    Sosial şəbəkələrdə Naxçıvanın Babək rayonu Cəhri qəsəbəsində 2 nömrəli tam orta məktəbdə müəllimlər otağının tavanının qopması ilə bağlı məlumat yayılıb.

    Qopan tavanın tarix müəlliminin başına düşdüyü, nəticədə müəllimin ağır kəllə-beyin travması aldığı iddia olunur.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Babək Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.

    Təhsil şöbəsinin müdiri Elşən Qəbulov sorğumuza cavabında tavanın deyil, yalnız suvaq hissəsinin qopduğunu, hadisə nəticəsində ciddi xəsarət alanın olmadığını bildirib:

    “Həmin hadisə yanvar ayının 19-da olub. Həmin gün 30 şagird, 20 müəllimin iştirakı ilə 20 Yanvar hadisələrinin Anım Günü ilə əlaqədar anım tədbiri keçirilib. Bu vaxt tavanın 3 kvadratmetr hissəsində suvaq qoparaq tökülüb. Tavan çökməyib, qopan suvaqdır və onun da qalınlığı təxminən 3 santimetrdir. Nəticədə ixtisasca tarix müəllimi olan, məktəbdə laborant kimi çalışan Mahnurə Hüseynovanın qoluna düşüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb”.

    Şöbə müdiri həmçinin əlavə edib ki, faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır və dəyərləndirilmədən sonra tavan bərpa ediləcək.

    E.Qəbulovun sözlərinə görə, sözügedən təhsil müəssisəsi 2007-ci ildə inşa olunub və məktəbdə 500-dən çox şagird təhsil alır.

  • COVID, qrip və ya ağciyər xərçəngi: Necə öskürməyiniz hansına yoluxduğunuza işarə edir

    Öskürək – tənəffüs yollarının hər hansı bir qıcıqlanmasına bədənin təbii reaksiyasıdır.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər öskürəyin növünü və nə vaxt xəbərdarlıq əlaməti ola biləcəyini izah edib.

    Qanlı öskürək, nəfəs darlığı, qızdırma, kilo itkisi, udma problemi və ya qusma kimi narahatedici və ya ağır simptomlarla müşayiət olunan hər hansı öskürək zamanı dərhal həkimə müraciət etmək lazımdır.

    Kəskin öskürək – Üç həftədən az davam edir və ən çox soyuqdəymə və ya yuxarı tənəffüs yollarının infeksiyası ilə müşahidə olunur. O, həmçinin COVID-19 və kəskin bronxit, traxeobronxit, pnevmoniya, astmanın kəskinləşməsi, ağciyər emboliyası və ya digər ağciyər xəstəlikləri nəticəsində də yarana bilər.

    Subakut öskürək – Onun müddəti üç həftədən səkkiz həftəyə qədərdir. Adətən göy öskürək və ya mikoplazmadan sonra baş verir. Subakut öskürək infeksiyadan sonra tez-tez inkişaf edən öskürəkdir. Öskürək, qoxu, aerozol, temperatur dəyişiklikləri kimi zərərsiz stimullarla asanlıqla baş verə bilər.

    Xroniki öskürək – Səkkiz həftədən çox davam edə bilər. Daha çox siqaret tüstüsünə məruz qalan insanlarda, eləcə də ürək çatışmazlığında və müxtəlif ağciyər xəstəliklərində, o cümlədən astma, bronxitdə müşahidə olunur.
    //Baku.ws