Month: January 2024

  • Prodüser Təranə Səmədova və onun tanışına HÖKM OXUNDU

    Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənova hökm oxunub.

    “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfərovun (ad, soyad şərtidir – red.) fotoşəkillərini əldə edib.

    Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o, cümlədən “Instagram” və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədovla R.Həsənov ondan 3 min manat tələb edib.

    Beləliklə, ötən ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.

    Bundan başqa, T.Səmədovla R.Həsənov təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

    Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanda qız “TikTok”da tanış olduğu oğlana görə Türkiyəyə qaçıb – VİDEO

    Bakıda psixi problemləri olan qız “TikTok”da tanış olduğu oğlana görə Türkiyəyə qaçıb.

    Sözügedən hadisədə adı hallanan Fidan adlı qadın ARB TV-də yayımlanan “Səni Axtarıram” verilişinə açıqlama verib.

    Sumqayıtda itkin düşən Seyidxanım Əlifxanova ilə qonşu olduğunu deyən Fidan hadisə ilə heç bir əlaqəsi olmadığını bildirib. O, Seyidxanımın qaçdığı şəxsi tanımadığını qeyd edib.

    Qeyd edək ki, Taner Engin Demir adlı Türkiyə vətəndaşı olan şəxslə qaçdığı iddia olunan Seyidxanım Əlifxanovanın axtarışları davam edir.

    Ətraflı süjetdə:

  • Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya olunublar

    Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Xalid Əliağa oğlu Əliyev, Raul Firudin oğlu Əliyevin Rusiya Federasiyasından, Anar İlqar oğlu Rəhimovun isə Gürcüstandan ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri təmin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, Xalid Əliyev və Anar Rəhimov xeyli miqdarda ziyan vurmaqla, Raul Əliyev isə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

    Yanvarın 24-də qeyd olunan şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

  • AZAL-ın Tbilisiyə uçan təyyarəsi duman səbəbindən geri qayıdıb

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

    Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

    Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

  • DİN-dən Yasamalda silsilə əməliyyatlar: 30 nəfər tutuldu – VİDEO

    Yasamal rayonunda son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 30 nəfər saxlanılıb.

    Həmin şəxslərdən 5 kiloqram heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı, paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

  • Keçmiş arvadını baltalayan şəxslə bağlı QƏRAR

    Şəki Apellyasiya Məhkəməsində Qubada keçmiş arvadını baltalamaqda təqsirləndirilən Elşən Muradovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, bu il aprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə Quba Rayon Prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə iki dəfə zərbə endirib. Gülnar Muradovanın yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradovanın stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    İttihama görə, o, arvadını qısqanclıq zəminində öldürməyə cəhd edib.

  • В этом году выпускные экзамены пройдут на освобожденных территориях

    В этом году в трех школах на освобожденных территориях пройдут выпускные экзамены.

    Как сообщает Report, об этом заявила председатель совета директоров Государственного экзаменационного центра Малейка Аббасзаде.

  • Bu il azad olunan ərazilərdə buraxılış imtahanları keçiriləcək

    “Bu il azad olunan ərazilərdəki üç məktəbdə məzunlar olacaq. Buraxılış imtahanları bu il həmin məktəblərdə də keçiriləcək”.

    “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

  • 64 yaşlı kişi dəm qazından boğularaq ölüb

    Bakıda 64 yaşlı kişi dəm qazından boğulub.

    APA xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Xələf Hacıbaba oğlu Xələfov evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

  • У жителей Масаллинского района изъяли крупную партию наркотиков

    У жителей Масаллинского района изъяли 11 кг наркотиков и психотропных веществ.

    Как сообщили в лянкяранской региональной группе пресс-службы МВД, в результате оперативных мероприятий, проведенных сотрудниками райотдела полиции, по подозрению в незаконном обороте наркотических средств были задержаны ранее судимые Эльвир Гафаров и Вюсал Абдуллаев.

    В ходе личного досмотра в сумке Э.Гафарова было обнаружено в общей сложности 8 кг марихуаны, около 2 кг героина и 1 кг метамфетамина.

    Решением суда в отношении обоих лиц избрана мера пресечения в виде ареста.

    По данному факту проводится расследование.