Month: January 2024

  • Paytaxtda hava şəraiti ilə əlaqədar azaldılan sürət həddi bərpa edildi

    Küləkli və qarlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Eyni zamanda bütün məlumat sürət tablolarından “güclü külək” və “sürüşkən yol” işarəsi də götürülüb.

    Qeyd edək ki, hazırda həmin yolda sürət həddi 90 km/saatdır.

  • Abşeronda oğul atasını bıçaqlayıb

    Abşeronda oğul atasını bıçaqlayıb.

    “Report” xəbər verir ki, Ceyhun Mobil oğlu Əliyev Abşeron rayonu Masazır kəndi, Hamlet Həşimov küçəsi, ev 15 ünvanında yerləşən mənzildə atası – 1956-cı il təvəllüdlü Mobil Məhərrəm oğlu Əliyev ilə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun qarın nahiyəsindən qəsdən iki dəfə bıçaqla zərbə vuraraq Mobil Əliyevə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

    Ceyhun Əliyev 22.01.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 24 yanvar 2024-cü il tarixdə o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilib.

  • Принял наркотик и поехал по встречной: лихача в Баку задержала полиция – ВИДЕО

    Сотрудники Управления Государственной дорожной полиции (ГДП) города Баку за внесение изменений в конструкцию транспортного средства подали знак остановиться водителю автомобиля KIA, однако он проигнорировал его и продолжил следовать по проспекту Гейдара Алиева в направлении, противоположном движению транспорта.

    Как сообщает Oxu.Az, информацию об этом распространил начальник пропаганды безопасности дорожного движения и связи с общественными структурами столичного управления ГДП, капитан полиции Тогрул Насирли.

    В результате принятых мер был задержан водитель Эльшан Ганбаев, систематически нарушавший правила дорожного движения и создававший тем самым угрозу здоровью других участников дорожного движения.

    При проверке документов действия водителя вызвали подозрения у правоохранителей, поэтому он был направлен на медицинское освидетельствование. Экспертиза установила, что Э.Ганбаев принимал наркотик.

    На нарушителя был составлен протокол по соответствующим статьям Кодекса Азербайджанской Республики об административных проступках и направлен на рассмотрение в суд.

    По решению суда Э.Ганбаеву было назначено наказание в виде ограничения права управления транспортным средством сроком на год и ареста в административном порядке на 15 суток.

  • Bakıda sürücü narkotik qəbul edib maşını əks istiqamətdə sürdü – VİDEO

    Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün KIA markalı, 99-RO-503 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq, H.Əliyev prospektində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat yayıb.

    Bildirilib ki, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Elşən İlham oğlu Qanbayev saxlanılıb.

    Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Qanbayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

    Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə E.Qanbayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

  • В Агстафинском районе 37-летний мужчина получил ножевое ранение

    В Агстафинском районе произошла поножовщина.

    Как сообщает АПА, Нуран Бабаев (1987 г.р.) был госпитализирован с колото-резаным ранением.

    Мужчина был незамедлительно прооперирован, его состояние оценивается как средней степени тяжести.

    По информации, Н.Бабаева ударил ножом неизвестный в ходе возникшего между ними конфликта.

    По данному факту ведется расследование.

  • Ağstafada 37 yaşlı kişi bıçaqlanıb

    Ağstafada 37 yaşlı kişi bıçaqlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

    Onun sözlərinə görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Mahir Kazımov saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В браузере Google Chrome появилась поддержка ИИ

    Программисты компании Google добавили в браузер Chrome поддержку искусственного интеллекта (ИИ). Об этом сообщается в блоге проекта.

    Отмечается, что нововведения появятся в версии Chrome 121 для Windows и macOS. Они позволят пользователям автоматически распределять вкладки браузера по группам. ИИ сможет формировать папки с вкладками по темам.

    В будущих обновлениях в Chrome добавят поддержку функции генерации текста. В Google объяснили, что опция поможет сделать обзор на определенный продукт в интернете, написать официальное приглашение, корректно составить запрос в официальные органы и т.д. Также в настройках программы появится функция создания тем с помощью ИИ. Искусственный интеллект будет менять фон на основе обоев, времени суток или запросов пользователя.

    Первыми оценить новые ИИ-функции смогут пользователи Chrome из США. Для их включения нужно будет в настройках приложения перейти в раздел “Экспериментальный искусственный интеллект”.

    Источник: lenta.ru

  • “Google Chrome” brauzerinə süni intellekt dəstəyi əlavə edilib

    “Google” şirkətinin proqramçıları “Chrome” brauzerinə süni intellekt (AI) dəstəyi əlavə ediblər.

    Bu barədə layihənin bloqunda məlumat verilir.

    Yeniliklər “Windows” və “macOS” üçün “Chrome 121” istifadəçilərinə təqdim ediləcək. Bu, onlara brauzerin pəncərələrini avtomatik olaraq qruplara ayırmağa imkan verəcək. Süni intellekt içində mövzuya görə ayrılmış pəncərələr olan qovluqlar yarada biləcək.

    “Chrome”a gələcək yeniləmələrdə mətn yaratmaq üçün dəstək əlavə ediləcək.

    “Google” şirkətində qeyd ediblər ki, bu funksiya internetdə müəyyən bir məhsula baxış keçirməyə, rəsmi dəvət yazmağa, səlahiyyətlilərə düzgün sorğu tərtib etməyə və sair məsələlərdə kömək edəcək.

    Həmçinin proqramın parametrlərində süni intellektdən istifadə edərək mövzuların yaradılması funksiyası olacaq. Süni intellekt ekran şəkili, günün vaxtı və ya istifadəçi istəkləri əsasında fonu dəyişəcək.

    Yeni süni intellekt funksiyalarını ilk dəfə ABŞ-dəki “Chrome” istifadəçiləri təcrübədən keçirəcəklər. Bu funksiyaları aktivləşdirmək üçün proqram parametrlərində “Eksperimental süni intellekt” bölməsinə keçid etmək lazımdır.

    Mənbə: lenta.ru

  • В Гейгельском районе произошло ДТП, есть пострадавшие

    В селе Учтепе Гейгельского района произошло дорожно-транспортное происшествие.

    Как передает Report, в результате аварии пострадали Г.Мамедов (1998 г.р.) и Э.Алиев (1987 г.р.).

    Пострадавшие были госпитализированы. Их состояние оценивается как среднетяжелое и тяжелое.

    По данному факту ведется расследование.

  • Göygöldə avtomobil qəzası olub, yaralananlar var

    Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində yaralanmış 1998-ci il təvəllüdlü Q.Məmmədov və 1987-ci il təvəllüdlü E.Alıyev xəstəxanaya yerləşdiriliblər.

    Onların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.